Vahid Mürsəliyev: “İstəyirik ki, ingilis dilini yüksək səviyyədə bilən jurnalistlərin sayı çox olsun”
Elnur Əliyev: “Londona göndərilən jurnalistlər konkret kriteriyalar əsasında seçilir”
“Keçən il 70-dən artıq jurnalist ingilis dili kurslarına qoşulub. Bir qisim jurnalist var ki, kursu başlanğıc səviyyədən başlayaraq davam etdirirlər. Bu deməyə imkan verir ki, onlar kursun əhəmiyyətini başa düşürlər və dərslərdən faydalanmaq istəyirlər. Eyni zamanda, onlar keyfiyyətdən razıdırlar”. Bu fikirlər «Azercell» və «Kaspi» Təhsil Şirkətinin jurnalistlər üçün birgə təşkil etdiyi ingilis dili kursları ilə bağlı mətbuat konfransında səsləndi.
«Azercell Telekom» MMC-nin korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya «Azercell» in jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursunun şirkətin «İnkişafı paylaşaq» layihəsi çərçivəsində həyata keçirildiyini qeyd etdi: «Bu, ən sevilən və uğurlu layihələrdən biridir. Biz şadıq ki, siz bu kurslardan iştirak edir və bəhrələnirsiniz. Biz bütün jurnalistləri kurslardan faydalanmağa dəvət edirik».
«Azercell Telekom» MMC-nin prezidenti Vahid Mürsəliyev «Kaspi» Təhsil Şirkəti ilə əməkdaşlıqdan məmnun olduğunu söylədi. Belə ki, jurnalistlər bu kurs vasitəsilə öz ingilis dili biliklərini artırmaq imkanı qazanırlar: “Azercell” elm və təhsil, eyni zamanda media sahəsində bir sıra layihələrə imza atıb. Jurnalistlər üçün təşkil edilən ingilis dili kursları isə bu layihələr içərisində önəm daşıyır. Kurslarda mütəmadi iştirak edən və fərqlənən jurnalistlərdən iki nəfər seçilərək şirkətin dəstəyi ilə ingilis dili biliklərini artırmaq üçün iki həftəlik Londona göndərilir”. Keçən il kurslarda 70-dən artıq jurnalistin iştirak etdiyini deyən şirkət prezidenti bu işdə «Kaspi» Təhsil Şirkəti ilə yaxından əməkdaşlıq etdiyini və bundan sonra da əməkdaşlığın davam edəcəyinə ümidini ifadə etdi: “İnanırıq ki, bundan sonra da şirkətlə əməkdaşlığımız davam edəcək. Ümumiyyətlə, təkcə bu sahədə yox, təhsillə və digər sahələrlə bağlı əməkdaşlığımızı da davam etdirə və təhsil sisteminə öz töhfələrimizi verə bilərik». Şirkət prezidenti jurnalistlərə dəstək üçün digər layihələrin də həyata keçirildiyini bildirdi. Belə ki, jurnalistlər şəxsiyyət vəsiqələrinin surətini təqdim etməklə Mediacell tarifinə qoşula və öz həmkarları ilə dəqiqəsi 2 qəpiyə danışa bilərlər. Şirkət prezidenti jurnalistləri onların layihələrində yaxından iştirak etməyə səslədi: «Biz istəyirik ki, ingilis dilini yüksək səviyyədə bilən jurnalistlərin sayı çox olsun. Bu, beynəlxalq aləmlə daha yaxından tanışlıq üçün yaxşı imkandır». V.Mürsəliyev növbəti illərdə də bu layihənin davam edəcəyinə ümid etdiyini bildirdi.
«Kaspi» Təhsil Şirkətinin direktoru Elnur Əliyev 2010-cu ildən bəri davam edən layihənin uğurunu TŞ-nin öz vəzifələrinin öhdəsindən lazımınca gəlməsi ilə əlaqələndirdi: «Bu müddət ərzində hər il 60-dan çox jurnalist kurslara qatılmaq üçün müraciət edib. Sonuncu il 70-dən artıq jurnalist kurslara qoşulub”. Ölkədə ingilisdilli jurnalist heyətinin yaranmasında layihənin böyük rolu olduğunu qeyd edən TŞ direktoru «Azercell» şirkətinin və jurnalistlərin etibarını doğrultmağa çalışacaqlarını qeyd etdi: “Jurnalistlərin seçilib Londona göndərilməsi işin motivasiya tərəfidir. İngilis dilini təkmilləşdirməyin və onu real mühitdə tətbiq etməyin ən gözəl məqamlarından biri onu vətənində tətbiq etməkdir ki, bu şans da jurnalistlərə verilir. Londona göndərilən jurnalistlər konkret kriteriyalar əsasında seçilir. İmtahan, müsahibə, dərsə davamiyyət nəticələri və jurnalistlik fəaliyyəti əsas götürülür. Mümkün qədər ədalətli seçimə qərar verməyə çalışırıq».
Konfransda kursu uğurla bitirən jurnalistlərə sertifikatlar verildi. Daha fəal və nəticəsi yüksək olan iki jurnalist – “Palitra” qəzetinin redaktoru İlkin Ağayevə və ATV kanalının redaktoru Səma Əhmədovaya Londona iki həftəlik ingilis dili kursu hədiyyə olaraq təqdim olundu.
Konfransın sonunda “Azercell” şirkəti ilə “Kaspi” Təhsil Şirkəti tərəfindən jurnalistlər üçün növbəti ingilis dili kursları elan olundu. Jurnalistlər kurslarda iştirak üçün 8 oktyabr tarixindən 21 oktyabradək TŞ-nin Elmlər Akademiyası filialına müraciət edə bilərlər.
Təranə Məhərrəmova
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM