APA-nın xəbərinə görə, bunu CBS-ə açıqlamasında ABŞ Hərbi Hava Qüvvələrinin komandanı, general Çarlz Braun deyib.
Ç. Braun bildirib ki, Rusiya təyyarələri Suriya səmasında ABŞ aviasiyasına 20 mil (32 km) məsafəyə qədər yaxınlaşıb, bu isə amerikalı pilotların rus pilotları göyərtə radarında görməsinə imkan verib. General Rusiya təyyarələrinin ABŞ pilotsuz uçuş aparatlarına doğru bundan daha yaxın məsafəyə qədər gəldiyini də əlavə edib. Lakin general bəyan edib ki, bütün bunlar ABŞ-ın antiterror əməliyyatı keçirdiyi hava zonasından sıxışdırılması mənasına gəlmir: “Biz Rusiyadan daha çox uçuş həyata keçiririk. Bizim onların təyyarələri ilə qarşılaşmamaq cəhdlərimiz Suriyavə İraq səmasında keçirdiyimiz vaxtın kiçik bir hissəsini təşkil edir”.