Maydan qalib gəldi.”Avrora” kreyserindən açılan yaylım atəşləri 21-ci əsrin növbəti hakimiyyət çevrilişini tarixə yazdı.Kralı eşefota hazırlayırlar.Hamı sinik edam mərasimini gözləyir və prezidentin qanlı köynəyini gətirənə mükafat vəd olunub. Revanş götürərək yenidən siyasi səhnəni tutan Ukraynanın Janna dArkı həbsxanada itirdiyi illərin qisasını almaq üçün ölkəsini yeni qırmızı terrora itələyən platformanı avromaydançılara təqdim edərkən qalibiyyətin zirvəsində olan və məğluba yaşamaq haqqı tanımayan izdihamın gurultulu alqışını qazanır.
Əslində,Fransa inqilabından fərqli olaraq indiki baxımlı tamaşanın ssenarisi və ilhamverici qüvvələri nə qədər kənarda olsalar da dünyanın diqqətini noyabrın 28-dən bu yana köhnə bir sovet məkanına cəlb edənlərin adı şübhəsiz ki,Ukrayna xalqıdır.Onlar mərdliklə dayandılar,müdafiə istehkamları ilə Yanukoviçdən də güclü soyuğa,aclığa, yuxusuzluğa dözdülər və amansız silahlı qüvvələrin zərbəsinə tab gətirdilər,qanlı süngülərə sinələrini və canlarını verdilər.Lakin hətta qədim yunan cəmiyyətlərində belə idarəetmə açıq səmada rəiyyətin səsi ilə aparılmırdı.Maydan daimi və əbədi ola bilməz.Orada yalnız gilyotina quraraq əvvəlcə 16-cı Lüdoviki,sonra Antuanettanı,ən sonda isə inqilabın öz balalarının kəsilmiş başını nümayiş etdirmək daha cəlbedicidir. Robespyer ölməyib,O,hər bir inqilabda yenidən ruh və bədənlərdə təcəlla edir.
Növbəti proletar inqilabının rəsmi adı hələ qoyulmasa da Qış sarayını-Yanukoviçin iqamətgahını və mülkünü ələ keçirən kütlə eyforiya içərisində bayram edir.Bir azdan həyata keçirilmiş tətillərin və iqtisadi sabotajların hesabını çəkmək vaxtı catacaq.Onsuz da indi devrilmiş rəhbərin xalqdan oğurladığı sərvətlər haqda əfasanələr uyduran müxalif liderlər belə yaxşı bilir ki,bir azdan qəhrəmanlıqla yad etdikləri kütlədən ayrılmalı olacaqlar.
Çünki hər bir ictimai kataklizm cəmiyyətin dərinində gizlənmiş və böhran situasiyalarında aktivləşən oğrulara,dəllarla və quldurlara daha geniş imkanlar açır ki,bunun əlamətlərini də atıq biznes və xüsusi mülkiyyət sahibləri öz dərilərində hiss etməyə başlayıblar.Milisi linç edən,hüququ mühafizə orqanlarının inzibati və psixoloji hakimiyyətindən çıxmış qarətçilər dəstəsi bəribaşdan mübarizlərinin payını götürməyə başlayıb.Yağmalamağa yaxşı ideologiya və hədəf də var axı.Regionçu çinovniklərin hər bir potensial qolçomaqdır və artıq bir neçə məmuru hamının gözü qarşısında samosud da ediblər.
Ukrayna inqilabı baş məqsədinə çatsa da,bu ölkənin istənilən iqtidarının “Axilles dabanı” olan problemlər özü boyda bir dağ kimi yerində dayanıb.
Legitim hakimiyyət adına iddia edən Rada cəmi bir neçə ay öncə “Əjdaha qanunları”na 300dən artıq səs verən əsil plebeylər və patrisilər məclisidir.Oliqarxiyanın əsas kütləsi də orada cəmləşib.İndi əsas pul dövriyyələrinə nəzarət uğrunda çarpıma qızışıb və portfellərin bölgüsündə keçmişdə iqtisadi cinayətləri təkcə yıxılmış dövlət başçısında deyil,hətta köhnə narıncılarda belə şübhə doğurmayan Timoşenko tərəfdarlarına verilir.Hələ ki,Tyaqnibokun təklif etdiyi lüstrasiya qanunu tətbiq oluna bilmir və keçmiş Baş nazirin prezidentliyə gedən yolunu bağlamaq mümkün deyil.
Güc orqanlarına təyinata səlahiyyəti olmayan bir orqanın sabah siyasi vəzifələri hansı prinsiplərlə bölcəyi aydın deyil.Axı hazırki qanunverici orqan Yanukoviç siyasi arxitekturasının və idarəetmə stilinin bir parçası,hətta strukturu idi.Orada üsyanın uğurunda payı olan faşist təmayüllü,radikal millətçi baxışlı qüvvələr və yeni biznes dairələri təmsil olunmayıblar.Ona görə Konstitusiyada olmayan səlahiyyətləri ələ keçirərək iqtidarı uzurpasiya edən “3-lər ittifaqı” maraqları toqquşan kimi bunu biri-digərinə qarşı hüququ davadan bundana yararlanacaqlar.Avropada uzun on illər boyu formalaşan çəkindirmə və balans sistemini burada yaxın vaxtlarda qurmaq mümkün olmayacaq.Qarşıya çıxan prinsipial sosial-iqtisadi problemlərin aşılmasında bunlar əsil qovğaya çevriləcək.Axı hələ indi necə də olsa,prezident rəsmi olaraq istefa verməyib və impiçment haqda qanun,komissiya və qərar verilməyib,elə isə hazırki dövrdə ən mühüm şərti-məhz qanunlarla idarə olunan ölkə idealını bəribaşdan puç edirlər.
Demokratiya hüquq və azadlıqlar deməkdir.Avrointeqarsiyaçılar isə yalnız asmaq,kəsmək,repressiya və qadağan etmək haqda deklarasiyalar səsləndirir,ən kiçik əks fikrə dözümsüyü ilə hamını heyrətə salırlar.Solçu ideyalara qarşı barışmazlıq,titullu millətin hüquqi üstünlüyü,heykəllərin düşürülməsi və küçələrin,meydanların desovetləşməsi,rus dilinə sanksiyalar Baltikyanı ölkələrin modelinin burada əsas kurs olacağını deməyə imkan verir.Elə isə sual olunur:qaliblər bütövlükdə ölkəni təmsil edirlər,yoxsa yalnız Qərbi Ukraynanı?Axı yalnız aqrar təsərrrüfat məkanı kimi formalaşn bu diyar şərqin sənaye potensilından kənarda yaşaya bilməz.İndi isə bu coğrafi parçalanmanın üstünə siyasi və mənəvi ayrılıqlar da əlavə olunub.Qaliblər susqun çoxluğu Maydanın dəyərlərini tanımamaqda və separatizmdə ittiham edirlər,onlara psixoloji kölə kimi baxırlar.Deməli,”Sağçı sektorun” baxışları çox asanlıqla parçalanmaya və diktaturaya yol aça bilər.
Bu ölkənin Avropa qonşuluğundan yarımayıb yalnız siyasi burulğan qazanan və hələ ki,yardımlar haqda bəyanatlar eşidən xalqın iqtisadi gələcəyinə dair hər hansı real proqramlar yoxdur.Yaxşı,dedik ki,təkcə bir parlaq liderə deyil,qarşılıqlı əlaqədə çalışan hökumətə sahiblənməklə ukraynalılar təkbaşına tiraniya quranlardan xilas olublar,bəs boş büdcəni və 46 milyonluq əhalini qısa bir zamanda xarici tərəzilərə və lombarda qoyulmaqdan kim azad edəcək?Beynəlxalq Valyuta Fondunun Qərbin layihəsinin uğuru naminə ölkəyə gəlmiş müfəttişləri kəskin islahatlar tələb edir ki,bunlar da əsil şok terapiyası yaradacaq.Həqiqi sosial maraq toqquşmaları onda üzə çıxacaq.Almaniyadan,Polşadan və Baltikyanı aləmdən gələn kömək çağırışlarını isə hələ ki,gerçəkdə görən olmayıb.
Bəs Kiyev Rus dövləti ilə Avropa qonşuluğunu yeni bonapartçılar necə uzlaşdırcaqlar?Qərb dərhal assosiativ sazişi dövriyyəyə qaytarıb şovinistlərə,banderçilərə və ac kütləyə sərhəddi keçib tox ingilislərin, fransızların,yaxud almanların süfrəsinə şərik olmağa imkan verən deyil.Əvvəlcə gərək sovet xaxollarına hüquqi,mədəni dərs keçib onları mədəni Avropanın bir hissəsinə çevirəsən.Yoxsa,onları bir təkcə yeni azadlıq və müstəqillik fədailəri deyib qəbul etmək mümkün deyil.
Rusiya yeni hökuməti tanıyacaqmı və Yanukoviçin hesabına evində qazı ikiqat qiymətə ucuz alan xalqa qarşı rəsmi Kremldən hansı yeni sanksiyalar tətbiq olunacaq.Nə var ki,ABŞ yıxılmış iqtidar mənsublarına qarşı qadağa rejimlərini işə salır,əsas Putinin çar Dadondan gələn ənənəvi təzyiq siyasətinə necə cavab veriləcəyini müəyyən etməkdir.Krımın müstəqilliyi, ”Xarkov razılaşması” və Qara dənizdəki rus donanması isə əsil “Bermud üçbucağı” kimi ölkənin geopoltik gələcəyini təhdid edir.Axı antiRussiya inqilabı realda necə olduğunu hamı 2004-cü ildə yaxşı görüb.İndi kim bu rolu öz üstünə götürüb,sonra onun bədəlini ödəyəcək və zindandan prezidentlik kreslosuna yerini dəyişmək istəyən ikinci Yuliya olacaq?
Göründüyü kimi Ukraynanı məngənədə sıxan sualların dairəsi burda qapanır.Bəli,bu köhnə inqilabın davamı deyil.O vaxtki rəngli şərflilər xalqın qarşısında boyunlarından ağır bir yük asıb tarixin səhnəsindən çəkildilər.Bütün dünya Yuşşenkonun zəhərli qanını yuyub inqilabın və onun sifətini təmizləməklə məşğul idi.Bu ona kömək etmədi.2014-cü ilin liderlərinin üzünü isə yanan təkərlərin hisi basıb.Bir azdan hamısının əsil siması üzə çıxacaq.Çünki inqilab hər şeyə yarayır,təkcə onu yeməkdən başqa!
Milli Məclisin deputatı,
Zahid Oruc
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM