Mikayıl Cabbarov müəllimləri təbrik etdi

12:54 / 05.10.2015

Strategiya.az-ın məlumatına görə, nazirin təbrikində deyilir: “Əziz müəllimlər! Sizi 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, can sağlığı, uzun ömür arzulayıram. Hər bir xalqın özünəməxsus milli tərbiyə sistemi vardır. Xüsusilə, təhsilin mühüm həlqəsi olan tərbiyənin məqsədi - həm zehni, həm əxlaqi, həm də fiziki cəhətdən inkişaf etmiş və öz zəhməti ilə xalqına fayda verən mükəmməl insan, layiqli vətəndaş yetişdirməkdir. Bu şərəfli missiyanı insanlar müəllimlərə etibar edirlər. Ulu öndərimizin söylədiyi kimi, bu addan uca ad yoxdur, müəllim məktəbdə və ümumiyyətlə təhsil sahəsində ən mühüm simadır. Dövlətimiz həmişə müəllim adını, müəllim əməyini yüksək tutub. 

Hər il olduğu kimi, bu günlərdə cənab Prezidentin sərəncamı ilə təltif olunan müəllimlərimizin əməyinin yüksək qiymətləndirilməsi və onların ən yüksək adlara layiq görülməsi bunu bir daha əks etdirir. Təhsilimizdə aparılan bütün islahatyönümlü tədbirlərin ən başlıcası müəllimlə bağlıdır. Müəllimlərin maddi rifah halının yüksəldilməsi, peşəkarlığın və müəllimlik peşəsinə marağın artırılması sahəsində son illərdə aparılan davamlı və məqsədyönlü tədbirlər bu şərəfli missiyanın ictimai çəkisini xeyli artırıb. 

Bu il keçirilən şəffaf müsabiqə nəticəsində ümumilikdə 2618 nəfər işə qəbul olunub. Yüksək rəqabət şəraitində keçirilən bu müsabiqənin nəticəsi müəllimlik ixtisasına olan marağın göstəricisidir. Onu qeyd edim ki, bu il müəllimlik ixtisasını seçən və yüksək bal toplayan abituriyentlərin müəllim olmaq istəyənlərin ümumi sayına nisbəti xeyli artmışdır. Bu bizi sevindirir. 

Digər bir məqam ondan ibarətdir ki, uzun müddət belə bir tendensiya vardı ki, müəllim olmaq istəyənlərin gender balansında xanımların sayı üstünlük təşkil edir. Ancaq son illərdə apardığımız müşahidələr onu göstərir ki, artıq müəllimlik arzusunda olan kişilərin sayı müsbət dinamika ilə artır. Bu da sevindiricidir. 

Əziz müəllimlər! Təhsil istənilən həyat standartlarında düzgün hərəkət etmək qabiliyyətidir. Bu qabiliyyəti isə insanlar daha çox müəllimlərindən əxz ediblər. Azərbaycanın bütün tarixi dövrlərində hər zaman bizə yol göstərən, şəxsi nümunəsi ilə örnək olan müəllimlərimiz olub. Onlar milli istiqlal mübarizəmizin, maarif-mədəniyyət hədəflərimizin, müstəqil dövlət quruculuğumuzun önündə gediblər. Müasir dövrdə müəllimlərin üzərinə düşən missiyanın üfüqləri daha da genişlənir. Bu milli mənəvi keyfiyyətlərə malik vətəndaş tərbiyəsi, qeyri-standart düşüncəli fərdin yetişdirilməsi və öyrənməyi öyrənən təhsil sistemi fəlsəfəsidir. Qeyd olunan məqsədlərə doğru bütün müəllimlərimizin davamlı olaraq çalışması mühümdür. Bunu həm də təhsil quruculuğunda dövlətimizin bizim üzərimizə qoyduğu yeni öhdəliklər tələb edir. Biz bütün müəllimlərimizi, eləcə də dövlət mükafatları ilə təltif olunan və yeni tədris ilindən ilk dəfə olaraq fəaliyyətə başlayan müəllimlərimizi bir daha təbrik edirik!". 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM