Bizim ofisin yaxınlığında, daha dəqiqi Füzili meydaninin ətrafında divara ağ-qara printer ilə çap edilmiş və üzərində “Lombard” sözü və bir daha aşağı istiqaməti göstərən bir kağız yapışdırılıb. Bu kağız binanın qaranlıq zirzəmisinin ofisin kimi istifadə olunduğunu göstərir. Bu ofis Lombarddır. Təəssüf ki, Bakının belə qaranlıq zirzəmilərində özünə məkan tapan Lombardlar yağışdan sonra artan göbələkləri xatirlatsalar da əslində bu heç də iqlim dəyişikliklərilə deyil, burbaşa Mərkəzi Bankın bank sektorundakı sərtləşdirmə addımları ilə əlaqədardır. Azərbaycanda 2011-ci ildə 600 lombard fəaliyyət göstərirdisə indi onların sayı üç rəqəmlə ifadə edilir. Bankların kütləvi kreditləşməni,demək olar, dayandırması kredit axtaran vətəndaşları ya lombardlara, ya da sələmçilərə üz tutmağa vadar edib.
Bank sektorundakı son dəyişikliklərdən əslində daha çox faydalanan da məhz lombardlardır. Əslində, öncədən bəlli idi ki, Mərkəzi Bankın inzibati islahatları ya Lombardların fəaliyyətinə geniş imkanlar yaradacaq, ya da banklar özləri “qara bazar” formalaşdıracaqlar. Banklar hələlik belə bazar formalaşdırmağa tələsməsələr də lombardlar artıq, demək olar, təngənəfəs olublar.
Təbii ki, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. Lombardlar borc verirlər, vətəndaşlar isə bundan faydalanırlar. Amma məsələ heç də, göründüyü kimi sadə deyil.
Əvvəlla, banklardakı “kredit böhranı” lombardlarin təklif etdiyi borclar üzrə faizləri artırmasına gətirib çıxarıb. Səbəb da sadədir: kütləvi kedit təklif edən bank yoxdur, tələb isə yüksək olaraq qalmaqdadır. Lombardlar isə bu tələbdan yararlanmağa çalışırlar. Təbii ki, İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pullara tələbatın kəskin artması müşahidə edilir. Yanvar ayının yekunları göstərir ki, lombardların aylıq faiz dərəcələrində 1-1.5 % artım var. Bu isə o deməkdir ki, artıq lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-dən artıqdır.
İkincisi, lombardlarda girovun qiymətləndirilməsi mexanizmi yoxdur. Məsələn, bu xidmət 3000 manatlıq kredit təklif edən zamanı ən azı 5000 manatlıq qızıl-zinnət əşyalarını girov kimi tələb edilər. Bu isə o deməkdir ki, yüksək faizlə verilən pul girovun təxminən yarısı dəyərində olur. Faizlər yüksək olduğundan pulun geri ödənilməsində risk faktoru yüksəkdir. Aydındır ki, əgər faizləri nisbətən aşağı olan kommersiya bankarlarına əhalinin qaytara bilmədiyi borc 1 milyard dollardan çoxdursa və son 1 ildə 10 faiz artım olubsa deməli, “lombard borclarında” da vəziyyət ürəkaçan deyil. Bu isə o deməkdir ki, götürdüyü pulu və ya onun yüksək faizlərini geri qaytara bilmədikdə vətəndaş bazar qiymətindən dəfələrlə aşağı dəyərləndirən girovundan da olur.
Üçüncüsü, zirzəmilərdə və ya balaca qaranlıq otaqlarda məskunlaşan lombardlar istənilən zaman itə və ya yerlərini dəyişə bilirlər. Bu baxımdan, bu sahədə xidmətin davamlılığı və təminatı ilə bağlı ciddi risklər qalmaqdadır.Vətəndaşlar bahalı girovlarını lombarda təqdim edir, pul götürür və müəyyən ödənişlər də edir, amma müəyyən müddətdən sonra lombardın ofisi bağlanır və təbbi ki, sonradan onu tapmaq və girovu geri almaq əsl problemə çevrilir. Son zamanlar, vətəndaşlardan pul alıb yoxa çıxan lombard sahibləri barədə açılan cinayət işləri də məhz bundan xəbər verir.
Dördüncüsü, lombardların fəaliyyətinə nəzarətin zəif təşkil edilməsi vətəndaşların risklərdən sığortalanmasına imkan vermir. 2002-ci ilədək lombardlar Maliyyə Nazirliyinin lisenziyası ilə fəaliyyət göstərirdilər. Lakin həmin ildən etibarən nazirliyin lombardlara nəzarəti aradan qaldırılıb. Amma həmin il qeyd olunan fəaliyyət növünü lisenziyalaşdırılması dayandırılaraq, nazirliyin siyahısından çıxarılıb. İndi hüquqi və fiziki şəxslərin sərbəst fəaliyyət növünə çevrilmiş lombardların fəaliyyəti Mülki Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir. Onlar yerli vergi idarəsində qeydiyyatdan keçərək fəaliyyətə başlayır və öhdəliyi sadəcə zamanında vergini ödəməkdir. Mülki Məcəllədə isə əşyanın lombard girovu təsbit edilirş Bu isə o deməkdir ki, hətta Mərkəzi Bank da lombardların fəaliyyətinə nəzarət həyata keçirmək səlahiyyətinə malik deyil.
Nəhayət, əgər kredit verən kommersiya bankların və hətta bank olmayan kredit təşkilatlarının fəaliyyəti ilə bağlı konkret tələblər varsa qanunvericikdə lombardlar üçün belə tələblər yoxdur. Bu isə o deməkdir ki, zirzəmidə bir balaca otaq icarəyə götürə bilsən və ağ-qara printerdən onun yerləşdirdiyi yeri göstərən kağız çap edin divara yapışdırmağı bacarsan o zaman əhalindən illərlə qənaət etdiyi pul hesabına aldıqları qızılları toplayib onlara yüksək faizlə borclar verə bilərsən və hətta dar məqamda başqa bir zirzəmidə gizlənməyə da macal tapacaqsan...
Vüqar Bayramov,
İqtisadçı ekspert
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM