Bunu anspress-ə açıqlamasında İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Şahin Nağıyev deyib.
Onun sözlərinə görə, birinci mərhələdə Tarif Şurası tərəfindən 1057 dərman preparatının və 25 təsiredici maddənin qiyməti endirilib və bu, 15 sentyabr tarixindən qüvvəyə minib (kombinə olunmuş dərman vasitələri istisnadır).
İlin sonuna qədər isə dövlət qeydiyyatına alınmış və təlabat çox olan 4500 dərman vasitəsinin qiyməti hissə-hissə endiriləcək.
Nazirlik rəsmisi qiyməti endirilən dərmanlar barədə apteklərdə mənfi hallarla üzləşən şəxslərə müraciət edəcəyi ünvanları da göstərib.
"Qiyməti endirilən dərmanların siyahısı artıq bir sıra müvafiq qurumların saytlarında, o cümlədən tariff.gov.az saytında yerləşdirilib. Dərmanların qiymətlərində ucuzlaşmanın olmadığını görən, yaxud hansısa suallar qarşısında qalan şəxslər İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2, yaxud 012-498-15-01 və 012-498-15-04 nömrələri ilə əlaqə saxlayaraq hüquqpozulması halları barədə məlumat verə bilərlər", - deyə Şahin Nağıyev bildirdi.
Ucuzlaşan dərmanların siyahısını "Dərman vasitələrinin qiymətlərinin müqayisəsi" adlı resursdan əldə etmək mümkündür.
Aptek sahibləri də 1057 adda dərman vasitələrinin qiymətlərini endirdiklərini desələr də, alıcılardan bəziləri bu endirimlərin olduğu ilə razılaşır, bəziləri isə heç bir ucuzlaşma olmadığını iddia edirlər.
İqtisadçı ekspert Nicat Hacızadə deyir ki, dərmanların qiymətlərinin ucuzlaşması keyfiyyəti aşağı salacaq.
"Bazar iqtisadiyyatından istifadə edib sahibkarlar dərman məhsullarının qiymətini süni formada qaldırırdılar. Bu proses ölkə başçısının tənqidinə qədər davam etdi. Dövlət tərəfindən dərman bazarına nəzarət artırılması rəqabəti azaldır ki, bu da bazarda keyfiyyətisiz dərmanların meydana gəlməsinə səbəb olub. Sahibkarlar əvvəllər Avropa və Amerikadan gətirdikləri preparatlara istədikləri qiyməti qoyurdular. İndi dəyəri dövlət müəyən etdiyi üçün qiymət sisteminə uyğun olsun deyə Hindistan və Pakistan kimi dövlətlərdən ucuz və keyfiyyətsiz vasitələr gətiriləcək ki, bazarda rəqabətə tab gətirə bilsinlər", - deyə iqtisadçı N. Hacızadə bildirdi.
İqtisadçı deyir ki, Azərbaycan dərman bazarında rəqabət qabiliyyətini azaldan digər bir amil isə istehsalın yox səviyyəsində olmasıdır. "Azərbaycan cəmi 2% preparat istehsal edir. Qalan 98%-i isə xaricdən alır. Ölkəmiz dərman istehsalını artırmalıdır ki, qiymətlər aşağı düşsün. Bunun üçün isə ixtisaslaşmış institutlar yaradılmalı və kadrlar yetişdirilməlidir", - deyə iqtisadçı əlavə edib.
Dünya təcrübəsinə baxsaq, görərik ki, əvvəllər Türkiyədə də dərman qiymətləri çox yüksək idi. Lakin 2000-ci ildə qardaş ölkədə icbari sığortanın tətbiqi, gömrük rüsümlarının və vergilərin azaldılması ilə ölkədə dərmanların qiymətləri aşağı düşdü. Ölkənin preparat istehsalına başlaması isə qiymətləri bir az daha endirdi. Həm də burada digər bir məqam odur ki, belə olan halda Türkiyədəki dərman bazarında rəqabət yarandı və nəticədə də keyfiyyət yuxarı qalxdı.
30 iyul 2015-ci il tarixində prezident İlham Əliyev Nazirlər Kabinetinin "2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları"na həsr edilən iclasda dərmanların qiymətinin baha olmasına görə irad tutmuşdu.
Azərbaycan Tarif Şurasının 30 iyulda keçirilmiş iclasında isə ilk mərhələdə həyati vacib və daha çox tələbat olan 25 təsiredici maddə üzrə 250-dən çox dərman vasitəsinin qiyməti ucuzlaşdırılmışdı. Qərara əsasən, həmin dərman vasitələrinə tətbiq edilən ucuzlaşma 2015-ci il 15 sentyabr tarixindən qüvvəyə mindi.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM