- "Məşhur sima"da xoş gördük səni. Musiqi aləmində fasilələrlə görünsən də, son üç ildəki fəailliyyətinə görə, səni məşhur sima adlandırmaq olar.
- Beş ildir qayıtmışam, beş ildir ki, fasiləsiz davam edirəm və tanınıram.
- Bütün məşhurların təqdimatı olur. Səni daha çox şou-biznesin varlı xanımlarından biri kimi təqdim edirlər.
- Varlıdan çox, xeyriyyəçi kimi məni təqdim edirlər. Daha çox bu sözləri özümə deyirlər. Yəqin arxamca varlı kimi qələmə verənlər də var. Hə, varlıyam, sonra?.. Var deyəndə ki, var-dövlət pulla ölçülmür. Sən məni çoxdan tanıyırsan. Bilirsən ki, üç manatlıq da, on minlik də geyinə bilərəm. Məsələn, indi maşınım təmirdədir, ucuz maşında gəzirəm. O demək deyil ki, mənim pulum var deyə, adi maşında gəzə bilmərəm. Xeyirxaham, cibimdə axırıncı manatım olsa belə, onu bağışlaya bilərəm.
- Elə sənətçi var ki, hamı onu barmaqla göstərsin deyə yaşayır.
- Bütün incəsənət adamları belədir...
- Sən sənətə gah gəldin, gah getdin... Bəs uzaq qaldığın vaxtlarda nə düşünürdün?
- Getməyim də təsadüf oldu, qayıtmağım da... Şərait elə oldu ki, qayıtmağa məcbur qaldım. Bir dəfə səs rejissorum məndən musiqiyə qayıtmağımı istəyib. Dedi niyə oxumursan? Dedim istəmirəm, uşağım var, həmişə məşğul olduğum biznesim var. Dedi, sən elə düşünmə, həmişə səni soruşan sevənlərin var. İstəyirdim rejissor kimi fəaliyyət göstərim, eyni zamanda da biznesimi davam etdirim. Və qayıtdım. Daha musiqidən getməyə hazırlaşmıram.
- Elə bir vaxtda qayıtdın ki, indi məşhur olmaq çox asandır.
- Yox, mən elə deməzdim. İndi məşhur olmaq çox çətindir. Hərdən ətrafımda olan işçilərlə oturub bu barədə danışırıq. Hər səhnəyə qayıdışım fərqli olub. Vaxtilə elə bir kliplə gəlmişdim ki, indi də heç kim elə cəsarətli ola bilmir. Bu dəfə qayıdanda səs rejissorum dedi, bəsdir, otur gəl mahnı yazdıraq. Bir il efirə çıxmadım, işlədim. Başqa müğənni olsaydı, bir mahnı oxuyardı, ona da klip çəkdirib efirə çıxardı. Mən bir albomu işlədim, albom tamam hazır olunandan sonra təqdim elədim. O vaxta qədər mahnılarım radiolarda belə efirə getmirdi.
- Əvvəl şou-biznesdə belə sərt qanunlar yox idi. İndi hər şey pulla ölçülür. Pulun varsa, qlamur və nüfuzlu müğənnisən.
- Sənlə razı deyiləm. O vaxtkı müğənnilər indi də var. O vaxt da qalmaqallar var idi. 3-4 məşhur adlar var idi ki, indi də onların sırasında adım çəkilir. Hərə də bir yol seçdi. Biri bahalı nəsə təqdim edir, biri soyunur, bir də qırıq-qırıq hərəsindən bir az edir. Səs rejissorum dedi ki, üç yol var: soyun, gəl bu cür piar edək; həqiqi, və ya quraşdırma qalmaqal edək; ya da bir üslub seç, eyni janrda mahnılar oxu. Mən nə soyundum, nə qalmaqal elədim. Albomlarıma diqqətlə qulaq asın, mahnılarımın heç biri bir-birinə bənzəmir. Bu yolu tutdum. Bəlkə də iki-üç ildən sonra Roza yolu olacaq. Şou-biznesdə heç kim deyə bilməz ki, onların mükəmməl komandası olub, necə ki, mənim mükəmməl komandam var. Heç kimin daimi mətbuat katibi, meneceri, prodüsseri yoxdur. Mənim var, belə də olacaq.
- Sən qalmaqala getməsən də, təbiətində hay-küy, etiraz var. Həmişə qalmaqala hazırsan.
- Mənimlə çox adam qalmaqal etməyə çəkinir. Bilirlər ki, onların danışıq tərzi, fikirlərini çatdırma bacarığı buna imkan verməyəcək. Bir xoşbəxtliyi Allah mənə qismət edib ki, mənə tamaşaçı inanır. Uzağa getməyək. "Facebook"da məni sevənlər ordusu var. Bu gün verilişdəydim, çəkilişdən sonra Elmlər Akademiyasında işləyən bir xanım deyir, mən sizi tanıyıram, sosial şəbəkədə sizinlə dostluq edirəm.
- Sənin maddi imkanın yaxşı olmasaydı, indiki statusda ola biləcəkdin?
- Hə, olacaqdım. Yeri gəlsə, ətrafımda işləyən adamlar o kasıb kimi görünən müğənnilərdən az qazanır. Biz layihələrə də çoxlu pullar xərcləmirik. Sadəcə düzgün iş qururuq. Türkiyədə münsif kürsüsündə əyləşdim, artıq dedi-qodular yayıldı ki, Roza Zərgərli 30 min xərcləyib ki, münsif üzvü olsun. Lakin yaxınlarım bilirdi ki, bütün bunlar təsadüf nəticəsində olub. 4 il əvvəl o müsabiqəyə məni yarışmaçı kimi dəvət etmişdilər getməmişdim.
- O səfərdən sonra sənin Emre Altuğla duet oxuyacağın xəbərləri yayıldı. Nəticə nə oldu?
- Emre Altuğla duet olacaq. Türkiyənin məşhur aktyoru Erol Günaydın hər ikimzin klipində rol alıb. O rəhmətə gedəndən sonra qərar verdik ki, sevgi haqqında bir mahnı yazdıraq, Erol Günaydının xatirəsinə həsr edək. Bu günlərdə aktyorun xatirə gecəsi keçirildi. Mən gedə bilmədim. Erol bəyin qızı Emre ilə danışdı yəni, yaxın vaxtda gözlənilir.
- Yavaş -yavaş Türkiyənin musiqi səhnəsinə yaxınlaşmış olacaqsan.
- Bu təklif çoxdan olub, imtina etmişəm. Üç əvvəl Türkiyənin məşhur "Muhteşem Yüzyıl" serialına dəvət aldım. Köməkçim Abbas danışmışdı, getmədim. Ssenarini də göndərmişdilər, ev ayırıb, hər seriya üçün iki min avro qonorar verməyə razı idilər. Dedim azdır, artırdılar. İkinci rol idi, bacılardan biri olmalı idim. Mənə dedilər il yarım Türkiyədə yaşayacaqsan, bir ay tətildə öz vətəninə qayıda bilərsən. Qızım Bənövşəni qoyub gedə bilməzdim. Həyat yoldaşım da icazə vermədi.
- Şou-biznesdə önəmli fiqurlar var. Hərə öz səhnə fəaliyyətinə, obrazına, təbiətinə uyğun bir adla özünü təqdim edir. Sən də sahib olduqlarını komplektləşdirib, özünə bir adla təqdimat verə bilərsən?
- Özüm-özümə ad qoyum? Mən elə Rozayam da... Dövlətin verdiyi ad statusu müəyyən edir.
- Özünü necə analiz edərdin?
- Bu meşənin gülü elə özüməm!
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM