Moskva və Ankara Qarabağı qaytarır

20:52 / 22.09.2015

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Rusiyanın dövlət başçısı Vladimir Putin ilə Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə etmək üçün sentyabrın 23-də Moskvayagedir. 

ANS PRESS-in məlumatına görə bu barədə ABŞ-ın "Stratfor" nəşri yazıb. Məlumata əsasən Moskva ilə Ankara arasında gərgin münasibətlər yalnız Suriyaya görə yaranmayıb. Son aylarda Rusiya Qafqazda Türkiyənin əsas müttəfiqi Azərbaycanla da ciddi danışıqlar aparır. Bu danışıqların gedişatında Moskva və Bakı Dağlıq Qarabağ haqqında Azərbaycan vəErmənistan arasında dondurulmuş münaqişəni qəti şəkildə həll etməyə çalışır. Daha əvvəl Ankara münaqişənin nizama salınmasında Bakının hərbi zamini qismində çıxış edirdi, amma indi Rusiya regionda vəziyyətə təkbaşına nəzarət etmək istəyir.

Həmçinin, Moskva "Türk axını" layihəsinin sonrakı inkişafı məsələsində Türkiyəyə təzyiqin göstərilməsi üçün Suriyadakı və Dağlıq Qarabağdakı münaqişələrdən istifadə etməyə çalışır, hansı ki, işlər yaxın vaxtlarda dayandırılıb.


Moskva-Ankara-Bakı xəritədə

Qərb və Rusiya mətbuatında daha çox Dağlıq Qarabağ münaqişəsi üzrə hansısa razılığın əldə olunması barədə yazıların dərc olunur. Bu, bəzi məsələləri üzə çıxarmaqla yanaşı, ciddi narahatlıq da yaradır. Rusiya mətbuatında isə yazılır ki, Qərb Azərbaycan üçün siyasi və iqtisadi qiymətini, mənasını və əhəmiyyətini itirib. Azərbaycan nəhayət dərk edib ki, Qərb arenasında ona Qarabağ probleminin nizama salınması üzrə dəstək yoxdur və bunu məntiqli şəkildə əsas götürərək Rusiya ilə sıx münasibətlərə üstünlük verir. 

Hər şeydən əvvəl, Qərb İranla nüvə sahəsində razılaşmadan sonra əlaqələri nizama salmaqla Azərbaycan ilə Türkiyəni çətin vəziyyətdə qoydu, Türkiyə Yaxın Şərqdə və kürd probleminin həllində sanki təcrid vəziyyətinə salındı. Azərbaycanın isə Qarabağ probleminin həllində Qərbə ümidi azaldı. Belə olan halda Rusiya Avrasiya İqtisadi İttifaqının genişləndirilməsi və onun hüdudlarına nəzarətin gücləndirilməsi hesabına mövqelərini möhkəmləndirməyə çalışır. 

Hazırda Rusiya, Türkiyə və Azərbaycanın bir çox məsələlərdə vahid mövqedən çıxış etməyə çalışması, Suriyada, Qarabağda maraqlar baxımından Rusiyanın və Türkiyənin əməkdaşlığının müşahidə edilməsi, həmçinin Ermənistanın işğalı altında olan Qarabağ ərazisinin Azərbaycana aid olması, bu ərazilərin rəsmi Bakının nəzarəti altına verilməsi və bölgəyə Rusiya qoşunlarının yerləşdirilməsinə dair Rusiyanın və Azərbaycanın müəyyən razılığa gəlməsi fikirləri daha çox müzakirələrə səbəb olur. 

Əsl reallıq necədir, Rusiya bununla nəyə nail olmaq istəyir, bunun Azərbaycana faydası olacaqmı?

Siyasi şərhçi Zərdüşt Əlizadə ANS PRESS-ə Rusiyanın bu planının mənasız olduğunu söyləyib: "Moskva nəyəsə nail ola bilməyəcək. Bunların hamısı boş söhbətdir. Rusiyanın dövlət kimi gələcəyi yoxdur. Odur ki, Azərbaycan hakimiyyəti o qədər də ağılsız deyil ki, Rusiya sülhməramlılarını Dağlıq Qarabağda yerləşdirsin və beləliklə, Qarabağı itirsin."


Zərdüşt Əlizadə - politoloq

Ümumiyyətlə, Rusiyanın Qarabağ problemi ilə bağlı plan hazırlaması ilə bağlı iddialar var. Plana görə, Rusiyanın Qarabağa qoşun yeritməsinə İrəvan qarşı çıxsa, guya Rusiya üstünlüyü Azərbaycana verəcək. Rusiyanın Ermənistana 200 milyonluq kredit ayırması da məhz İrəvanın buna qarşı çıxmaması üçün edilib. 

Bu məsələyə münasibət bildirən Zərdüşt Əlizadə deyib: "Düşünürəm ki, Rusiya indiki mövcud vəziyyəti dəyişmək fikrində deyil. İndi nə Azərbaycan, nə də Ermənistan hakimiyyətinin xeyirinə deyil ki, nəsə dəyişsin. Bunlar hamısı görüntülərdir." 

Rusiya ekspertləri bildirirlər ki, Qarabağı qaytara biləcək yeganə ölkənin Rusiya olacağını Bakıda çox yaxşı anlayırlar. Xüsusən, Rusiya-Azərbaycan üçün daha doğmadır. O da vurğulanır ki, Rusiya sovet dövründə Ermənistan dövlətini məhz Azərbaycan əraziləri hesabına yaradıb və o dövrdə Ermənistan ən "imtiyazlı" respublika idi: "Azərbaycan Dağlıq Qarabağ probleminin nizama salınmasında geosiyasi üstünlüyündən və energetika resurslarından istədiyi kimi yararlana bilmədi və bunu transformasiya etməyi bacarmadı. Çünki Qərb Azərbaycana yalnız neft çəlləyi və tranzit kimi baxaraq problemin həllinə icazə vermədi və vermir."


Dağlıq Qarabağ ərazisi

Qərb ekspertləri isə məsələyə fərqli yanaşaraq, Qarabağ probleminin sonu ilə bağlı proqnoz açıqlayırlar: "Əgər Ermənistan Qarabağ bölgəsinə Rusiya qoşunlarının yerləşdirilməsinə razılaşmasa, "lokal" müharibə başlanarsa, Rusiya erməni qoşunlarının irəliləyişinə icazə verməyəcək. Bu məqsədlə Rusiya Azərbaycana müasir silahlar satmağa üstünlük verəcək və rəsmi Bakının üstünlüyünü təmin edəcək.

Ermənistana gəlincə, Kreml İrəvana növbəti dəfə blef etdi. Belə ki, İrəvan yaxın vaxtlarda Rusiyadan alacağı 200 milyon dollar kreditlə silah almalı idi, amma, bu, hələlik özünü doğrultmur. çünki yalan üzərində qurulan oyundur. Bu krediti Rusiya yalnız o zaman verəcək ki, Ermənistan Rusiyanın Qarabağa qoşun yeritmək niyyətinə qarşı çıxmasın. Bu, başqa cür mənasızdır. Yəni, əgər erməni tərəfi "diplomatik" varianta razılaşmasa, onda onu müharibəyə təhrik etməyə çalışacaqlar." 


Serj Sarkisyan - Ermənistan prezidenti

Ermənistanın bu planla razılaşacağı sual doğursa da, lakin bu günlərdə Ermənistan prezidenti Serj Sarkisyan Düşənbədə bildirib ki, bu məsələlərlə bağlı hansısa razılıq var. 

Bir sözlə, bu plan barədə Qərb və Rusiya mətbuatında geniş yazıların nəşri, həmçinin bu məsələ ilə bağlı fikirlərin kifayət qədər məlumatlandırılmış ekspertlərin dilindən səsləndirilməsi maraq doğurur. Təbii ki, bu, yeni ssenari deyil və vaxtaşırı gündəmə gətirilir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM