Sentyabrın 26-daBMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Nyu-Yorkda BMT-nin 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyinin qəbul edilməsi üzrə zirvə toplantısı keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, toplantı Minilliyin İnkişaf məqsədlərinin yekunlarının qiymətləndirilməsi və davamlı inkişafın yeni məqsədlərinin müəyyən edilməsinə həsr olunub.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov toplantıda çıxış edib.
E. Məmmədyarov qeyd edib ki, bu, tarixi məqamlardan biridir: “Biz müfəssəl, uzunmüddətli və insanlara köklənmiş universal və yeniləşdirilmiş məqsədlər külliyyatının qəbulu üzrə qərar qəbul etmək üçün toplaşmışıq. 2015-ci ildən sonrakı dövr üçün inkişaf gündəliyi üzrə danışıqların uğurlu nəticəsini yüksək qiymətləndirirəm.
Sürətli inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri kimi, Azərbaycan inkişaf sahəsində təsirli nəticələrə nail olub. Qlobal iqtisadi və maliyyə böhranlarına baxmayaraq, 2015-ci ilin birinci yarısında Azərbaycanda 5.7 faizlik iqtisadi artım qeydə alınıb, qeyri-neft sektorunda artım 9.2 faiz olub. Azərbaycan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyanın enerji kəmərləri şəbəkəsini birləşdirəcək Trans-Anadolu və Trans-Adriatik təbii qaz kəmərləri və Cənub Qaz Dəhlizinin tikintisi yolu ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri kimi enerji infrastrukturu layihələri ilə Azərbaycan qlobal bazarın ən mühüm oyunçularından biri olmağı bacarıb. Həmçinin Azərbaycan, Gürcüstan və Türkiyənin dəmiryolları sistemlərini əlaqələndirəcək Bakı-Tbilisi-Qars dəmiryolu xətti layihəsi və qədim İpək Yolunu canlandırmaqla Şərq və Qərb arasında qısa və səmərəli əlaqəyə imkan verəcək yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi strateji infrastruktur layihələrinin təşəbbüskarı olub.
Vətəndaşlara ədalətli və səmərəli xidmətlər göstərilməsi məqsədilə Azərbaycanda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis olunub. Bu agentlik dünən sammit tərəfindən qəbul edilmiş yeni davamlı inkişaf gündəliyinin məqsədlərinin əksəriyyətini artıq əhatə edir. Bu mütərəqqi modelin uğuru geniş tanınır və BMT-nin 2015 İctimai Xidmətlər Mükafatı ilə təltif olunub.
Beynəlxalq inkişafa töhfə vermək niyyətinə sadiqliyimizə cəmiyyətimiz geniş şəkildə şərik çıxır. Azərbaycanda aparıcı qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondu bir sıra ölkələrdə çoxlu sayda sosial, humanitar və inkişaf layihələri həyata keçirib.
Biz mədəniyyətlərarası dialoqun, tolerantlığın və insanlar arasında anlaşmanın təşviqinə böyük əhəmiyyət veririk. Azərbaycan 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci qlobal forumuna ev sahibliyi etməyi planlaşdırır. Biz fəxr edirik ki, Birinci Avropa Oyunları bu il Azərbaycanda keçirilib və 2017-ci ildə Azərbaycan İslam Həmrəylik Oyunlarına ev sahibliyi edəcək.
Təəssüflər olsun ki, sülhə və təhlükəsizliyə qarşı çağırışlar inkişafa və əməkdaşlığa maneələrdən biri olub və olmaqda davam edir. Beynəlxalq hüquq vəBMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycan ərazilərinin 20 faizinin qonşu Ermənistan tərəfindən davam edən hərbi işğalı beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdid yaratmaqda davam edir. Fundamental insan hüquqlarının kobudcasına pozulması yolu ilə Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində və Ermənistanın öz ərazisində bir milyon azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirib. Nəticədə onlar qaçqın və məcburi köçkün olublar. Azərbaycan ərazilərinin işğalına son qoyulması və məcburi köçkünlərin öz doğma evlərinə qayıtmasının təmin edilməsi regionumuzda davamlı inkişaf gündəliyinin icrası üçün başlıca ilkin şərtdir”.
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM