“AŞ PA seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün çoxlu sayda beynəlxalq təşkilatlara, o cümlədən ATƏT Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna göndərilən dəvətləri alqışlayır”.
Bu barədə Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyətinin bəyanatında deyilir. Heyət 21-22 sentyabr tarixlərində seçkiqabağı vəziyyəti və seçkilərə hazırlıq səviyyəsini yoxlamaq üçün Azərbaycana səfər edib.
Bəyanatda qeyd olunur ki, ATƏT DTİHB və Azərbaycan rəhbərliyi müşahidəçilərin sayı və metodologiyası məsələsində razılığa gələ bilməyib və bu səbəbdən də bu missiya seçkilərin müşahidəsindən imtina edib: “AŞPA seçkiqabağı missiyası AŞPA müşahidə missiyasının planlaşdırıldığı kimi, tam sayda müşahidə missiyasını həyata keçirməsində təkid edir, belə ki, AŞPA-nın monitorinqi altında olan ölkədə seçkiləri müşahidə etmək qurum üçün vacibdir və monitorinq prosesinin qanunla müəyyən edilmiş vəzifəsidir. Bundan başqa, AŞPA seçki missiyasının final hesabatı həm seçkilərin aparılması ilə bağlı siyasi müzakirələr, həm də bu ölkənin parlamenti ilə institutsional dialoqun dəstəklənməsi baxımından assambleya üçün vacibdir”.
Sənəddə bildirilir ki, heyətin Azərbaycanda görüşdüyü həmsöhbətlər qeyd ediblər ki, 5 il əvvəlki parlament seçkilərindən sonra irəliləyiş əldə olunub və buna görə də ölkə təcrid edilməməlidir. Seçkiöncəsi missiya Mərkəzi Seçki Komissiyası tərəfindən parlament seçkilərinə hazırlığın müxtəlif mərhələləri barədə məlumatlandırılıb. Komissiyanın verdiyi məlumata əsasən indiyə kimi heç bir şikayət daxil olmayıb: “Parlamentə daxil olmayan müxalif partiya nümayəndələri bütün namizədlər üçün bərabər imkanın yaradılmasının, o cümlədən sərbəst şəkildə imzaların toplanmasına imkan yaradılması və hakim partiyanın xeyrinə olaraq administrativ resurslardan sui-istifadə hallarının qarşısının alınmasının vacibliyini vurğulayıblar”.
AŞ PA seçkiqabağı missiyası bir sıra əsas müxalif partiyaların öz seçilmək şanslarını gücləndirmək üçün siyasi alyans çərçivəsində əməkdaşlıq etmək qərarını alqışlayıb: "Seçki Məcəlləsi dövlət televiziya və radiosunda bütün siyasi partiyalar üçün pulsuz efir vaxtının və dövlət tərəfindən maliyyələşən çap mediasında pulsuz yerin ayrılmasını nəzərdə tutur. Bu baxımdan AŞPA nümayəndə heyəti bütün seçki iştirakçılarına eyni şərtlərin və seçki prosesinin tam şəffaflığının təmin edilməsi üçün fikir azadlığı və azad medianın təmin olunmasının vacibliyini qeyd edir. Azərbaycan rəhbərliyi AŞPA nümayəndə heyətinin əmin edib ki, səsvermə və səslərin sayılması prosesi daxil olmaqla, seçki prosesinin şəffaflığını təmin etmək üçün bütün vacib tədbirləri görəcək".
Nümayəndə heyəti Milli Məclisin sədri, xarici işlər naziri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri, parlamentdə təmsil olunan siyasi partiyaların lider və nümayəndələri, parlamentdə təmsil olunmayan siyasi partiyaların lider və nümayəndələri, Mərkəzi Seçki Komissiyasının sədri, Bakıdakı diplomatik korpus nümayəndələri, vətəndaş cəmiyyəti və media nümayəndələri ilə görüşlər keçirib (APA).
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM