APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər: seçkiqabağı təşviqat prosesində KİV-in rolu və vəzifələri” mövzusunda keçirilən seminarda Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə. Həsənov bildirib ki, hər bir şəxs düşündüklərini sosial şəbəkələrdə yaza və təbliğ edə bilər: “KİV də vətəndaşın hakimiyyətlə bağlı dəstəkləyici və tənqidi mövqeyini verə bilər. Heydər Əliyev tərəfindən əsası qoyulmuş plüralist, azad cəmiyyət ideyaları prezident İlham Əliyevvə komandası tərəfindən davam etdirilir. KİV-in də seçkilərdə lazımi funksiyaları icra edəcəyinə inanırıq”.