Türkiyə: dəyişmiş siyahılar üzərində gəzintilər - TƏHLİL

16:44 / 21.09.2015

95 yaşlı Məclisə növbəti seçkini  keçirmək üçün Türkiyə 1 noyabrda yeni-  eyni  il içərisində ikinci - seçkiyə gedir. 1 noyabr seçkisinin  spesifik özəllikləri vardır; belə ki,  7 iyunda keçirilmiş seçkidən sonra  ənənəyə uyğun şəkildə (və həm də uyğun olmayan şəkildə- 32 gün gözlədərək)  ölkə prezidenti yeni hökuməti qurma səlahiyyətini  birinci partiyanın liderinə versə də, birincinin ikinciylə apardığı 32 günlük müzakirələrdən sonra koalisiya hökuməti qurmaq mümkün olmadı. Üçüncü partiya ilə tələm-tələsik müzakirə isə “adət yerini tapsın”- üsuluyla dekorativ şəkildə icra ediləndən sonra birinci partiyanın lideri hökuməti qurma səlahiyyətini prezidentə qaytardı. İkinci partiyanın sədrinə səlahiyyət verməyən prezident 1 noyabrda yeni seçki keçirilməsinə dair qərar qəbul etdi. Konstitusiyaya görə, ölkəni seçkiyə  qədər idarə edəcək hökumət  partiyaların verəcəkləri namizədlərdən qurulmalıdır; ancaq ikinci partiya ilə üçüncü partiya seçki hökumətinə namizəd verməmiş, birinci partiyanın namizədləriylə dördüncü partiyanın  2 namizədi və  adlarına “müstəqillər” deyilsə də, hamısı birinci partiyanın məmuru və ya tərəfdarı olan  şəxslər birinci partiyanın liderinin başçılığı altında yeni hökuməti qura biliblər. Bəlkə baş gicəlləndirici oldu; ancaq  Türk siyasət tarixində ilk dəfə yaşandığına görə, bu təfərrüatı yazmaq şərt idi. Seçki hökumətinə verilməyən səlahiyyət də Türkiyədə ilk dəfə yaşanan bir durum idi; belə ki,  nazirlərə yeni kadrlar təyin etmək qadağan edilib...

 

Ölkənin  əhval və şəraiti  içində  siyasi partiyalar namizəd siyahılarını 18 sentyabrda yenidən Yüksək Seçki Şurasına təqdim etdilər. Uzun müddətdən bəri ya aşağı düşən ya da yerində sayan İstanbul Birjası  indekslərinin yeni siyahılara ilk reaksiyası müsbət oldu; iqtisadiyyat şərhçiləri bunu baş nazirin keçmiş müavini Əli Babacanın yenidən Ankaradan namizəd olmasına bağladılar...

 

Ən  çox namizəd AKP-də dəyişdi

7 iyundakı seçkidə 13 illik təkbaşına iqtidarından məhrum olmuş AKP-nin əsas məqsədinin 1 noyabrda təkbaşına iqtidarı yenidən əldə etmək olduğunu  hamı bilir. Partiyanın 12 sentyabrdakı qurultayında Mərkəzi Qərar və İcra Şurasını təzələyən AKP, 1 noyabr seçkisinə namizəd siyahısını da önəmli dərəcədə təzələyərək gedir. Bu durum bir neçə səbəbdən irəli gəldi: 1) AKP-ni idarə edənlər gördülər ki, 1 noyabrda təkbaşına iqtidar hədəfinə çatmaq çox çətin və bəlkə də mümkün deyil. Ona görə nizamnamədəki “3 dönəm dalbadal millət vəkili seçilənlər növbəti dəfə namizəd ola bilmir”- qaydasının gətirdiyi yasağa görə namizəd ola bilməyən təcrübəli şəxsləri yenidən sahəyə çıxarmağı uyğun gördü. Bu taktika ölkənin hər yerində tətbiq ediləcək: AKP-də 12 il nazir olmuş Bəşir Atalayın Vana, 7  iyunda Diyarbakırdan AKP-yə yeganə mandatı qazandırmış  baş nazirin hazırkı müavini Cevdət Yılmazın yenidən Bingölə, keçmiş ədliyyə naziri Bəkir Bozdağın  Yozqata, keçmiş baş katib Haluk  İpəkin Amasyaya, keçmiş mədəniyyət naziri və partiyanın hazırkı sözçüsü Ömər Çəlikin Adanaya, keçmiş səhiyyə naziri Rəcəb Akdağın Ərzuruma (ki Akdağın Ərzurumda mübahisə edilməyəcək reytinqi var), keçmiş nəqliyyat, dənizçilik və kommunikasiya naziri, prezident Ərdoğanın hazırkı  baş müşaviri  Binali Yıldırımın  yenidən İzmirə göndərilməsi onların təcrübələrindən faydalanma məqsədi daşıyır. Milliyyətçi Hərəkat Partiyası professor Yusuf Halaçoğlunun şəxsi karizması sayəsində 7 iyunda Kayseridən 3 mandat qazanmışdı, keçmiş enerji naziri Taner Yıldız və AKP məclis qrupu sədrinin keçmiş müavini Mustafa Elitaşın Kayseridən yenidən namizəd olmaları  MHP-nin  ordakı varlığına necə təsir göstərəcək? MHP üçün önəmli bir sual olmalı. 2) 7 iyundakı seçkidə Cənubi-Şərq bölgələrində böyük məğlubiyyət yaşayan AKP, indiki seçkidə  Qərb bölgələrindəki kürdlərdən səs almağı umur- keçmiş kənd təsərrüfatı naziri Mehdi Əkərin İstanbuldan namizəd göstərilməsinin səbəbi budur; 3) Mühafizəkar və mərkəz sağ kütləyə daha çox ümid bəsləyən AKP, 7 iyunda seçdirdiyi  elm və sənət mənşəli və başqa partiyalardan gəlmiş adamları bu dəfə siyahısına daxil etməyərək işini ehtiyatlı tutdu- müğənni Uğur Işılakın, ”kürd açılımı”nın hərarətli müdafiəçilərindən olan milliyyətçi mənşəli professor Hüseyn Yaymanın, yazar Muhsin Kızılmayanın, bir zamanların “bərk gedən” baykalçısı Savcı Sayının, ”Hürriyyət” qəzetinə hücumun təşkilatçısı Əbdürrəhman Boynuqalının namizəd göstərilməməsi, erməni mənşəli jurnalist Markar Esayanın 7 iyunda seçildiyi 12-ci sıradan indi seçilməsi çox çətin olan 14-cü sıraya qoyulması bu niyyətin bəzi ip uclarıdır; 4) Bütün ictimai  rəy sorğuları 1 noyabrdakı seçkinin nəticələrində radikal dəyişikliklər gözlənmədiyini göstərdiyi üçün,  partiyalar arasında namizədlər üzərindən  “sahə  savaşı”nın  yaşanacağını  təxmin etmək çətin deyil. İctimai rəy sorğusu üzrə mütəxəssislər 7 iyunda olduğu kimi, 1 noyabrda da seçkinin nəticələrini bəzi bölgələrdə 10  ilə 5 min arasındakı səsin yerdəyişməsinin müəyyənləşdirəcəyini vurğulamaqdadırlar. Bu baxımdan 7 iyunun matematik tablosunda ən çox yer itirmiş AKP-nin yeganə ümidi ölkə miqyasında təxminən 30 millət vəkili uğrunda aparılacaq “sahə savaşında” mümkün qədər çox yer qazanmaq olacaq. 18 sentyabrda Yüksək Seçki Şurasına təqdim edilmiş siyahıda ən çox bu özəllik diqqəti cəlb etməkdədir ki, AKP-nin əvvəlki siyahıyla müqayisədə etdiyi 40%-lik dəyişikliyin bu paradiqma üzərində qurulduğunu  işlə azacıq da olsa  maraqlanan hər  kəs görməkdədir....

 

MHP bu durumu necə görür?

7 iyundakı seçkinin ilk nəticələri bəlli olandan sonra “kürd açılımı”nı yarımçıq qoyan AKP ilə kürd təmayüllü Halkların Demokratik Partiyası (HDP) ilə koalisiya hökuməti qurmasının ən doğru variant olduğunu irəli sürən Milliyyətçi Hərəkat Partiyası, yeni hökumətə girməmək üçün nümayiş etdirdiyi müqaviməti axıra qədər qorudu. Avqustun ikinci yarısında partiyanın qurucu lideri Alparslan Türkeşin oğlu, MHP sədrinin müavini və 3 dönəm dalbadal Ankara millət vəkili seçilən Tuğrul Türkeş, seçki hökumətində baş nazirin müavini vəzifəsini tutmağı qəbul edincə, bundan sarsılmış kimi görünən MHP-nin özünü toplaması çox vaxt almadı. Burada önəmli bir təfərrüatı gözdən qaçırmamaq lazımdır: seçkidən sonra Tuğrul Türkeşin prezident Ərdoğanla görüşdüyü məlum idi, buna MHP lideri Bahçeli də eyham vurmuşdu. Dövlətin dərin qatlarından bilgi almaqda heç bir problemi olan Bahçeli, Tuğrul Türkeşlə bağlı taktiki addımı atmaqda gecikdimi, çəkindimi? Bunu bilmirəm. Onu bilirəm ki, 7 iyundakı seçki  siyahısına  Sinan Oğanı, 1 noyabrdakı seçki siyahısına Meral Akşeneri daxil etməyən MHP lideri doğru qərarlar  qəbul edib . APA-nı izləyənlərin  7 iyundakı seçkidən sonra Devlet Bahçelini  sərt  şəkildə tənqid etdiyimi xatırladıqlarını  umuram, mövqeyimin əksər təfərrüatı yenə də qüvvədədir. Ancaq Tuğrul Türkeşin durumuyla bağlı qərar qəbul etməkdə ya gecikən ya da tərəddüd edən Devlet Bahçelinin, Oğan və Akşener ilə bağlı qərarlarını düzgün hesab edirəm. Bunların səbəblərini təfərrüatıyla yazmağın  vaxtı gələcək. Mövcud durumda MHP-nin də “sahə savaşı”nın  aktyorlarından birini olduğunu qeyd etməyimiz lazımdır. 1987-ci ildən bəri Məclisdə olan Murat Başesgioğlunun adının İstanbulun ikinci bölgəsindən  çıxarılması, üçüncü bölgədə  isə Atilla Kayanın birinci sıraya keçməsi (Meral Akşenerdən boşalan yerə), Kocaelində HDP-yə 1 səslə uduzmuş Lütfi Türkkanın yeni siyahıda  yerini qoruması  MHP-nin vəziyyətə görə hesablanmış düzgün taktiki addımları sayılmalıdır. ”Sahə savaşı”nda AKP-nin MHP-ni 10%-lik baryerin altına salması üçün həmlələri olacaqmı yoxsa mövcud durum o taktikanı AKP üçün tamamilə lüzumsuz qıldımı? 1 noyabr gecəsində görəcəyik...

 Siyahısına toxunmayan CHP

7 iyundakı seçkidən əvvəl ön seçki keçirən CHP, namizədlərin siyahısını böyük ölçüdə xalqın verdiyi  dəstəyə görə müəyyənləşdirmişdi.Hər seçkidə bir neçə önəmli diplomata millət vəkili mandatı verməsiylə tanınan CHP, 7 iyundakı seçki ərəfəsində o ənənəsini pozaraq, sadəcə  Türkiyənin Bağdaddakı keçmiş  səfiri Murad Özçəliki Məclisə seçilmə imkanı vermişdi. Özçəlik, partiyaya gəldiyi ilk gündən “qan uyuşmazlığı” yaşamışdı. CHP-nin xarici əlaqələrə cavabdeh sədr müavini olan Özçəlikin mövqeyi partiyaya yeni heç nə qazandırmadığı kimi bəzi nöqtələrdə CHP-nin beynəlxalq proseslərə  reaksiyasız qalmasına da  səbəb olmuşdu. Bir vaxtların Şükrü Ələkdağı, Onur Öyməni, keçən dönəmin Faruk Loğoğlusu, Osman Korutürkü ilə müqayisədə Murad Özçəlik CHP-dəki funksiyasını yerinə yetirə bilməyərək siyahıda yerini qoruya bilməmiş və istefa vermişdi. Bu nöqtədə CHP sədri Kamal Kılıçdaroğlunu anlamaq mümkün deyildir:  Murad Özçəlikin yerini dolduracaq adam kimi İŞİD-in Musuldakı Türk baş konsulluğu işğal edib orada dövlət elan edərkən  baş konsul  olan Öztürk Yılmazı Ardahandan namizəd göstərməsinin böyük risk daşıdığını düşünürəm. Öztürk Yılmaz 1 noyabrda Ardahandan mandat ala bilməsə,  beynəlxalq əlaqələr sahəsində  CHP-ni Məclisdə kim təmsil edəcək? Kılıçdaroğlu yarana biləcək bu sıxıntını nəzərə alıbmı? Bütün dönəmlərdə     Məclisdəki qrupunda bir neçə təcrübəli diplomat  bulunduraraq beynəlxalq məsələlərdə (məsələn, “erməni məsələsi”), bir növ, Türkiyənin ümidi halına gələn CHP 1 noyabrdan sonra bu boşluğu kimlərlə dolduracaq?

 

Kürdlər HDP ətrafında daha çox konsolidə olacaqlarmı?

1 noyabrdakı seçkinin prezident Ərdoğan+ AKP ilə HDP arasında keçəcəyini cənab Ərdoğanın 20 sentyabrda  İstanbul mitinqindəki çıxışını  izləyən hər kəs gördü. HDP  7 iyunda seçilmiş biseksual millət vəkilini 1 noyabrın namizədlər siyahısından  çıxararaq, AKP-nin  əks-təbliğat silahını əlindən almaqla qalmayıb, Cənubi-Şərq bölgəsindəki dindar kütlələrdən daha çox səs almağı hədəflədiyini də göstərdi. Əməyin Partiyasının HDP siyahısından millət vəkili seçilmiş keçmiş sədri Ləvənt Tüzəl seçki hökumətində  nazir vəzifəsinə namizəd göstərilməsinə baxmayaraq, kreslonu qəbul etməyi rədd edincə, 1 noyabr siyahısından kənarda qaldı. Radikal solun HDP-yə dəstəyinin davam edəcəyinin göründüyü bir ortamda, xüsusilə MHP lideri Bahçelinin “Viski içib HDP-yə səs verən şərəfsizlər” sözünün HDP-yə dəstək yönündə inad nöqtəsi yarada biləcəyi də ehtimal edilir. Çox radikal hadisələr olmadığı müddətcə HDP-nin 10%-lik ölkə baryerini aşmasında hər hansı problem görünmür. Elə isə proseslərin dönüb-dolaşıb  varacağı nöqtə “sahə savaşı”dır...

“İlk”lərin seçkisi Türkiyəni haraya aparacaq?

“Sahə savaşları” bu sualın cavabını verəcək.

 1  noyabr seçkisi  sanki  “Eyni axar suda ikinci dəfə çimmək” təsiri bağışlayır...

 

Mayis Əlizadə/APA Analitik Mərkəzi


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM