Gəncə iri meqapolisə çevrilir (VİDEO)

09:33 / 10.10.2015

Baş plan artıq hazırdır.

Gəncə şəhərinin sonuncu Baş Planı 43 il əvvəl, 1967-ci ildə hazırlanıb və 1990-cı ilə qədər olan dövrü əhatə edib. Yeni Baş Plan 2013-cü ildə işlənilib. İcraçı təşkilatı Azərdövlətlayihə olan baş plan təsdiq olunma ərəfəsindədir. Hesab dövrü 2030-cu ilə qədərdir. Hazırda Gəncədə aparılan irimiqyaslı quruculuq və abadlıq işlərinin məhz həmin sənədə əsasən həyata keçirildiyi vurğulanıb. 

Yeni Baş Planda şəhərin inkişaf perspektivləri nəzərdə tutulub. Sənədə əsasən Gəncənin 9980hektar olan ərazisi təxminən iki dəfə böyüyərək, 17 min hektara çatdırılıb. Hazırda sosial-iqtiadi əlaqələr saxlanılmaqla lazımi infrastruktur qurulur və bu sahədə olan nöqsanlar aradan qaldırılır. Gəncə şəhər Şəhərsalma və Memarlıq İdarəsinin rəisi, şəhərin baş memarı Azad Əliyevdən aldığımız məlumata görə, Avtozavod, “İmamzadə” yolu, Nizami, Ş.İ.Xətai, H.Əliyev prospektləri, Əziz Əliyev, Vəli Xuluflu, 28 May, Mehmandarov, Əhməd Cəmil küçələri artıq genişləndirilib. Plana əsasən Nizami prospektinin daha da genişləndirilməsi üçün küçənin Şəmkir istiqaməti üzrə sol hissəsində olan binalar da söküləcək. Şəmkir yolundan Poçt, Şıxzamanlı qəsəbələri, İmamzadə yolu daxil olmaqla Qala qapılarını da əhatə edəcək dairəvi yol salınacaq.

Yeni plana görə Gəncədə fərdi yaşayış evləri çoxmərtəbəli binalarla əvəz olunacaq. Məlum olduğu kimi, Gəncə şəhəri seysmoloji ərazidir. Odur ki, baş planda binaların tikintisində 9 bal gücündə zəlzələyə davamlılıq nəzərə alınıb.

Baş planın hesabat dövrü ərzində şəhərdə çoxmərtəbəli, gözəl infrastruktura malik binaların tikilməsiyeni yaşayış massivlərinin salınmasımüəssisə və obyektlərin açılması nəzərdə tutulub. Avropa ölkələrində olduğu kimi Gəncədə də yaşayış binalarının şəhərdən bir qədər kənarda tikilməsi perspektivi nəzərə alınıb. Şəhərin genişləndirilməsində tarixi abidələrə daha diqqətlə yanaşılır. Odur ki, qədimilik və müasirlik vəhdət təşkil etsə də daha çox şəhərin özünəməxsus milli memarlıq üslubuna üstünlük verilir. Şəhərdə 300-400 illik tarixə malik bişmiş kərpicdən tikilən qədim binalar restavrasiya olunur.

Şəhərin baş memarı Azad Əliyevin sözlərinə görə şəhərin ümumi görünüşünə təsir edən bir sıra binaların eyvanlarında quraşdırılan əlavə konstruksiyalar və artırmalar sökülüb. Yerdə qalan artırmaların aqibətinə gəlincə, onların sökülməsi nəzərdə tutulmayıb.

Hazırda tikintisi davam edən Gəncə Dövlət Filarmoniyası, Heydər Əliyev, “İmamzadə” Kompleksləri kimi möhtəşəm tikililər isə şəhərin görkəmində əhəmiyyətli rol oynayacaq. Müasir yeniliklər bununla bitmir. Hazırda Gəncə çayının sağ sahilində 150 hektar ərazini əhatə edən Park-Bulvarın salınması ilə bağlı işlər davam edir. Çayın üzərində 4 şəlalə və süni su hövzəsi yaradılır. Velosiped yolu, Əli və Nino memarlıq Kompeksi də bulvarın tərkib hissəsi olacaq. Çayın sağ qolunda yerləşəcək Kitab evi, Mətbuat evi, Uşaq Əyləncə Mərkəzi və yaşayış binaları inşa edilir. Yeni tikilərək ötən il istismara verilən Uşaq Yaradıcılıq Mərkəzi, Məshəti Muzeyinin yerləşdiyi Gəncə çayının sol sahilinə gəlincə burada bəndsalma işləri aparılır. Azad Əliyev bildirib ki, həmin ərazidə yerləşən 50-yə yaxın həyət evi gələn ilin əvvəlində söküləcək. Yerində isə, hündürmərtəbəli yaşayış binaları inşa ediləcək. 

Bir sözlə, Yeni Baş Planda 2030-cu ilədək şəhərin infrastrukturunda və funksionallığında bir sıra yeniliklərin edilməsi, Gəncənin iri meqapolisə çevrilməsi nəzərdə tutulur. (Region TV)



Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM