Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, "JCPOA-nın reallaşdırılması üzrə İran hökumətinin fəaliyyətləri" qanun layihəsi oktyabrın 13-də bəyənilib.
Səsvermə zamanı 161 deputat lehinə, 59 əleyhinə səs verib, 13 deputat isə bitərəf qalıb.
Qanun layihəsi İran hökumətinə JCPOA-nın reallaşdırılması üzrə Konstitusiyaya uyğun bəzi tədbirlər görməyə imkan verəcək.