Azərbaycanda siyasi təşkilatların əksəriyyəti Milli Məclisə keçiriləcək seçkilərə hazırlaşır.
Azərbaycanda bu il noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası(MSK) qarşıdan gələn parlament seçkilərinin ədalətli, şəffaf şəkildə keçirilməsi ilə bağlı tədbirlər planı hazırlayıb, maarifləndirici işlərə başlayıb. Bununla da parlament seçkilərinə rəsmən start verilib. Baş tutacaq seçkilərdə iştirak etməyi nəzərdə tutan əksər siyasi partiyalar namizədlərinin adlarını da açıqlayıb, bəzi partiyalar isə seçkilərdə iştirak etməmək qərarı verib.
Hələlik, parlament seçkilərinə namizədlik üçün müraciət edənlərin sayı 1017 nəfərdir. Onların 506-sı siyasi partiyalar tərəfindən, 471 nəfərin namizədliyi isə fərdi qaydada irəli sürülüb, 19 nəfərin deputatlığa namizədliyi isə qeydə alınıb.
Parlament seçkilərinə bir aydan çox vaxt qalıb və siyasi partiyalar müddətdən maksimum yararlanaraq hazırlıq işlərini davam etdirirlər. ANS PRESS ölkədə fəaliyyət göstərən siyasi partiyaların parlament seçkilərində iştirak edib-etməyəcəkləri, ümumiyyətlə, bu siyasi aksiyaya necə hazırlaşmaları və gözləntiləri ilə bağlı onların fikir və rəyini öyrənib.
Hakim Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkilərində əvvəlki illərdə keçirilən seçkilərdəki nəticələri təkrarlamağı, daha uğurlu nəticə ortaya qoymağı qarşıya məqsəd qoyub. YAP icra katibinin müavini Siyavuş Novruzov partiyanın mövqeyini belə izah edib:
"YAP seçkilərlə bağlı artıq qərar qəbul edib. Partiyanın seçki ilə əlaqədar olaraq fəaliyyət planı təsdiqlənib. YAP-ın müşavirəsində də parlament seçkilərinə hazılıq barədə xüsusi göstərişlər verilib. Bununla bağlı partiyanın yerli rayon, şəhər qərargahlarına, bölmələrinə tövsiyyələr və proqramlar verilib. Orada qeyd olunub ki, həmin idarələr ilkin mərhələ üçün öz hazırlıq prosseslərini davam etdirsinlər. Bura seçki qərargahlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi, onların seçki vəziyyətinə gətirilməsi, iş təşkilatlarının fəaliyyəti məsələləri daxildir. Həmin iş təşkilatları məntəqələr ətrafında yaradılıblar. Hər bir məntəqə ətrafında bizim bir iş təşkilatımız fəaliyyət göstərir."
Siyavuş Novruzov - YAP icra katibinin müavini
Azərbaycan Demokrat Partiyası (ADP) deputat seçkilərinə qatılmaq niyyətindədir və üzvlərə seçkilərdə aktiv iştirakı tövsiyə edib. Bəzi tərəddüdlər olsa da yerlərdə partiya üzvləri seçkiyə xüsusi maraq göstərirlər. ADP bu il keçiriləcək parlament seçkilərilə əlaqədar yaratdığı Mərkəzi Seçki Qərargahının ilk toplantısı keçirilib, deputatlığa namizədlərinin 15 nəfərlik ilkin siyahısı açıqlanıb. Həmçinin seçkilərlə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq atılacaq addımların müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb, müvafiq qərarlar verilib.
ADP İdarə Heyətinin toplantısı
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Ali Məclisi noyabrın 1-də keçiriləcək parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib. BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı bildirib ki, Ali Məclisin sessiyasında BAXCP-nin 81 namizədinin irəli sürülməsinə qərar verilib. Ölkənin gələcəyinin çoxpartiyalı sistemin inkişafından keçdiyini düşünən BAXCP bunun üçün ilk növbədə parlamentin funksiyalarının artırılmasını, hökumətin formalaşdırılması səlahiyyətinin parlament seçkilərində qalib gələn siyasi partiya, yaxud siyasi partiyalara verilməsini, məhkəmə hakimiyyətinin tam müstəqilliyinin hüquqi mexanizmlərlə təmin olunmasını zəruri sayır.
Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, keçiriləcək seçkilər bir ay müddətində siyasi fəaliyyət üçün imkanlar yaradır.
"Müsavat Partiyası bu imkanlardan yararlanıb, parlament seçkilərində iştirak edəcək. Kifayət qədər səs almaq imkanı olan partiya üzvləri seçkilərdə iştiraka qatılır və cəmiyyətə partiyanın məqsəd və məramlarını çatdırırlar. Bu seçki kampaniyasından partiyanın məqsədlərinin cəmiyyətinə çatdırılması üçün istifadə edəcəyik.”
Arif Hacılı - Müsavat Partiyası başqanı
Ümid Partiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Maxsudov qarşıdan gələn parlament seçkilərinə partiyanın hazırlığı ilə bağlı namizədlərin həm paytaxt Bakıda, həm də rayonlarda güclü olduqlarını vurğulayıb, 70-dən çox namizədin bəlli olduğunu deyib: "Biz seçkiyə başlayanda tam hazır olacağıq. Namizədlərimiz hər yerdə güclüdür. Seçkilərə təkbaşına yox, komanda şəklində gedirik. Bu da bizi hər yerdə güclü edir. Həm paytaxta həm də rayonlara ciddi önəm veririk.”
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Demokratik Qüvvələrin Milli Şurası hələlik deputat seçkilərində iştirak etməmək qərarına gəlib. Onlar seçki qanunvericiliyinin dəyişməyəcəyi halda, seçkilərdə iştirakı məqbul saymırlar.
Azərbaycan Milli İstiqlal Partiyası(AMİP) isə deputat seçkilərində iqtidar partiyası ilə yarışmaq qərarındadır. Bu siyasi təşkilat parlament seçkilərinə blok şəklində getməyin çətin olduğunu düşünür. Partiyanın sədri Yusif Bağırzadə söyləyib ki, seçkilərlə əlaqədar daimi fəaliyyət göstərən seçki qərargahı mövcuddur. Biz heç bir partiyanın, hətta hakim Yeni Azərbaycan Partiyasının seçki siyahısının açıqlanmasını gözləmədən namizədlərimizin adlarını elan etdik ki, kimlər və hansı dairələr üzrə seçkiyə gedirik. Bu gün partiya parlament seçkilərinə tam hazırdır və müvafiq sənədləşmə prosesləri gedir. Hələlik biz 29 namizədlə seçkiyə qatılırıq. Ancaq ola bilsin ki, namizədlərimizin siyahısı artsın. Çünki seçkidə iştirak etmək istəyən AMİP-çilər çoxdur. Bu il parlament partiyası olacaq AMİP kəmiyyət deyil, keyfiyyət baxımından seçkiyə gedir."
Yusif Bağırzadə - AMİP sədri
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədri Sabir Rüstəmxanlı da seçkiyə qatılacaqlarını açıqlayıb: "Biz seçkilərdə iştirakın vacib olduğunu düşünürük. Ona görə də seçkilərdə iştirak etmək qərarını vermişik."
Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) və digər partiyalar təmsil olunduqları blok şəklində deputat seçkilərində iştirak etmək istəyini bildirib. Belə ki, bu partiyalar ayrı-ayrılıqda mövcud siyasi vəziyyətə və resurslarına uyğun araşdırmalar aparıb, Azərbaycanda parlament seçkilərinə uyğun müvafiq qərar verib.
Bu arada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti Azərbaycana gəlib. Deputat Jordi Huklanın başçılıq etdiyi nümayəndə heyətinə beş nəfər daxildir. Səfərin məqsədi noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiöncəsi vəziyyəti öyrənməkdir.
AŞPA
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTIHB) isə noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina edib. Büronun direktoru direktoru Maykl George Link bildirib ki. bu addımı atmalarına səbəb müşahidəçilərin sayına qoyulan tələblə bağlıdır.
Büronun açıqlamasında qeyd edilir ki, Bakıdan dəvətnamə aldıqdan sonra Büro bu seçkilərə ekspertlər qrupu, 30 uzunmüddətli, 350 nəfər də qısamüddətli müşahidə missiyası göndərməli idi. Amma Azərbaycanın ATƏT-dəki Daimi Missiyası ilə müzakirələrdə məlum olub ki, Azərbaycan hakimiyyəti yalnız 6 nəfər uzunmüddətli, 125 nəfər də qısamüddətli müşahidəçi göndərilməsini tələb edir. Bakı bu tələbində israr etdiyindən, Büro bu seçki üçün Azərbaycana müşahidəçi göndərməmək qərarına gəlib.
ATƏT/DTIHB
Azərbaycanda son parlament seçkiləri son dəfə 2010-cu il noyabrın 7-də keçirilib. Həmin ildə MSK və Dairə Seçki Komitələri (DSK) tərəfindən seçkilərdə 46,630 və 1,029 beynəlxalq müşahidəçi, 5,444 yerli müşahidəçi 11 Qeyri Hökumət Təşkilatını (QHT) təmsil edib, təxmini 8,378 nəfər partiya müşahidəçisi olaraq qeydə alınmışdı. Yerdə qalanlar isə fərdi müşahidəçi olaraq qeydiyyatdan keçmişdi. Bəzi QHT-lər, o cümlədən “Parlament–2010” koalisiyası, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyası, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMMD) və “Demokratiyanı Öyrənmə” İctimai Birliyi uzunmüddətli və qısamüddətli müşahidələr həyata keçirmişdi. Bu il seçkilərdə nə qədər müşahidəçinin iştirak edəcəyini isə MSK seçkidən əvvəl tam açıqlayacaq.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM