İnamyurd ATALI
(Yanğı)
İstəsən sonevin tapdaq olmasın,
Yaşa torpağında, ol torpağında.
Hüseyn Arif
Yadlıq Doğmalıqdan üstün?!
Oralarda Orta Asiyalı soydaşlarımızdan gördüm – özbəklər adıyla. Allaha and içibsə, aldatmaz səni. Öz canına and içibsə – aldadar. Onu and içməyə məcbur et – andından dönməyəcək.
Ən ağır işdə işləyəcək – ən aşağı ödənişlə – üsyan etməyəcək. Bir də, onlardan... dələ-xanımlar gördüm – çox ucuz.
Haradansan Ölkəm, Ulusum, Dövlətim?!
Mən oralarda türk adıyla gəzib dolaşırdım. Ona görə də nisbətən daha təhlükəsiz yaşaya bilirdim, çünki Türkiyə Dövləti hər yanda öz yurddaşlarının arxasında möhkəm dayanır.
Ad qazanan. Gün boyunca 5000 rubl (bizim pulla man.) qazanan “çörəkpulçu” (“qasterbayter”?) oğlanı çayxanada içdiyi çayın pulunu (50 rubl) ödəməyib, sivişib aradan çıxan görəndə məni heyrət bürüdü. Düşündüm ki, pulu ödəmək yadından çıxıb. Ancaq çayxanada oturanlar dedilər ki, o, həmişə belə eləyir. Onlar onun bu “qoçaqlığını” rus dilində “kirisalıq” adlandırdılar. (“Krısa”-“siçovul” deməkdir” – red.)
Mən də özümə dedim ki, sən ona bir də salam vermə, çünki hamı onu satqın kimi tanıyır.
Bir də düşündüm ki, dolanışıq çətinliyi ləyaqətsizliyə haqq qazandırmır, bəlkə elə ondan yaranır: ləyaqətsiz gəzib-dolaşırsan, etibardan düşürsən, iş vermirlər, verilən işdə bir yaramaz ad qazanırsan – dolanışığın çətinləşir. Zibilə dönürsən.
Bu avara köpək, insan üçün qoyulan qanunları tapdayır, hələ bir özünü ləyaqətli də göstərmək istəyir.
Yaxşı ki, bu, zibilyığandır! Əgər əlində bir vəzifəsi olsaydı, yəqin, öz ailəsini də çöllərə atardı.
Korun görməsi üçün. Stepan Razin – rusun sevdiyi insandır (tarixi şəxsiyyətdir, 1667-ildə Azərbaycana, Bakıya dağıdıcı basqınlar eləyib – red.), mənim nifrət etdiyim. Bügün Rusya onun adı ilə pivə istehsal eləyib, azərbaycanlılara satır.
Doğma yadlar. Sankt-Peterburqda, metroda yakutlarla qarşılaşdım. Onlar elə bizim sözlərimizlə danışırdılar. Birin adı Yeqor idi. O birilər də rusadlıydılar.
Düşündüm ki, bəs niyə onun adı, məsələn, “Düzgün” deyil, “İnamyurd” deyil – məhz “Yeqor”dur?
İşıq ucu. Sankt-Peturburda, gürcü kilsəsinin yanında Viktor adlı bir rus fotoqraf vardı.
Ona dedim mənim şəklimi çək – tezcə çəkdi. Təşəkkürümü rusca bildirdim: “Sposibo!” O mənə türkcə belə cavab verdi: Sağ ol və mərhaba!” Sevindim! Ürəyimdə: “Var ol, Viktor! Türkcəni daha çox bilməyini istərdim!” dedim ona.
Toplum – buqələmun. İnsanlar fırıldağı və bicliyi, əyriliyi və gicliyi özləri tənqid edib, ondan sanki iyrənə-iyrənə danışırlar, həm də bunları çörəklərinə yavanlıq etməklə, bərk-bərk qoruyub yaşadırlar.
...Mən istəmirəm ki, cəmiyyət murdar olsun. Ancaq o – murdardır! Bunu özü istəyir. Mən bu cəmiyyətə dünya dağılsa da, bənzəməyəcəm. Övladı olduğum Ocaq kimi. Mən bu bənzərsizlikdə çox rahatam.
Dünya özünün idiki durumundan bezib. O, mütləq dəyişilməlidir. Dinsiz və siyasətsiz xalqlar halına gəlməlidir bəşər. Bu dəyişilmə üçün ona yalnız Asif Atanın Təlimi – Mütləqə İnam yardımçı, yolgöstərən ola bilər.
Hər yanda Safruhlaydım. Safruhun kitabları hər yanda yanımdaydı: “Haraylar”ı, “Səcdə”si. Safruhun Ata haqqında yazdığını oxuyanda adam özünü cənnətdə hiss edir.
Safruh uca bir insandır. O istəyirdi ki, zəifləri ucaltsın. Onlarsa öz zəif içlərinə tapınıb, özlərini uca göstərmək istədilər. Ancaq bu, onların mənən ölümlərinə səbəb oldu. Buna görə də onlar ağa ləkə vurmaq istədilər. Onların ağızları, deyəsən, doğuluşdan əyriymiş.
Kökünə yadırğamaq. Deyirlər “ot kökü üstə bitər”. Onda bəs bu kişi niyə türk olduğunu danır?! Ey mənim Mütləqim, kömək et mənə, bu yazığı, zəlili, qanmazı qandırım ki, beş günlük qürbətə görə adam öz əslini danmaz! Mən onu özünə tanıtmasam, buralarda hamımıza əskiklik gətirər. Yerli-yersiz söyüb aşağılayır öz soyunu, kökünü. Yan-yörəsi də özü kimilərlə doludur. “Düz deyirsən!” deyirlər ona...
...Mənsə onlara Atadan, türkün ruhaniyyatından, Ocağından danışıram. Mən Asif Atanın ruhani övladıyam, müridiyəm. Bundan şərəf duyuram. Ata varlığından güc alıram. Tək olanda, çətində O mənə kömək edir.
Ancaq Onun mənə verdiyi bir kədər də var. O kədər həm də mənim sevincimdir. Kədərimdir ona görə ki, mən ona layiq Ocaq işi görə bilmirəm. Sevincimdir ona görə ki, mən onun güclü ilə özüm ola bilirəm: babama, xalqıma, elimə, torpağıma, kəndimə, Yurduma, gecəmə, gündüzümə, insanların bir-birini sevməsinə gücüm çatdığı dərəcədə kömək vermək istəyirəm.
Atanın mənə verdiyi İnamyurd adının həmişə, hər yerdə qoruyuram, ona xələl gətirmirəm. Atanın “İnsanlaşın – İnsanlaşdırın! Bəşərin nicatı insanlaşmaqdadır!” deyə çəkdiyi carı həmişə, hər yerdə uca tuturam, ona əməl eləyirəm.
Oralar. Oralar da özünə görə bir aləmdir. Öz yasaları, yasaqları, əxlaqı, sənəti, pisi, yaxşısı, keçmişi, indisi, bəlkə həm də gələcəyi ilə...
Oralar nə Azərbaycandır, nə Özbəkistandır, nə Tacikistandır, nə Ermənistandır, nə Türkmənistandır... Oralar bu adları daşıyan cəmiyyətlərin tullantılarıdır. Oralar Rusiya da deyil – üzdə RF qanunları ilə yaşasalar da.
Oralar İnamaqədərki sivilizasiyaların iç üzüdür – çılın-çılpaq – bir yandan Oğru Aləminin, o biri yandan Palma Cənnətinin bir addımlığında.
RF. Sankt – Peterburq.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM