“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 23-cü cildi çapdan çıxıb.
Nəşrin bu cildi Azərbaycan Prezidenti İlham Əliyevin Şamaxı rayonuna səfərinə dair materiallarla başlayır.
Dövlətimizin başçısı sərlövhəyə çıxarılmış fikirlərini də 2007-ci il martın 1-də Şamaxıda Müalicə-Diaqnostika Mərkəzinin təməlqoyma mərasimində iştirakından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki nitqində söyləyib. Prezident deyib: “Azərbaycanın beynəlxalq önəmi artır və biz regional çərçivədə daha fəal rol oynayırıq. Bizim təşəbbüsümüzlə həyata keçirilən transmilli layihələr həm ölkəmizin iqtisadiyyatını gücləndirir, həm də beynəlxalq imicini, önəmini artırır. Bu halda, bütün məsələlər daha da asanlıqla öz həllini tapacaqdır. Həm xarici siyasətdə, həm daxili siyasətdə, həm iqtisadi inkişafda, regionların sosial-iqtisadi inkişafında, müxtəlif sosial məsələlərin həllində - təhsil, səhiyyə, mədəniyyət, ekologiyada, bütün sahələrdə proqramlar var və bunlar ardıcıllıqla icra olunur. Mən şübhə etmirəm ki, yaxın zamanlarda Azərbaycan çox zəngin ölkəyə çevriləcək, Azərbaycan vətəndaşları daha da yaxşı yaşayacaqlar. Mənim məqsədim budur! Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar”.
Çoxcildliyin bu kitabına daxil olan materiallar 2007-ci ilin martından aprelinədək olan dövrü əhatə edir.
Bu cilddə Azərbaycan Prezidentinin respublikamızın bölgələrinə səfərləri, ölkəmizin iqtisadi, siyasi, mədəni həyatına, regionların sosial-iqtisadi inkişafına və problemlərinə həsr olunmuş çıxış və nitqləri, tapşırıq və tövsiyələri əksini tapıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində Prezident İlham Əliyevin Tacikistana, Rusiya Federasiyasına, Koreya Respublikasına rəsmi səfərləri zamanı bu ölkələrin dövlət və hökumət başçıları ilə danışıqları, ölkələr arasında ikitərəfli əlaqələrin, beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsinə və genişləndirilməsinə rəvac verən nitqləri və çıxışları, həmçinin Bakıya rəsmi səfərə gələn Polşa Prezidenti Lex Kaçinski ilə görüşlərinə, danışıqlarına dair materiallar toplanıb.
Bu cilddə, həmçinin Prezident İlham Əliyevin Dünya Azərbaycan və türk diaspor təşkilatları rəhbərlərinin I Forumunda və Moskvada Mstislav Rostropoviçin 80 illik yubileyi şərəfinə təşkil edilmiş rəsmi qəbulda nitqləri, KİV-lərə müsahibələri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri də yer alıb.
Nəşrdə dövlətimizin başçısının Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini, eləcə də ölkəmizə səfər etmiş ayrı-ayrı dövlətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə, habelə ümumxalq tədbirlərində iştirakına dair materiallar, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar xalqımıza müraciəti, eləcə də bəyanatları və məktubları da dərc olunub.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılmış 23-cü cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub./Azərtac/
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM