ABŞ-da keçirilən nüfuzlu konfransda Azərbaycanın strateji əhəmiyyəti ilə bağı müzakirələr aparılıb

16:03 / 14.10.2015

ABŞ-ın Yuta ştatının paytaxtı Solt Leyk Siti şəhərində fəaliyyət göstərən Yuta Universitetində konqresmen Kris Stüartın təşəbbüsü ilə “ABŞ-ın dünyada rolu” adlı tədbirdə Azərbaycanın regional və geosiyasi əhəmiyyəti müzakirə edilib.

Tədbiri açan konqresmen K.Stüart Azərbaycanın Şərqin və Qərbin qovuşuğunda yerləşdiyini bildirib. Ölkəsinin Azərbaycanın strateji əhəmiyyətini daha dərindən anlamalı olduğunu qeyd edən konqresmen Azərbaycanın tarixən dünyanın enerji təchizatında əhəmiyyətli rolunun olduğunu bildirib, hazırda da həmin rolun Avropanın enerji təhlükəsizliyində qabarıq əks olunduğunu vurğulayıb.

Tədbirə əsas natiq qismində qatılan səfir Elin Süleymanov bir çox mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycanın tarixən tolerant və sülhsevər cəmiyyət olduğunu vurğulayıb, ölkəmizdə demokratik dəyərlərin hələ bir çox qabaqcıl Avropa dövlətlərindən daha əvvəl mövcud olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, dünyanın bir çox nöqtələrində dözümsüzlüyün cərəyan etdiyi halda, Azərbaycanda bütün xalqların nümayəndələrinin azad və anlaşma şəraitində yaşadığını misal olaraq göstərib. Dünyada baş verən hadisələrin fonunda Azərbaycanda müxtəlif dini qrupların birgəyaşayışının, insanların dini mənsubiyyətinə görə diskriminasiya olunmamasının, habelə bütün qadınların və azlıqların hüquqlarının tam təmin edilməsinin bir çox cəmiyyətlər üçün misal ola biləcəyini söyləyən səfir E.Süleymanov məhz bu yanaşmanın Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını vurğulayıb.

Konqresmen K.Stüartın ölkəmizin strateji əhəmiyyəti barədə fikirlərini bölüşən E.Süleymanov Azərbaycanın aparıcı rolu ilə əhəmiyyətli regional layihələrin həyata keçirildiyini qeyd edib. O, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri və “Cənub” qaz dəhlizi kimi regional layihələrin Azərbaycanı bir tərəfdən Avropanın enerji təhlükəsizliyinin təminatçısına, digər tərəfdən isə iqtisadi və logistik mərkəzə çevirməkdə olduğunu söyləyib.

E.Süleymanov çıxışı zamanı regionun üzləşdiyi əsas problemlərə də toxunub, bu sırada Azərbaycan ərazilərinin hələ də Ermənistan tərəfindən işğalının davam etməsini əsas amil kimi göstərib.

Ölkəmizlə ABŞ arasında uzun müddətdir ki, yaxın tərəfdaşlığın olduğunu vurğulayan səfir beynəlxalq terrorizmə qarşı mübarizədə və beynəlxalq enerji təhlükəsizliyi məsələlərində Azərbaycanın etibarlı tərəfdaş olduğunu xatırladıb.

Dünyada dəyişən dinamikalardan misallar gətirən səfir regionda qeyri-sabitlik və ekstremizmin artdığını qeyd edib, bu halda ABŞ-ın davamlı və uzunmüddətli strateji yanaşmasını qısamüddətli taktiki addımlardan üstün tutmasının vacibliyini vurğulayıb.

Nüfuzlu ekspertləri bir araya gətirən konfransda, həmçinin Yuta Ştatının qubernatoru, ABŞ Qubernatorlarının Milli Assosiasiyasının rəhbəri Qari Herbert, ABŞ Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general mayoru Kevin Sullivan, Kolumbiyanın ABŞ-dakı səfiri Xuan Karlos Pinzon və digər tanınmış simalar iştirak ediblər.

Konfransdan sonra səfir Elin Süleymanovun ştatın qubernatoru Qari Herbert ilə görüşü keçirilib. Görüşdə regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılıb, ştatla Azərbaycan arasında ikitərəfli iqtisadi münasibətlərin qurulması imkanları müzakirə edilib. Qubernator səfirlə əvvəlki görüşlərini xatırlayaq onun yenidən Yuta ştatına səfər etməsindən məmnunluğunu ifadə edib, bunun münasibətlərin gələcək inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Həmin gün E.Süleymanov Yuta ştatının yerli senatoru və Senatda azlıq rəhbəri Cin Devis ilə görüşüb. Görüşdə ştatla ölkəmiz arasında münasibətlərin perspektivlərinin müzakirə olunması ilə yanaşı, regional dinamika barədə söhbət aparılıb. Xatırladaq ki, keçən il məhz senator Cin Devisin təşəbbüsü və səfirliyin nümayəndə heyətinin iştirakı ilə Yuta ştatının Nümayəndələr Palatası və Senatında Azərbaycana həsr edilən tədbir keçirilmişdi.

Yusif Babanlı


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM