Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, HDP-nin sözçüsü və Qars millət vəkili Ayhan Bilgen seçki qutularının daşınması və birləşdirilməsi təklifinin Mərkəzi Seçki Komissiyası tərəfindən rədd edilməsini gözlədiyini deyib.
HDP-li millət vəkili partiyasının reaksiyasının yalnız boykotla kifayətlənməyəcəyini söyləyib: “HDP-nin seçkiyə getməməsi...Bu kimi vəziyyətlərdə ölkədə vətəndaş müharibəsini belə müzakirə oluna bilər”.
Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası seçki qutularının daşınması və birləşdirilməsi ilə bağlı qərar qəbul edərsə, qərar HDP-nin təsirli olduğu cənubi-şərq vilayətlərdə tətbiq olunacaq.