“10 yaşlı övladımızı itirmişik. Valideyn üçün bundan ağır dərd yoxdur. Dəniz yeganə qız övladımız olub.
Sentyabrın 29-u doğum günü idi, məzarını ziyarətə getmişdik. Bu faciədən il yarım vaxt ötüb, amma Bakı Oksford Məktəbinin və Qobustandakı “Hər fəsil” istirahət mərkəzinin əməkdaşları hələ də məsuliyyətə cəlb olunmayıblar. Övladımın faciəli şəkildə həlak olmasında birbaşa məsuliyyət daşıyanlar niyə məsuliyyətdən kənarda qalmalıdır?”
Bunu virtualaz.org saytına açıqlamasında ötən il may ayının 23-də Qobustan rayonundakı “Hər fəsil” istirahət mərkəzindəki attraksionda baş vermiş faciəvi hadisədə dünyasını dəyişən 10 yaşlı Dəniz Qorçunun atası, rejissor Tərlan Qorçu deyir.
Tərlan Qorçu
T.Qorçu övladı haqqında keçmiş zamanda danışmağın bir ata kimi onun üçün çox çətin olduğunu deyir: “Dəniz 2003-cü il, senytabrın 29-da anadan olub. 2009-cu ildə Avropa Litseyinə daxil oldu, I sinfə getdi. 2010-ci ildə isə Bakı Oksford Məktəbinə keçərək təhsilini orada davam etdirdi. 5-ci sinifdə oxuyurdu, əlaçı idi, gülərüzli, şən bir uşaq idi.
Hadisədən 10 gün öncə Dənizin sinif rəhbəri həyat yoldaşıma deyib ki, mayın 23-də məktəbin şagird kollektivi ilə Qobustan rayonundakı istirahət mərkəzinə gedəcəklər. Həyat yoldaşım da razılaşıb. Amma istirahət mərkəzində qızımın və ya digər uşaqların hər hansı attraksiona əylənməyə aparılacağı barədə hec bir söhbət olmayıb”.
T.Qorçu deyir ki, hadisə günü sürücü Dənizi həmişə olduğu kimi səhər tezdən maşınla məktəbə aparıb. Həmin gün məktəbin müəllimləri və şagirdləri avtobusla Qobustandakı istirahət mərkəzinə gediblər: “Uşaqları məktəbdən əyləncə üçün aparıblar. Hər uşaqdan 50 manat pul da yığmışdılar. O əyləncə mərkəzi həmin vaxt təzə açılmışdı. Belə başa düşürəm ki, məktəblərə, xüsusilə də özəl məktəblərə xəbər göndəriblər ki, uşaqları ora gətirsinlər. Qızım Bakı Oksford Məktəbindən harasa getdikdə bizim razılığımızın alınması üçün həmişə evə sənəd yollayırdılar. Bu dəfə hec bir sənəd gəlməmişdi.
Günorta saatlarında işdə olarkən adını bilmədiyim müəllim zəng vurub Dənizin xəsarət aldığını, “Qobu” klinikasında olduğunu dedi. Dərhal həmin klinikaya getdik, amma qızımı tapmadıq. İki saata kimi uşağın harada olmasını nə müəllimlərdən, nə də mühafizəçilərdən dəqiqləşdirə bilmədim.
Ora çatana qədər yüz dəfə zəng vurdum, doğru-düzgün məlumat vermədilər, konkret heç nə demədilər. Sonradan uşağın Qobustan Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirdilər. Həyat yoldaşım Heyranla birlikdə həmin xəstəxanaya getdik, Dənizi axtardıq. Xəstəxanada bizə aşağı düşmək lazım olduğunu deyəndə nə baş veridiyini soruşdum. Həkim səbrli olmağı tövsiyə edəndə qızımın vəfat etdiyini anladım. Qışqırdım, arxamca gələn həyat yoldaşım bunu eşidib huşunu itirdi, yerə yıxıldı. Bir qədər aralıda yerləşən tikiliyə tərəf qaçıb qapını açdırıb içəri girəndə təkərli çarpayını gördüm... Övladım qan içində idi...”
Mərhumun atası qızının faciəli şəkildə dünyasını dəyişməsində günahkar olan şəxslərin bu günə kimi məsuliyyətə cəlb olunmadıqlarını deyir: “Dənizin meyitini təcili tibbi yardım maşını ilə Bakıya gətirib dəfn etdik. Balamın necə, hansı şəraitdə ölməsi barədə bu günə qədər də tam dəqiq məlumatım yoxdur. Yalnız sonradan bildim ki, Dəniz istirahət mərkəzində istirahət edərkən sinif yoldaşı Ayla Hacızadənin şəxsi müəlliməsinin idarə etdiyi elektromobilin aşması nəticəsində vəfat edib. Bu faciədə hər üç tərəf məsuliyyət daşıyır - elektromobili idarə edən Aytən Əzizova, Qobustandakı istirahət mərkəzinin işçiləri və Bakı Oksford Məktəbi.
Özü də bu hadisə dərs vaxtı, tədris prosesi zamanı baş verib. Uşaqları şənbə-bazar günləri deyil, dərs vaxtı aparıblar. Müəllimlər də, mühafizəçilər də orada olub. Amma hamısı məsuliyyətdən kənarda qalıblar. Qızımın ölümündə günahkar olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirəm”.
T.Qorçu deyir ki, Baş Prokurorluğa çoxsaylı müraciətlərindən sonra elektromobili idarə edən Aytən Əzizova barədə cinayət işi açılıb, amma o, həbs olunmayıb: “Uzun müddət keçəndən sonra bir tək Aytən Əzizova barədə cinayət işi açıldı, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçildi. Cinayət işində hər üç tərəfin üçü də qeydə alınıb - maşını idarə edən qadın, istirahət mərkəzinin işçilər və Bakı Oksford Məktəbi.
İl yarımdan sonra təkcə Aytən Əzizova məsuliyyətə cəlb olunub, o birilər qalıb kənarda.
Elektromobil qolf meydançalarında istifadə olunmaq üçün nəzərdə tutulub. Həmin qadın ora gələn uşaqlardan birinin dayəsi olub. Uşaqları maşına mindirmək üçün hər uşaqdan 10-15 manat yığıblar, bir neçə sürücü maşını idarə etməkdən imtina edib. Aytən Əzizova isə deyib ki, mən sürərəm. Müəllimlər, mühafizəçilər dayanıb baxıb, uşaqlar da atılıb miniblər maşına. Maşın aşıb, nəticədə mənim övladım həlak olub”.
Azyaşlı övladını itirən ata bu faciədə təqsiri olanların cəzalandırılacağını düşünsə də sonradan müəyyən səbəblərdən işin başqa səmtə yönləndirildiyini görüb. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəlib: “Normal istintaq aparılacağını, günahkarların cəzasız qalmayacaqlarını düşünürdüm. Amma görəndə ki belə deyil, məcbur olub məsələni ictimailəşdirmək qərarına gəldim. Əgər bu işdə irəliləyiş olmasa, hər yerə yazacağam, şikayət edəcəyəm. Bunu həm öz övladlarıma, həm də digər balalara görə etməliyəm. Kiminsə məsuliyyətsizliyi üzündən övlad itirməsinlər, bu cür faciələrlə üzləşməsinlər”.
Zərərçəkənin nümayəndəsi, vəkil Sadiq Əfəndiyev virtualaz.org saytına açıqlamasında faciənin baş verməsində cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaqın əlində kifayət qədər sübutlar olduğunu deyib: “Cinayət işi üzrə bütöv icraat “cinayət törədən şəxsin müəyyən edilməməsi” əsası ilə bu yaxınlara kimi qanunsuz olaraq dayandırılmışdı. Bununla bağlı verdiyimiz vəsatət və şikayətlər qismən təmin edilərək Əzizova Aytən Faiq qızı barədə cinayət işi məhkəməyə göndərilsə də Bakı Oksford Məkətəbinin və “Hər fəsil” istirahət mərkəzinin cavabdeh şəxsləri cinayət məsuliyyətinə cəlb olunmadılar. Cinayət işi üzrə hadisəni bilavasitə törədən şəxs, yəni elektromobili idarə edərək aşıran Aytən Əzizova ilə yanaşı Bakı Oksford Məktəbi və hadisənin baş verdiyi istirahət mərkəzinin cavabdeh şəxsləri də cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki bu şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaqın əlində kifayət qədər sübutlar var”.
Xatırladaq ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq-zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işinin istintaqı yekunlaşıb.
Cinayət işi üzrə materiallar baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilib. İlkin baxış iclası oktyabrın 2-ə təyin olunub.
Qeyd edək ki, məlum hadisə 23 may, 2014-cü ildə Qobustan rayonunun “Hər fəsil” istirahət əyləncə mərkəzində baş verib. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Nəticədə maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.
Məktəbin digər şagirdiləri Ayla Hacızadə, Dinara Muxtarova və müəllimə, 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri alıblar.
Dünyasını dəyişən 10 yaşlı Dəniz “Tutu” uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri, rejissor Tərlan Qorçunun qızı, professor Rəhman Bədəlovun nəvəsidir.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM