“Xocalı faciəsi Qarabağın işğalının kuliminasiya nöqtəsidir”

11:18 / 25.02.2014

 Tədbirin sonunda  “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Müharibə mənim gözümlə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub

Strategiya.az-a verilən məlumata görə, fevralın 24-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Asossiasiyasının Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə müxtəlif QHT-lər və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının müdafiəsi” İctimai Birliyinin sədri Nadir Abdullayev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixində görülməyən dəhşətli faciədən söhbət açıb. O qeyd edib ki, Qarabağdakı siravi dəstələr Sovet hökumətinin 366-cı alayının və xaricdən gətirilmiş muzdlu dəstənin köməyi ilə günahsız xalq amansızcasına qətlə yetirilib. Xocalı faciəsi Qarabağın işğalının kuliminasiya nöqtəsini təşkil edirdi. “Düşmən tərəfindən döyüşən dəstələrdə Suriyadan, Livandan, İrəvandan olan şəxslər və bir nəfər də “Həmas” terror təşkilatından qovulmuş ərəb əsilli Zahid Əlməhəmməd adlı şəxs döyüşürdü. Gec-tez Xocalı faciəsini törədənlər öz cəzalarına çatmalıdırlar” deyə QHT sədri öz fikirlərini ifadə edib.

 

Daha sonra çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Zülfüqarlı Xocalı faciəsi zamanı baş verən hadisələri Ukraynada baş verən hadisələrlə müqayisə edib: “Bu gün Ukraynada gedən proseslərə fikir versək görərik ki, həmin proseslər 1988-1992-ci illərdə Azərbaycanda baş verib. O dövrdə Azərbaycanın beynəlxalq aləmdə dəstəyi olmadığına görə  və Rusiyanın verdiyi irticaçı qüvvələr Sumqayıt hadisəsini, Qaradağlı hadisəsini, Xocalı faciəsini törətməklə Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda gedən mübarizənin qarşısını almaq istəyirdilər. Ukrayna xalqı qalib gəldi, çünki ABŞ kimi, Avropa İttifaqı kimi dəstəyi vardır. Amma o zaman Azərbaycanın dəstəyi yox idi. Biz hər zaman deyirik ki, dünya bizim sözümüzü eşitmir, dünya bizə dəstək vermir, amma indiki dövrdə biz bunu deyə bilmərik. Artıq Xocalı faciəsinin tanınması ilə bağlı kompaniyaya yeni şəhərlər, yeni ştatlar qoşulur. Bundan başqa həm ABŞ konqresində, həm də Avropa parlamentində Azərbaycanın mövqeyini dəstəkləyənlər artmaqdadır. Mən ötən il Belçikanın paytaxtında keçirilən “Qarabağ dinləmələri”ndə iştirak etmişdim. Orada mən böyük qürur hissi duydum ki, Belçika parlamentinin deputatlarının böyük əksəriyyəti Qarabağ problemində Azərbaycana dəstək verir. Bütün bunlar aparılan işin nəticəsidir”.

Məhərrəm Zülfüqarlı öz sözlərinə bu cür davam edib: “Biz əgər tarixə müraciət etsək, belə bir sual yarana bilər ki, Xocalı faciəsi yaxud 20 Yanvar faciəsi baş verməyə bilərdimi? Azadlıq verilmir, azadlıq alınır. Azərbaycan xalqı şəhid verərək, öz azadlığını qazandı. Biz qürur hissi duymalıyıq ki, belə bir xalqın övladlarıyıq. Azərbaycan xalqı hər qarış torpaq uğrunda vuruşublar”.

“Qolos Karabaxa”- “Voice of Karabakh” qəzetinin baş redaktoru Qədir Nəsirov isə öz çıxışı zamanı əsl faciənin həmin hadisələri törədənlərin hələ də cəzasız qalması olduğunu bildirib: “1992-ci ildə baş verən faciəni törədənlər hələ də cəzasız qalıblar. Əsl faciə bundan ibarətdir. Onlar tezliklə öz cəzalarını almalıdırlar. Qeyd edim ki, Xocalı faciəsində həlak olanların statistikasında baxdıqda orada ölənlərin sayı 613 nəfər göstərilir. Bu statistika qətiyyən düzgün deyil. Lakin erməni yazıçısı özü etiraf edib ki, o, 1200 nəfər meyidin üzərindən keçib. Biz əlimizdən gələni etməliyik ki, Xocalı soyqırımını törədənlər lazımi cəzanı alsınlar”.

Son söz “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının baş redaktoru Zaur Qəriboğluna verilib. Gənc yazar Xocalı faciəsi haqqında danışmağın onun üçün son dərəcə ağır olduğunu qeyd edib: “Nə qədər ağır olsa da qeyd etməliyik ki, doğurdan da Xocalı soyqırımı Azərbaycan kişisinin qürurunun ayaqlar altına atılması deməkdir. Bu gün ermənilərin Azərbaycanın əleyhinə bir çox internet resursları var ki, o resurslarda onlar Xocalı soyqırımının günahını bizim üzərimizə atmağa çalışırlar. Bunun üçün bir çox fotomontaj və videomontajlardan istifadə edirlər. Bizim üzərimizə isə o düşür ki,  Xocalı faciəsini sübut edən əyani vasitələr var ki, biz onları dünyaya yaymaqda daha aktiv olmalıyıq. Bu gün AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanovun ideya müəllifliyi və vitse-prezident Vəli Əlibəyovun rəhbərliyi ilə yaradılmış “KarabakhİNFO.com” beynəlxalq elektorn jurnalı vasitəsi ilə 10 dildə bu istiqamətdə fəaliyyət göstəririk. Bizə əsas lazım olan odur ki, gənclərimiz də bu işdə aktiv olsunlar. Çünki Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan gəncləri ilə görüşündə qeyd edir ki, biz Qarabağı aldıq, siz də Ağrıdağını almalısınız. Baxın, bir ölkənin prezidenti belə seperatçı çıxış edərək, öz gənclərini də işğalçı ruhda yetişdirməyə çalışır və yetişdirir. Biz hər bir gəncimizi silahlı mübarizədən də təhlükəli olan informasiya mübarizəsinə səsləyirik. İnanıram ki, Ermənistan gəncliyi nə qədər o ruhda yetişdirilsə belə bizim də milli qüruru olan gənclərimiz var və bu istiqamətdə bizə dəstək olacaqlar”.

Daha sonra Zaur Qəriboğlu işğalçı Ermənistanın dövlət başçısının söylədiyi fikrə münasibət bildirib: “Ermənistan prezidenti Serj Sarkisyan çıxışlarından birində qeyd edib ki, Azərbaycan Qarabağı heç vaxt Vətən kimi görmədiyi üçün itirib, çünki Qarabağa hər zaman ərazi kimi yanaşıb. Amma biz Qarabağı Vətən kimi gördüyümüz üçün Qarabağ bizdədir. Arzu edirəm ki, hər kəs  həqiqətən də Qarabağı öz Vətəni kimi görsün. “Mən bakılıyam, Qarabağ mənə aid deyil, yaxud şəkiliyəm, Qarabağ mənə aid deyil” kimi biganəlik olmasın. Qarabağ hamımıza aiddir. Əgər evin bir küncü uçubsa əmin olun ki, qalan üç künc də uçacaq. Biz gərək hamımız bir olaq ki, bir küncü bərpa edək”.

Tədbirin sonunda  “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən “Müharibə mənim gözümlə” müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM