"Ermənistan parlamentinin konstitusiya dəyişikliklərini təsdiqləməsi prezident Serj Sərkisyana öz hakimiyyətini davam etdirməyə, xalqın yaxşı həyata olan ümidini qırmağa imkan verəcək. Sərkisyan əbədi prezident olmaq, bu məqsədlə isə parlamentdən alət kimi istifadə etmək istəyir".
Virtualaz.org saytı Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu bəyanatla Ermənistan parlamentinin deputatı Zarui Postancanyan parlamentin bugünkü iclasında çıxış edib.
"Belə bir şəraitdə biz - sadə Ermnənistan vətədaşları nə etməliyik? Hakimiyyətin özbaşınalığına görə hamımız ölkəni tərk etməliyikmi? Yox, mən bütün xalqı, vətəndaşları qüvvələrini səfərbər etməyə, küçələrə çıxıb kütləvi etiraz aksiyalarında iştirak etməyə çağırıram" - deyə müxalifətçi deputat bildirib.