Azərbaycanda miqrantlar üçün düşərgələr tikiləcək

11:22 / 07.10.2015

Kütləvi idman yarışları zamanı təhlükəsizliyi qorumaq polisə tapşırıldı

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra gündəlik təsdiq olunub və müzakirələrə başlanılıb. 
 
İlk olaraq "Azərbaycan Respublikasının Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığının Hökuməti arasında hava əlaqəsi haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi müzakirə edilib. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, hər iki ölkə arasında yaxın əlaqələr var və saziş tərəflərin beynəlxalq standartlara əsasən hava uçuşlarını nəzərdə tutur. 
 
Daha sonra Azərbaycan Respublikası ilə Kanada Hökuməti arasında diplomatik missiyalar və konsulluq nümayəndəlikləri əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyəti haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Kanadanın Xarici İşlər və Beynəlxalq Ticarət Departamenti arasında notalar mübadiləsi formasında Sazişin təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib. Bu layihəyə əsasən hər iki ölkədə fəaliyyət göstərən diplomatların ailə üzvləri işləmək hüququ əldə edir. Parlamentin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, digər ölkələrlə də analoji sazişin imzalanması üçün işlər aparılır. 
 
Qanunsuz miqrantlara qarşı tədbirlər gücləndirilir
 
"Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" qanunlara və bu dəyişikliklərə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinə, Cəzaların İcrası Məcəlləsinə və Ombudsman haqqında Qanuna dəyişikliklər edilib. 
 
Qanunda dəyişikliklər barədə məlumat verən İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirdi ki, dünyada baş verən hadisələr, xüsusilə də miqrasion situasiyanın kəskinləşməsi ilə əlaqədar qanuna dəyişikliklər edilməsi zərurəti ortaya çıxıb. 
 
"Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" qanuna dəyişiklikdə Azərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilir.  Qanunun 8-ci maddəsinə təklif olunan dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur.  
 
Qeyd edək ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur. 
 
Deputat Rəfael Cəbrayılov çıxışında dedi ki, dəyişikliyə görə, Azərbaycana qanunsuz yolla gəlmiş qaçqınlar qanunvericilikdə nəzərdə tutulduğundan artıq ölkədə qalmaqda israrlı olarsa, o halda onların xüsusi məntəqələrdə yerləşdirilməsi məsələsi reallaşdırılacaq. 
 
"Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" qanuna dəyişikliyə əsasən ombudsman və onun yaratdığı Milli Preventiv Qrup istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən qanunsuz miqrantların saxlanılması mərkəzlərinə daxil ola biləcək, miqrantlarla görüş keçirəcək, onların saxlanma şəraiti ilə tanış olacaq, həyata keçirdiyi tədbirlərin gedişi və nəticələrini protokollaşdıracaq. Dəyişiklik və əlavələr səsverməyə çıxarılaraq qəbul edilib.
 
Azərbaycanda elmi təşkilatlarda magistratura yaradılacaq
 
"Təhsil haqqında" Qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişiklik magistratura ilə bağlıdır. Qüvvədə olan qanuna əsasən indiyə qədər magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələrində yaradılıb. 
Dəyişikliyə əsasən bundan sonra magistratura elmi-pedaqoji kadr potensialı, maddi-texniki bazası və təhsil infrastrukturu kifayət qədər yüksək olan ali təhsil müəssisələri ilə bərabər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda da yaradıla biləcək. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
 
İclasda İnzibati Xətalar Məcəlləsinə də yeni maddə əlavə edilib. Layihə barədə məlumat verən deputat Rəfael Cəbrayılov deyib ki, dəyişikliyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək.
 
İclasda "Müflisləşmə və iflas haqqında", "Banklar haqqında", "İnvestisiya fondları haqqında", "Sığorta fəaliyyəti haqqında" qanunlara dəyişiklik edilib. Layihə barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib . Dəyişikliklərə əsasən, səhmdar investisiya fondunun,  sığortaçının,  bankın əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək. 
 
"Polis haqqında" qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni əlavə edilən bəndə əsasən kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.
 
"İnzibati xəta törətmiş narkomanlar məcburi müalicə olunacaqlar
 
İclasda İnzibati Xətalar Məcəlləsinə əlavələr müzakirəyə çıxarılıb. Dəyişikliklərə əsasən inzibati həbs nəzərdə tutan inzibatı xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən həmin şəxslərə məhkəmə tərəfindən məcburi müalicə təyin ediləcək. Məcburi müalicənin məqsədi həmin şəxslərin səhhətini, psixoloji vəziyyətini yaxşılaşdırmaq, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onları normal həyat tərzinə qaytarmaq, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və yeni inzibati xətalar törədilməsinin qarşısını almaqdır. Məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində aparılacaq. Narkomanların məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və onların məcburi müalicə müddətinin uzadılması həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla həyata keçiriləcək. Dəyişiklik səsə qoyularaq qəbul edilib. 
 
Rəşad VAQİFOĞLU

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM