Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov hesab edir ki, bu cür problemlərin yaranma səbəblərindən biri də vətəndaşların hüquqi biliklərinin yetərli olmamasıdır.
O bildirib ki, bu məsələlər bu gün qanunvericiliklə tənzimlənir. Vətəndaşlar yeni tikilən binalardan mənzil alarkən mütləq hüquqşünas köməyindən istifadə etməlidirlər: "Burada söhbət mənzil-tikinti kooperativlərindən gedir. Kooperativlər haqqında qanun da var, kooperativlərin nizamnaməsi də var. Əgər bir insan hələ tikintisi başlamayan binadan mənzil almaq istəyirsə, verdiyi pulun müqabilində kooperativə üzv daxil olmalıdır. Yəni kooperativin qərarı əsasında ora üzv daxil olur və qoyduğu pulun müqabilində pay alır. Əgər sonra hansısa problem yaranarsa, yarımçıq tikili olsa belə, satılaraq həmin vətəndaşın pulu qaytarılmalıdır".
R.Cəbrayılov qeyd edib ki, sovet dönəmində də mənzil-tikinti kooperativləri vardı, hər kəs öz mənzilinin payına uyğun pul qoyurdu və binanı tikirdi: "Bu gün də qanunvericilikdə bu məsələ tənzimlənib. Əfsuslar olsun ki, bu gün mənzil-tikinti kooperativləri altı-satqı müqaviləsi imzalayır. Amma əgər insanlar da hələ ortada olmayan mənzillə bağlı kooperativlərlə alqı-satqı müqaviləsi bağlayırsa, artıq vətəndaş özünü risk altına atır. Çünki bu, müqavilə deyil".
O, əlavə edib ki, digər tərəfdən də reputasiyası çirklənmiş firmalar var, onları hamı tanıyır: "Vətəndaş da bir müşahidə aparmalıdır ki, bu firma bunu tikə bilir və ya bilmir. Bu firma haqqında, onun rəhbəri haqqında məlumat toplamalıdır. Yoxsa kor-koranə şəkildə gedib özlərini riskə atırlar. Dələduzluq dünya yaranandan olub, yenə də olacaq. Ancaq insanlar dələduzluqdan bir nəticə çıxarmalı və özlərini qorumalıdırlar. Əgər insan gedib tamamilə qanundankənar bir müqavilə bağlayırsa, bir dələduzun toruna düşürsə, qanun nə edə bilər? Kimsə bir insandan pul alır və mənzili bir neçə şəxsə satırsa, bunun üçün Cinayət Məcəlləsində dələduzluq maddəsi var, 12 ilə qədər həbs müddəti nəzərdə tutulur. Yəni buna görə qanunda boşluq axtarmaq düzgün deyil. İnsanlar öz hüquqi biliklərini artırmalı, bu cür hallardan özlərini qorumalıdırlar. Maliyyə riskli addımlar atarkən mütləq vəkilin köməyindən istifadə etməlidirlər".
Hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev də bu cür məsələlərdə vətəndaşların hüquqi yardımdan istifadə etməsini zəruri sayır. O bildirib ki, kooperativdən mənzil alarkən alıcılar özlərinin kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməyi də unutmamalıdırlar.
Məsələnin həlli yollarından biri kimi V.Babayev hesab edir ki, müqavilələrin vahid reyestrinin yaradılması önəmlidir: "Burada söhbət ondan gedir ki, mənzil-tikinti kooperativləri satdıqları mənzillərin alqı-satqısına dair müqavilələri bunun üçün müəyyən edilmiş xüsusi reyestrdə qeydiyyatdan keçirməlidirlər. Bu zaman mənzil-tikinti kooperativləri həm müqavilədə göstərilən mənzilin dəyərini açıq göstərməyə, həm də ölçüləri dəqiq qeyd etməyə məcbur olacaqlar. Eyni zamanda, ən əhəmiyyətli məsələ isə müqavilələrin reyestrdən çıxarışı olmadan qeyd edilən mənzilləri alıb-satmaq mümkün olmayacaq ki, bu da vətəndaşları aldadılma hallarından qoruyacaq".
V.Babayev tikintisi başa çatmayan binalarla bağlı sığortanın tətbiqinin də problemlərin qarşısını ala biləcəyini söyləyib: "Məsələn, Türkiyə təcrübəsində satılan mənzillərin sığortalanması məsələsi var. Tikintisi başa çatmamış mənzillər satılarkən mütləq sığorta şirkəti tərəfindən sığortalanır və əgər gələcəkdə binanın tikintisi başa çatmırsa, tikinti ilə bağlı hər hansı problemlər yaranırsa, alıcıya dəymiş zərəri sığorta şirkəti ödəyir. Bu məsələ bizim qanunvericilikdə də öz əksini tapsa, yaxşı olardı".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM