Strategiya.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, oktyabrın 10-da Bakı şəhər sakini Qabil Abdullayev Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə müraciət edərək həmin gün Sabunçu qəsəbəsində paytaxt sakini İsmayıl Rüstəmovun idarə etdiyi “VAZ-2104” markalı avtomobildə sərnişin qismində gedərkən “VAZ-2107” markalı avtomobillə qarşısının kəsildiyini və ondan düşən 2 şəxsin onu bıçaqla hədələyərək 753 manatını və mobil telefonunu alıb hadisə yerini tərk etdiyini bildirib.
Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş “VAZ-2107” markalı avtomobilin sürücüsü - Bakı şəhər sakinləri Rövşən Hüseynov tutulub, sərnişini isə müəyyən edilib.
Sabunçu rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.