Əli Həsənov: “Azərbaycanda bütün seçkilər demokratik və ədalətli şəkildə keçirilib”

11:44 / 02.10.2015

"Azərbaycanda müstəqillik dövründə ümumrespublika səviyyəli 15-ə qədər seçki proseduru keçirilib. Bu proseslərdə mətbuatın iştirakı mütləq şəkildə təmin olunub. Azərbaycanda indiyə qədər keçirilən bütün seçkilər demokratik və ədalətli olub”.

 

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu və vəzifələri” mövzusunda keçirilən seminar-müşavirədə çıxışında deyib.

 

Ə.Həsənov bildirib ki, seçki prosesi zamanı müəyyən nöqsanlar istisna deyil, heç bir ölkə nöqsanlardan sığortalanmayıb. Lakin ümumi nəticələrə görə bütün seçkilər ədalətli, demokratik keçib: "İnanıram ki, bu seçkilər də istisna olmayacaq. Seçkilər cəmiyyətdəki ovqatdan, ictimai mühitdən və yaradılan şəraitdən asılıdr. Mərkəzi Seçki Komissiyası bütövlükdə Azərbaycanda seçkilərin ədalətli keçirilməsi üçün bütün lazimi tədbirləri görüb".

 

Seçki prosesi zamanı mətbuatın fəaliyyəti haqqında danışan Ə.Həsənovun sözlərinə görə, jurnalist vəsiqəsi kifayət edir ki, KİV təmsilçiləri əvvəldən axıra qədər seçkini izləmək hüququna malik olsunlar: "Biz medianı seçkilərin mühüm bir iştirakçısı kimi dəyərləndiririk. KİV-lərin vəzifəsi ondan ibarətdir ki, seçki mühitini doğru-düzgün təhlil etsin, əhalinin seçki ovqatının, fəallığının vəziyyətini öyrənsin. Bütün bu prosesləri cəmiyyətə çatdırmaqda yeganə institut mediadır Bəzən MSK-nın verdiyi rəyi bəzi dairələr obyektiv dəyərləndirməyə bilir, amma KİV-lər bunu obyektiv dəyərləndirir. KİV-lər seçkilərdə iştirak edən bütün tərəflərə, o cümlədən siyasi partiyalara, siyasi partiya bloklarına, ayrı-ayrı namizədlərə bərabər şərait yaratmalıdır. Mətbuat “KİV haqqında” Qanuna, seçki qanunvericiliyinə uyğun hərəkət etməli və dövlətin yürütdüyü plüralist siyasətə söykənərək, namizədlər üçün bərabər şərait yaratmalıdır".

 

Ə.Həsənov deyib ki, eyni zamanda media dövlətin imicinin formalaşmasında iştirak edən mühüm vasitədir: "Azərbaycan dövlətinin imicinin formalaşmasında KİV-lərin rolu əvəzsizdir. Dünyada ümumi tendensiya ondan ibarətdir ki, KİV-lər azad, müstəqil olmalıdır, öz siyasətlərini və fəaliyyətlərini özləri qurmalıdırlar. Amma o da sirr deyil ki, bütün dövlətlərdə KİV-lərin idarə edilməsi tendensiyası mövcuddur. Bütün dövlətlər çalışır ki, onun fəaliyyəti ilə bağlı informasiya yayan, həmin cəmiyyətdə mövcud olan ictimai ovqatı dəyərləndirən və bu barədə məlumat verən KİV-lər maksimum dərəcədə idarə olunsun".

 

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan dövləti də çalışır ki, KİV-ləri idarə etsin: "Amma nə dərəcədə biz buna nail oluruq, bu idarəçilik onların azadlığına, sərbəst fəaliyyətinə mane olur və ya olmur, bunu dəyərləndirmək lazımdır. Dövlətin KİV üzərində müəyyən nüfuza malik olması hansı mexanizmlə həyata keçirilir? Dünya ölklərində bunun müxtəlif yolları, vasitələri var. Biz Azərbaycanda KİV-ləri dəstəkləmək xətti götürmüşük. Bilirsiniz ki, bu, KİV-lərin maddi-texniki bazasını gücləndirmək, bu məqsədlə dövlət büdcəsindən müəyyən qrantlar ayırmaq, yaxud birbaşa onların bu və ya digər problemlərinin həllinə dövlət yardımı göstərmək xətti ilə həyata keçirilir. Azərbaycanda KİV-lərin inkişafına dövlət dəstəyi konsepsiyasi qəbul olunub və ona müvafiq olaraq Fond yaradılıb. Amma heç kim deyə bilməz ki, bütün bunlar Azərbaycan hakimiyyətinin total şəkildə KİV-in fəaliyyətinə müdaxiləsi formasında həyata keçirilir və

ya bu müdaxiləyə şərait yaradır. Azərbaycanda heç kim deyə bilməz ki, Azərbaycan hakimiyyəti KİV-in fəaliyyətini idarə edir, bütün jurnalist normalarını, azad jurnalistika prisiplərini hakimiyyət müəyyənləşdirir. Amma, eyni zamanda, əlbəttə biz dövlət olaraq bu resursların əhəmiyyətini dəyərləndirir və onunla səmərəli tərəfdaşlıq fəaliyyəti qurmağa çalışırıq. Bizim KİV-lərə münasibətlərimizin təməlində tərəfdaşlıq dayanır". Ə.Həsənov qeyd edib ki, ümumilli lider Heydər Əliyev Azərbaycanda KİV sahəsində plüralizmin formalaşmasının təməlində dayanır: "1998-ci il 6 avqust fərmanı ilə ümummilli lider KİV üzərindən senzuranı, sonrakı dövrdə isə bütün tənzimləyici və dövlət idarəedici mexanizmləri götürməklə, ləğv etməklə Azərbaycanda azad sözün, müstəqil medianın təməlini qoydu. Bu gün də Prezident İlham Əliyev bu prinsiplərə əməl edərək Azərbaycanda siyasi plüralistik cəmiyyətin formalaşması və inkişafı istiqamətində bütün addımları atır. Hazırda Azərbaycanda azad internet mövcuddur, sosial şəbəkələrdə istənilən fəaliyyət azaddır və istənilən insan bloq açıb, orada öz fikirlərini söyləyə və başqaları ilə bölüşə bilər. Hər bir insan facebook səhifəsində özünü, düşüncəsini və digər məsələləri təbliğ edə bilər. KİV-lər istədikləri informasiyanı sərbəst şəkildə toplayb yaya bilər, o cümlədən hakimiyyətin yürütdüyü siyasətə tənqidi və yaxud da dəstəkləyici münasibət bildirə bilərlər. Biz sosial şəbəkələri idarə etmirik və etmək fikrimiz də yoxdur. Bu sahədə Azərbaycanda heç bir problem yoxdur və bundan sonra da olmayacaq. Azərbaycan dövlətinin təməlində demokratik normalar durur ki, bu da bizim Konstitusiyamızda əks olunub. Ümummilli lider tərəfindən təməli qoyulmuş azad media, siyasi plüralistik cəmiyyət normaları Prezident İlham Əliyev və onun komandası tərəfindən inkişaf etdirilir və bundan sonra da bu proses davam etdiriləcək".

Ə.Həsənov sonra bildirib ki, hər bir jurnalist Azərbaycanda seçki prosesini sərbəst şəkildə izləmək hüququna malikdir, amma bu, Azərbaycanda fəaliyyət göstərən xarici KİV-lərin nümayəndələrinə aid deyil: "Bu, bütün dünyada belədir. Xarici KİV-lərin Azərbaycanda fəaliyyət göstərməsi üçün normalar var. Onlar Xarici İşlər Nazirliyində akkreditasiyadan keçmək və Mərkəzi Seçki Komissiyasına müşahidə etmək arzularını bildirib, müvafiq sənədi aldıqdan sonra seçkiləri müşahidə edə bilərlər. İstərdik ki, mətbuat da bu barədə məlumat versin və Azərbaycan əleyhinə kampaniya aparanlar da bilsinlər ki, dövlətin idarəçiliyi qanunlar çərçivəsində həyata keçirilir və bütün hüquqi normalara əməl etmək lazımdır".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM