Trend-in məlumatına görə, Livanda nəşr olunan qəzetlərdən biri iddia edir ki, Məhəmməd bin Salmanın kortejinin Mina dağına getməsi ilə əlaqədar digər hacıların hərəkət istiqamətinin təcili olaraq dəyişdirilməsi üzündən yüzlərlə hacı bir-birinin üzərinə yıxılıb və onların çoxu dünyasını dəyişib.
M.Salmanın yüzlərlə hacının ölümünə səbəb olan Həcc mərasimi məsullarından ibarət siyahı hazırlanıb. Ərəbistanının şəriət məhkəməsi bu siyahıda yer alan adların edamına qərar verib. Belə ki, bu hadisəyə görə saxlanılan 28 nəfərin edam ediləcəyi gözlənilir.