Brüssel Azərbaycanda demokratikləşmə və Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ikili standartlar tətbiq etməkdən çəkinməlidir.
Bu barədə Berlində yerləşən Avropa Qafqaz - Xəzər Tədqiqatları İnstitutunun rəhbəri Matias Dornfeldt "Vestnik Kavkaza" portalına müsahibəsi zamanı bildirib.
Alman politoloq Avropa parlamentinin Azərbaycan üzrə 9 sentyabr 2015-ci il tarixdə qəbul etdiyi qətnaməni sərt tənqid edib: “Bu qətnamə Avropa Birliyi (AB) ilə Azərbaycan arasında münasibətləri korlamaqla yanaşı, bütün Cənubi Qafqazda vəziyyəti gərginləşdirir”.
Matias Dornfeldtın fikrincə, AB Azərbaycana qarşı sanksiyalar tətbiq edərsə, əvəzində Avropanın enerji təchizatı üzrə önəmli tərəfdaşını itirəcək: “Sanksiyalar tətbiq edilərsə, rəsmi Bakı müəyyən dərəcədə Qərbdən üz döndərəcək, həmçinin Azərbaycanın bu ədalətsiz addımlardan qorunması üçün tədbirlər görəcək.”
Matias Dornfeldt - alman politoloq
Matias Dornfeldt bununla həm də son günlərdə bir sıra Qərb siyasətçilərinnin Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi barədə etdikləri çağırışlara cavab verib. Məsələn, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Corc Meyson Universitetinin professoru Riçard Kozlariçlə“Freedom House” təşkilatının keçmiş başçısı Devid Kramerin Azərbaycan əleyhinə səsləndirdiyi bəyanatlar olub. “Politico.eu” saytında birgə yazdıqları “Time to get tough on Azerbaijan” (Azərbaycana qarşı sərt siyasətin vaxtı çatıb) başlıqlı məqalədə müəlliflər ABŞ və Avropa Birliyini Azərbaycana qarşı sərt sanksiyalara çaırıblar. Jurnalist Rasim Əliyevin döyülərək öldürülməsinə, Yunusların və Xədicə İsmayılovanın həbsinə toxunan məqalə müəllifləri bunun əvəzinə ABŞ siyasətçilərnin, xüusilə də ABŞ müdafiə nazirinin müavini Evelin Farkaşın Azərbaycanı strateji tərəfdaş adlandırmasının əleyhinə çıxır. Məqalə “ABŞ və AB birlikdə sözdən əmələ keçməlidir” cümləsi ilə bitir.
Riçard Kozlariç - ABŞ-ın Azərbaycandakı keçmiş səfiri
Əgər məqalə müəlliflərinin arzusu gerçəkləşərsə və Qərb Azərbaycana qarşı sanksiyalara başlayarsa, rəsmi Bakının Rusiya ilə yaxınlaşmaqdan başqa yolu olmayacaq. Rusiya siyasətçiləri də bunu başa düşür və rəsmi Bakını öz tərəflərinə çəkmək üçün Avropa sanksiyaları qarşısında Azərbaycanı iüdafiə etdiklərini bildirirlər. Məsələn, Moskvada Cümə məscidinin açılışı zamanı LDPR lideri Vladimir Jirinovskinin bəyan edib ki, Qərbdə səslənən bəyantların tam əksinə olaraq, Azərbaycan və onun rəhbərliyi demokratik dövlət quruluşu normalarına riyaət edirlər.
Uzun illər Rusiya parlamentinin yuxarı palatasının rəhbərlərindən biri olmuş, hazırda Dağıstan Respublikasına rəhbərlik edən Ramazan Abdulatipovun fikrincə isə, Avropa Azərbaycanın Rusiya ilə ilıq münasibətlərindən narahatdır: “Prezident İlham Əliyev Rusiya ilə dostluqdan imtina etmir, Vladimir Putinlə çox xoş münasibətlər saxlayır. Bu, Azərbaycanı öz təsir dairələrində saxlamaq istəyən bir çox qərb rəhbərlərini qane etmir”.
Ramazan Abdulatipov - Dağıstan başçısı
Politoloq Qabil Hüseynli Azərbaycanın son illərdə Rusiya ilə münasibətlərinin istiləşməsini məntiqli sayır. “Açıq görünür ki, son illərdə Rusiya ilə strateji əməkdaşlıq münasibətləri yavaş-yavaş müttəfiqliyə çevrilir. Bu məsələdə müəyyən mənada Qərbin də rolu var. Əgər Qərb Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartlar tətbiq etməsəydi, təbii ki, rəsmi Bakı Moskvaya tərəf bu qədər meyl etməyə ehtiyac duymazdı”,- deyə Qabil Hüseynli ANS PRESS-ə bildirib.
Politoloqun fikrincə, əgər, Rusiya Dağlıq Qarabağın həlli məsələsinə obyektiv yanaşarsa, Azərbaycanın Moskva ilə əməkdaşlığının dərinləşməsində heç bir problem olmaz. Lakin bununla belə, Qabil Hüseynli Riçard Kozlariç kimi siyasətçilərin çıxışlarına elə də ciddi fikir verməməyə çağırıb: "1994-97-ci illərdə Bakıda səfir olmuş Riçard Kozlariç zaman-zaman müxtəlif çıxışlar edir. Bəzən bu çıxışlar erməni lobbisinin sifarişi ilə olur. Azərbaycan belə çıxışların təsirini azaltmaq üçün Qərbdə lobbiçilik fəaliyyətini gücləndirməlidir. Biz münaqişənin obyektiv həllinə nail olmaq üçün Qərblə də münasibətləri ilıqlaşdırmalıyıq".
Politoloq bu məsələdə haqlıdır. Son illərin təcrübəsi göstərir ki, Rusiya Azərbaycanla münasibətləri nə qədər ilıqlaşdırsa da, bu, Qarabağ münaqişəsinin həlli məsələsində heç bir irəliləyişlə nəticələnmir. Çünki Rusiyanın regionda əsas strateji müttəfiqi olan Ermənistanın rəhbərliyi işğal edilən Azərbaycan ərazilərindən ordunu geri çəkmək məsələsinə heç cür razılıq vermək istəmir. Serj Sarkisyan hakimiyyəti hətta Dağlıq Qarabağ ətrafındakı rayonlarıqaytarmaq istəmir və onları “qanla tutulmuş torpaqlar” adlandırır. Rəsmi İrəvan Kosovo və Krım münaqişələrini presedent tutaraq işğal edilmiş əraziləri Azərbaycandan qoparmaq istəyir.
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş rayonları
Təbii ki, Azərbaycan hadisələrin bu istiqamətdə cərəyən etməsinə imkan verməməlidir və buna görə də, balanslı siyasət kursunu davam etdirməlidir. Çünki Azərbaycanın başının üstündə hərlənən Domokl dəyənəyinin iki ucu var. Əgər Bakı Moskvanın tərəfini tutarsa, Kosovo presedenti ilə bağlı zərbəyə tuş gələ bilər. Əgər Azərbaycan Qərbin tərəfinə tam keçərsə, Moskva Qarabağ probleminin də Krım variantı ilə həlli yoluna dəstək verə bilər.
Hər iki variant Qarabağın və işğal olunmuş ərazilərin Azərbaycandan qoparılması deməkdir. Buna görə də Azərbaycan beynəlxalq güclərdən münaqişənin hərb yolu ilə həll yoluna razılıq alana qədər balanslaşmış siyasətini davam etdirməlidir. Bu, rəsmi Bakıya İran da daxil olmaqla regionun ən güclü ordusunu qurmağa da imkan yaradar.\ANS PRESS\
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM