TƏLƏBƏ VƏ VALİDEYNLƏRDƏN SƏRT CAVAB: NƏ BAŞ VERİR?!

12:25 / 13.10.2015

Strategiya.az saytına bir sıra valideyn və tələbələr adından müraciət daxil olub. Müraciətə heç bir düzəliş etmədən olduğu kimi diqqətinizə çatdırırıq:

Anadolu Universitetinin tələbə və valideyn heyəti  olaraq bir araya  gəlib son zamanlar mətbuatda  Anadolu Universiteti haqqında yayılan söz söhbətlərə cavab vermək istəyirik. Minlərlə tələbələr və valideynlər olaraq yayılan əsassız söz söhbətlərdən  çox qəzəblənərək və  “artıq bəsdir” deyərək, bu “qara təbliğat”ı aparanların cavabını hüquqi yolla vermək qərarına gəlmişik. Bu “qara təbliğat”ın kimlər tərəfindən edildiyindən  xəbərdarıq! (gələn yazımızda açıqlıyacağıq).  Biz bu qara piarı həyata keçirənlərin qərəzli olduğunu, bəzi saytlardan (faktlara əsaslanaraq yazılanlardan) və dəyərli insanlarla görüşlərdən sonra əldə etdiyimiz faktlar əsasında  əmin olmuşuq. Mətbuatda yayılan xəbərlərdə bildirilir ki, guya biz tələbələr  narazıyıq. Cəmi iki tələbənin şikayətini bizlərin də adı ilə hallandıraraq haqqımıza giriblər. Və bizlər buna heç vaxt biganə qala bilmərik, baş verənlərə hüquqi qiymət verilməsi üçün məhkəməyə müracət edəcəyik, o iki tələbə və onları bu işə sövq edən havadarları öz cəzasını məhkəmə qarşısında alacaqlar. O iki tələbə dediyimiz Ceyhun Səməd oğlu Qədimov və Məhəmməd Vaqif oğlu Əsgərovdur.
Araşdırmamız  nəticəsində məlum oldu ki, Ceyhun Qədimov 2009-2010-cu tədris ilində Anadolu Dövlət Universitetinə distant təhsil üzrə “İşletme ” fakültəsinə daxil olub. 2013-2014-cü tədris ilinə qədər təhsil alsa da 4 il ərzində 1-ci kursu başa vura bilməyib. 2014-cü ildən passiv tələbədir, yəni öhdəliyində olan dərslərini oxuya bilməməsi səbəbindən 2014-cü ildə təhsilini dondurub. Ceyhun Qədimov təhsil aldığı müddətdə təhsil haqqını  “ Avrasiya İnnovasiya İnstitutu ” İctimai Birliyinin ( QHT ) tərəfdaş qurumu vasitəsi ilə ödəyib. Onun “Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə hüquqi müstəvidə heç bir əlaqəsi olmayıb.
Məhəmməd Əskərov isə 2014-2015-ci tədris ilində Anadolu Dövlət Universitetinə distant təhsil üzrə “Konaklama İşletmeçiliği” fakültəsinə daxil olub və qeydiyyatdan keçərək təhsil haqqını şəxsən özü bank vasitəsi ilə Anadolu Dövlət  Universitetinin müəyyən etdiyi xaricdəki hesabına ödəyib və onun da göstəriciləri qeyri-kafidən də aşağı olub. 1-ci kursu başa vura bilməyib. Biz tələbələrin adından istifadə etdikləri üçün, halbuki cəmi iki nəfər olduğu halda, onun biri də heç aktiv tələbə olmadığı  təqdirdə, digər minlərlə tələbənin adından danışaraq haqqımıza girdikləri üçün onları məhkəməyə verəcəyik. Belə üzdəniraq 2-3  “tələbənin” Anadolu Dövlət  Universitetində Azərbaycanda yaşayan Türkiyə, Azərbaycan və digər ölkə vətəndaşları olan biz tələbələrin (Qeyd edək ki, Azərbaycandan distant formada təhsil alanlar  yalnız Azərbaycan vətəndaşları deyil)  adından danışmaqlarına heç kim səlahiyyət verməyib.
Məlumat üçün onu da bildiririk ki, Türkiyə Respublikasının Anadolu Dövlət Universiteti Türkiyədə və dünyanın müxtəlif ölkələrindəki 2 milyona yaxın tələbəsinə, o cümlədən Azərbaycandan distant formada təhsil alan tələbələrinə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT )  vasitəsi ilə distant  formada təhsil almaq imkanı yaradır.  Buna görə də  Universitetin  Türkiyənin 100-dən çox bölgəsində və dünyanın bir çox ölkələrindəki distant təhsil alan tələbələrinin yaşadıqları ərazidə  - ölkələrdə (o cümlədən Azərbaycanda)  nümayəndəlik və filial açmasına ehtiyac qalmır. Belə ki, Anadolu Universiteti təhsil fəaliyyətini Türkiyə Respublikasının ərazisində həyata keçirir.
 2009-cu ildən başlayaraq Türkiyə Cümhuriyyətinin Prezidenti yanında Ali Təhsil Şurasının (YÖK) müvafiq qərarı ilə  qardaş  Azərbaycanda yaşayan Türkiyə, Azərbaycan və digər ölkə vətəndaşlarına  da universitetdə distant formada  təhsil almaq imkanı yaradılmışdır.  Distant formada təhsil alaraq Azərbaycanda yaşayan Türkiyə, Azərbaycan və digər ölkə vətəndaşları olan tələbələrə dərslər Türkiyədən internet üzərindən verilir, bununla yanaşı bizlərin təhsilimizə əlavə texniki dəstək məqsədilə (tələbələrlə  universitet arasında texniki əlaqələndirmə yaradılmasına, onlara lazımi məsləhətlərin verilməsinə, videokonfrans bağlantısı qurulmasına və. s. köməklik  göstərilməsi  məqsədilə) universitetlə müəyyən qurumlar    arasında  tərəfdaşlıq prinsipi əsasında  müvafiq protokollara uyğun olaraq biz tələbələrə  texniki xidmətlər göstərilir və  bundan çox  məmnunuq. 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM