Azərbaycanı "sevən" erməni nazir

14:17 / 23.09.2015

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan növbəti dəfə sərsəm açıqlamaları ilə gündəm yaratmağa çalışıb, Azərbaycana qarşı ənənəvi böhtan xarakterli bəyanatlar səsləndirib.

ANS PRESS-in məlumatına görə, XİN rəhbəri BBC-nin Rusiya xidmətinə müsahibəsindəDağlıq Qarabağ münaqişəsi barədə fikrilərini açıqlayıb və bildirib ki, hazırda Qərblə Rusiya arasında ixtilaf yaşansa da, ATƏT-in Minsk qrupunun həmsədrləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair fikir ayrılığı yoxdur. O, İrəvanın müttəfiqi Moskvanın Bakıya silah satmasına normal baxdığını, ancaq bunun Ermənistan üçün o qədər də xoşagələn məsələ olmadığını söyləyib. 

E.Nalbandyan diqqəti Azərbaycanın silahlanmasına yönəldib və deyib: "Azərbaycan son on ildə hərbi büdcəsini 30 dəfə artıraraq 5 milyard dollara çatdırıb. Dünyada hərbi büdcəsini 30 dəfə artıran ikinci ölkə tanımıram. Azərbaycan keçmişin hadisələrindən ibrət dərsi almayaraq “bütün qırmızı xətləri” keçib."


O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tərəfi olmadığını da vurğulayıb, Azərbaycanı münaqişə zonası yaxınlığında hərbi manevrlər keçirərək gərginliyi artırmaqda ittiham edib: "Azərbaycanın sadəcə olaraq böyük xülyaları budur ki, qaz və neftdən əldə edilən asan pullarla münaqişənin onların xeyrinə tənzimlənməsini almaq olar." 

Siyasi şərhçi Rüstəm Məmmədov ANS PRESS-ə verdiyi açıqlamada Nalbandyanın dediyi fikirləri cəfəngiyyat adlandırıb, ATƏT-in Minsk qrupuna birmənalı olaraq etibarın qalmadığını deyib: "XİN başçısının "Azərbaycanın qırmızı xətti keçməsi" fikri erməni iddiasından, uydurmasından, rəsmi Bakıya xox gəlməkdən başqa bir şey deyil. Nalbandyan, Azərbaycanın üstünlüklərindən narahat olur və müharibə qorxusu yaşayır. Ona görə belə sərsəm açıqlamalar verir."


Rüstəm Məmmədov - siyasi şərhçi


R.Məmmədov Azərbaycanın Ermənistan ilə münasibətlərində tamamilə düzgün strategiya tutduğunu deyib: "Rəsmi Bakı çalışır ki, beynəlxalq hüquqa hörmət etmək yolu ilə bu prosesi tənzimləsin. Ermənistan isə beynəlxalq hüququ poza-poza gedir. Bu mənada əgər Azərbaycan Ermənistana hücum edərsə, bunu heç kim beynəlxalq hüququn pozuntusu kimi qəbul etməyəcək. Bu, birmənalıdır. Azərbaycan çalışır ki, özünə həmrəy, tərəfdaş tapsın və bu geostrateji məqamdan faydalansın."


O, Azərbaycanın indiyədək onun mənafeyini qoruyacaq tərəfdaş tapmamasının səbəbini isə belə izah edib: "Azərbaycan Rusiyaya münasibətlərdə uzunmüddət tərəfdaş kimi baxmadı. Bu isə Rusiyanın xoşuna gəlmədi. Rusiya bu məsələdə əks mövqe tutmuşdu. Məncə əsas səbəb bu idi. Türkiyə də tərəfdaş ola bilmir. Çünki burada iki tərəf var - ABŞ və Rusiya. ABŞ-ın tərtəfdaş ola biləcəyinə ehtimal çox azdır, çünki, o, ikibaşlı siyasət aparır. Bu siyasət təbii ki, bizi qane etmir. Amma biz Rusiyanı tərəfdaş tutsaydıq, bəlkə də bu bir az başqa cür olardı. Yəni Rusiya indi öz reallığını sübut etməyə çalışır və müəyyən dərəcədə sübut edə bilib." 


XİN binası

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də Ermənistan xarici işlər nazirinin müsahibəsinə münasibət bildirib. O deyib ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin tərəfi olmadığında israr etsə də, orada Ermənistan silahlı qüvvələrinin olması bunun tam əksini və Azərbaycan ərazisinin məhz işğal olunduğunu göstərir. Hərbi xərclərə gəlincə, adambaşına düşən ÜDM-ə görə İrəvanın hərbi xərcləri Azərbaycandan çoxdur. 

XİN nümayəndəsi vurğulayıb ki, Minsk qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsində ortaq mövqeyə malik olsalar da, onlar hazırkı status-kvonu, yəni Ermənistan tərəfindən işğal və təcavüzü qəbul etmək istəmirlər: "Ermənistan mövcud beynəlxalq qanunlara görə işğal etdiyi ərazidən çıxmalıdır. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri də bunu tələb edir."


Hikmət Hacıyev - XİN-nin mətbuat xidmətinin rəhbəri 

Bir sözlə, təcavüzkar, kasıb, asılı, forpost dövlətin oyuncaq xarici işlər nazirinin sözləri ölkə daxili vəziyyətə hesablanıb. İndi İrəvanda ictimai-siyasi vəziyyət Ermənistan hakimiyyəti üçün ürəkaçan deyil. Onsuz da hamı bilir ki, Ermənistan təcavüzkardır, Azərbaycan torpaqlarını işğal edib. Sadəcə, Nalbandyan özlərinə uyğun fikirlər səsləndirsədə, reallığı görməməzliyə vursa da, rəsmi Bakıya "simpatiyası"nı gizlətmir, Azərbaycanın apardığı siyasəti yaxşı dərk edir. Necə deyərlər, Edvard Nalbandyan bulanlıq suda öz balığını tutur. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM