2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 23-də birinci iclası olub.
Prezident İlham Əliyev 2017-ci ildə Bakıda IV İslam Həmrəylik Oyunlarının keçiriləcəyini bildirərək bu Oyunların həm dünya, həm İslam aləmi üçün əhəmiyyətini qeyd etdi. İslam Həmrəylik Oyunlarının Azərbaycanı bir daha dünyada böyük nüfuza malik ölkə kimi nümayiş etdirəcəyini deyən dövlətimizin başçısı bu idman tədbirinin yüksək səviyyədə keçirilməsi üçün Azərbaycanın əlindən gələni edəcəyini vurğuladı. Bir neçə gün əvvəl Oyunların Təşkilat Komitəsinin yaradılması ilə bağlı Sərəncam imzaladığını deyən Prezident İlham Əliyev komitəyə rəhbərliyin Mehriban Əliyevaya həvalə olunduğunu bildirdi. Qeyd etdi ki, Mehriban Əliyeva həm “Eurovision”, həm birinci Avropa Oyunları ilə bağlı yaradılan Təşkilat komitələrinə rəhbərlik edib və bu tədbirlər yüksək səviyyədə keçirilib. Xüsusilə, birinci Avropa Oyunlarının nəticələrini qeyd edən dövlətimizin başçısı bu yarışların standartlarının Azərbaycanda müəyyən olunduğunu vurğuladı.
“Azərbaycan bütün dünyaya göstərdi ki, ölkəmiz sürətli inkişaf dövrünü yaşayır”, - deyən Prezident İlham Əliyev Oyunlar ərəfəsində ölkəmizə qarşı çirkin kampaniyanın aparıldığını, bəzi xarici dairələrin Azərbaycanı ləkələmək üçün böhtan dolu uydurma informasiyalar yaydığını xatırlatdı, bunun təsadüfi olmadığını, məqsədyönlü xarakter daşıdığını qeyd etdi. Dövlətimizin başçısı bu səylərin boşa çıxdığını deyərək bildirdi ki, qonaqlar Azərbaycanın reallıqlarını öz gözləri ilə gördülər, ölkəmizin multikulturalizm mərkəzi, Bakının isə dünyanın ən gözəl şəhərlərdən biri olmasının, könüllülərin öz vətəni ilə fəxr etdiklərinin, Azərbaycan idmançılarının peşəkarlığının şahidi oldular. Prezident İlham Əliyev Azərbaycanın müstəqil siyasət apardığını və sürətlə inkişaf edən ölkə olduğunu bildirdi, gələcəkdə belə bayramların daha çox olacağına əminliyini ifadə etdi.
Prezident İlham Əliyev yaxın gələcəkdə ölkəmizdə dünyada böyük nüfuza malik “Formula-1” yarışının, Dünya Şahmat Olimpiadasının keçiriləcəyini, bu yarışların ölkəmizdə təşkilinin Azərbaycanın dünyada daha çox tanıdılmasına xidmət edəcəyini diqqətə çatdırdı.
IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva göstərilən etimada görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Əmin olduğunu bildirdi ki, İslam Həmrəylik Oyunları da yüksək səviyyədə keçiriləcək və Azərbaycan xalqının etimadını doğruldacaq. Bu günə qədər keçirilən tədbirlərin ölkəmizin gücünü, təşkilatçılıq qabiliyyətini nümayiş etdirdiyini deyən Mehriban Əliyeva vurğuladı ki, İslam Həmrəylik Oyunları müstəqil Azərbaycanın tarixinə növbəti qələbə kimi daxil olacaq. Mehriban Əliyeva birinci Avropa Oyunları dövründə əldə edilən böyük təcrübədən bu Oyunlar zamanı da istifadə olunacağını söylədi. 2013-cü ilin iyul ayında Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının VIII Baş Assambleyasında IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilən tarixi qərarı xatırladan Mehriban Əliyeva ilkin hazırlıq işləri haqqında məlumat verdi.
Təşkilat Komitəsinin sədri bildirdi ki, Oyunlarda iştirak edəcək idmançıların Atletlər Kəndində, jurnalistlərin isə Media Kəndində yerləşdirilməsi nəzərdə tutulub. Tədbirin dünyada təbliği və informasiya dəstəyinin ən vacib məsələlərdən biri olduğunu qeyd edən Mehriban Əliyeva Oyunlarla bağlı internet portalının hazırlanacağını da diqqətə çatdırdı.
Mehriban Əliyeva bildirdi ki, qarşıda duran məsələlərdən biri açılış və bağlanış mərasimlərinin ideyalarını formalaşdırmaqdır. Yayım hüququnun verilməsi ilə bağlı müvafiq təşkilatlarla danışıqların aparıldığını, Oyunların keçiriləcəyi müddətdə Bakıya gələcək idmançıların, qonaqların yerləşdirilıməsi üçün otellərin sayının dəqiqləşdirildiyini və bu sahədə heç bir problemin olmadığını deyən Mehriban Əliyeva təxminən 10 minə yaxın gəncin könüllü kimi Oyunlara cəlb olunacağını və bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı. Bildirdi ki, yarışların keçirilməsi ilə bağlı geniş tədbirlər planı hazırlanır və qısa müddətdə təqdim olunacaq.
Gənclər və idman naziri, Oyunların Təşkilat Komitəsinin üzvü Azad Rəhimov çıxışında birinci Avropa Oyunlarının yüksək səviyyədə keçdiyini, IV İslam Həmrəylik Oyunlarının da beynəlxalq standartlara uyğun şəkildə təşkil ediləcəyini, bunun üçün ölkəmizdə bütün imkanların olduğunu diqqətə çatdırdı.
İclasa yekun vuran Prezident İlham Əliyev Təşkilat Komitəsinin bütün vəzifələri uğurla icra edəcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı Oyunlara hazırlıqda koordinasiyanın təmin olunmasının, yüksək peşəkarlığın göstərilməsi, qonaqların gəlişi, viza problemlərinin həlli, müasir nəqliyyat vasitələri ilə təminat, yüksək qonaqpərvərliyin göstərilməsinin əhəmiyyətini bildirdi, təhlükəsizlik tədbirləri, informasiya-kommunikasiya sistemlərinin fəaliyyəti, Bakıda və paytaxt ətrafında quruculuq-abadlıq işlərinin davam etdirilməsi, Oyunların keçirilməsinə yerli və xarici mütəxəssislərin cəlb olunması məsələlərinin vacibliyini qeyd etdi. Oyunlar zamanı geniş mədəni proqramların keçirilməsinin önəmini vurğulayan dövlətimizin başçısı qonaqlara zəngin və qədim mədəniyyətimizin təqdim olunmasının vacibliyini də bildirdi.
Sonda Prezident İlham Əliyev qarşıdan gələn Qurban bayramı münasibətilə təbriklərini çatdırdı.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM