Pensiya yaşı hələki niyə qaldırıla bilməz?

11:56 / 03.10.2015

Azı, 2025-ci ilədək bu məsələyə baxıla bilməz.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin uzaq gələcəkdə Azərbaycanda vətəndaşların pensiyaya çıxmaq yaşlarını artırmaq barədə islahata ehtiyac olduğu barədə açıqlaması ciddi ajiotaj yaratdı. 

Halbuki söhbət, təkrar edirik, yaxın gələcəkdən getmir. DSMF sədri E.Mehdiyev də sonra bəyan etməyə məcbur oldu ki, bu mövzuda operativ rəy söyləməyə və tələsməyə ehtiyac yoxdur.

Ancaq bir həqiqət var ki, pensiyaya çıxmaq yaşı barədə məsələ son illər demək olar, bütün ölkələrdə ciddi müzakirə obyektinə çevrilib. Bu da təsadüfi deyil. O səbəbdən ki, bir çox ölkələr maliyyə və iqtisadi böhranla üzləşdiklərindən vəziyyətdən çıxış yollarından biri kimi məhz vətəndaşların mövcud pensiya yaşlarını artırmaq və yaxud da daha dəqiq desək, bunu bir neçə il uzağa çəkmək məsləhət görülür. Bunda da məqsəd mövcud sosial xərcləri azaltmaq sayılır.

Belə ki, diqqət yetirsək, Avropa ölkələrində bu mövzu aktual xarakter daşıyır. Məsələn, Almaniya kansleri Angela Merkel bir ara Avropa İttifaqı (Aİ) ölkələrində pensiya yaşını yuxarı qaldırılmağı təklif etmişdi ki, bu da istər-istəməz sual yaratdı ki, görəsən, nəyə görə?

Ona görə ki, Aİ-də yaranmış böhranla əlaqədar əksər ölkələrdə sosial xərcləri azaltmaq tələb olunurdu ki, həmin ölkələrin bir çoxunda bu gün də eyni tələb qalır. A.Merkel də fikrini məhz bununla əsaslandırmışdı ki, sözügedən məsələ Avropa ölkələri üçün olduqca vacib sayılır. Kanslerin təklifinə əsasən, bütün Avropa ölkələrində qadın və kişilərin pensiyaya çıxmaq yaşı 67-dən ibarət olmalıdır.

Sözümüz bunda deyil.

Məsələ ondadır ki, Azərbaycanda bu sahədə qoyulmuş limit - kişilər üçün 63, qadınlar üçün 60 yaş əksər Avropa ölkələrindəki kimidir: Avstriyada, Bolqarıstanda, Danimarkada, Estoniya, Finlandiya, və Yunanıstanda təxminən, bizdəki kimidir. Almaniyada və bəzi yüksək inkişaf etmiş ölkələrdə isə bir az yuxarı səviyyədədir.

Maraqlıdır ki, buna rəğmən əksəriyyətində mövcud limiti perespektivdə bir az da yuxarı qaldırmaq söhbəti gedir.

Ancaq burada bir sıra məqamlar var. O da bundan ibarətdir ki, yüksək inkişaf etmiş və əhalinin sosial durumu olduqca qənaətbəxş sayılan ölkələrdə həm də əhalinin yaşama müddəti - orta ömür səviyyəsi yuxarı həddədir. Bu isə o deməkdir ki, məsələn, Almaniya, İngiltərə və yaxud İsveç, Norveç kimi ölkələrdə pensiya yaşının artırılması təbii sayıla bilər.

Amma bunu bütün ölkələr üçün normal qəbul etmək olarmı? Sözsüz ki, yox…

DSMF-ın sədri E.Mehdiyevin uzunmüddətli perspektivdə Azərbaycanda pensiya yaşını artırmaq barədə islahat aparmaq lazım gəldiyini qeyd etməsi başa düşüləndir. Belə ki, o, bunu əsasən üç nöqteyi-nəzərdən irəli sürmüşdür.

Birincisi, bu gün bizdə büdcə təşkilatlarında çalışanların fəaliyyət müddəti 65 yaşa qədərdir. İkincisi, neftin dünya bazar qiymətlərinin enməsi fonunda gələcəkdə DSMF-in maliyyə dayanıqlılığının təmin olunması məsələsi vacib məsələdir. Üçüncüsü isə, insanların istehsalatda peşə fəaliyyətləri müddəti ilə pensiyaya çıxmaq yaşları arasında həqiqətən də müəyyən uyğunluq yaradılmalıdır.

Ancaq gəlin, bunları araşdıraq. Əvvəla, vətəndaşların pensiya təminatı onların istədikləri məbləğdə və yaxud səviyyədə olsa, yəni, maddi ehtiyaclarını ödəyə bilsə müvafiq əmək fəaliyyəti ilə 65 yaşa qədər məşğul olmaqlarına heç bir ehtiyac qalmaz. Və bu yaşdan tez pensiyaya çıxarlar.

Bu isə onların işlədikləri müddətdə əmək haqlarından məcburi dövlət sosial sığorta ayırmalarının yüksək səviyyədə olmasını tələb edir. Yəni, hər bir işçi gələcəkdə alacağı pensiyanın yaxşı məbləğdə olmasını istəyirsə aldığı əmək haqqından tələb olunan səviyyədə sosial sığorta haqqı ödəməlidir.

Bunun üçün isə sözsüz ki, maaş yüksək məbləğdə olmalıdır.

İkincisi, DSMF-in maliyyə dayanıqlılığının təmin olunması məsələsi məcburi dövlət sosial sığorta ayırmaları üzrə və o cümlədən digər daxilolmalardan asılıdır ki, bunu bilavasitə vətəndaşların pensiyaya çıxma yaşlarının həddi ilə əlaqələndirmək düzgün deyil. 

Hazırda Fondun vəsaitləri həm hər ilin dövlət büdcəsindən transfert, həm də məcburi dövlət sosial sığorta ayırmalarından əldə olunan vəsait hesabına toplanır ki, ikinci üzrə daxilolmalar əgər qənaətbəxş səviyyədə olarsa, birinciyə əslində heç bir ehtiyac qalmaz.

Yeri gəlmişkən, məsələn, növbəti ildə - 2016-da icmal büdcənin tərkib hissəsi olan DSMF büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 3078,6 milyon manat proqnozlaşdırılıb ki, bunun da 35,6 %-i və yaxud 1100,0 milyonu məhz dövlət büdcəsindən birbaşa transfert, 1978,6 milyon manatı – 64,4 %-i isə məcburi dövlət sosial sığorta ayırmaları və sair hesabına təmin olunacaq.

Fondun xərclərinin 95,5 %-i əmək pensiyalarının ödənilməsinə sərf olunacaq.

Bu isə o deməkdir ki, DSMF-ın yükü çox ağırdır. Bir tərəfdən pensiyaya çıxanların sayının sürətlə artması, digər tərəfdən isə ödənilən pensiyaların istənilən səviyyədə olması tələbi təkcə Fondun öhdəsindən gələ biləcəyi iş deyil.

Ölkədə həm məcburi dövlət sosial sığorta ayırmaları üzrə ödənişlərin həcmi durmadan artmalıdır, həm də vətəndaşların pensiya, ümumiyyətlə social müdafiəsi tədbirləri ilə özəl qurumlar da məşğul olmalıdırlar.

Və nəhayət üçüncüsü, insanların istehsalatda peşə fəaliyyətləri müddəti ilə pensiyaya çıxmaq yaşları elə təşkil olunmalıdır ki, loru dildə desək, heç kimin gələcəkdə alacağı pensiya məbləğində bir başqasının əməyi, yəni sosial sığorta ödənişi yer almasın.

Hər kəs işlədiyi müddətə və ödədiyi vergiyə əsasən pensiya almalıdır.

Sonda bir məqama da toxunaq. Təkrar edirik ki, Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün sə 60 yaşdır ki, bu da əksər inkişaf ölkələrdəki həddədir. Ancaq bizdə, əhalinin yaşama müddəti - orta ömür səviyyəsi həmin ölkələrdəki kimidirmi?

Və yaxud, yaşayış səviyyəsi - sosial durum onlardakı kimidirmi?

Sözsüz ki, yox...

Odur ki, ölkəmizdə həm kişilər, həm də qadınlar üzrə pensiyaya çıxmaları üçün qoyulmuş mövcud yaş həddini qaldırmağahələki əsas yoxdur. Başqa sözlə desək, azı, 2025-ci ilədək bu məsələyə baxıla bilməz.

Ancaq yuxarıda qeyd etdiyim mətləblər nöqteyi-nəzərindən sonra yaş həddi 65-ə qaldırıla bilər...
 /oxu.az/


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM