Prezidentin korrupsiya ilə bağlı tapşırığı - Baş Prokurorluq hərəkətə keçdi

20:09 / 14.10.2015

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il oktyabrın 12-də keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı verdiyi tapşırıq və tövsiyələrdən irəli gələn məsələlərin icrası məqsədilə Baş prokuror Zakir Qaralovun sədrliyi ilə oktyabrın 14-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qurumun fəaliyyətinin daha da gücləndirilməsi və səmərəliliyinin artırılması ilə əlaqədar geniş əməliyyat müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan Baş prokuror dövlət başçısı cənab İlham Əliyevin böyük siyasi iradə, əzm və qətiyyəti hesabına davamlı iqtisadi tərəqqiyə və xalqın rifahının yüksəldilməsinə nail olunduğunu, müasir dünyada mövcud olan siyasi-iqtisadi vəziyyət, qlobal maraqlar sistemi nəzərə alınmaqla ölkəmizin davamlı inkişafına yönəlmiş islahatların, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı kəsərli mübarizə tədbirlərinin inamla həyata keçirildiyini diqqətə çatdırıb.

Ölkəmizdə korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin tərkib hissəsi olduğunu vurğulayan Baş prokuror bu sahədə həyata keçirilmiş institusional və cinayət təqibi tədbirlərinin müsbət nəticələrini bildirməklə mübarizənin kəsərliliyinin daha da artırılmasının vacibliyini xüsusi qeyd edib, Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclas zamanı dövlət başçısının korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyinin daha da artırılması, bu sahədə sistem xarakterli islahatların davam etdirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi, büdcə vəsaitlərinin israf edilməsinin qarşısının alınması, həmçinin maliyyə və iqtisadi sahədə şəffaflığın tam təmin edilməsi, sahibkarlığın inkişafına mane olan inhisarçılıq, sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qurumları tərəfindən qanunsuz yoxlanılması və çoxsaylı əsassız lisenziyaların verilməsi, sahibkarlar qarşısında qanunazidd tələblər irəli sürülməsi kimi neqativ halların aradan qaldırılması istiqamətində daha ciddi mübarizənin aparılması barədə çıxışından irəli gələn vəzifələrin vacibliyini bildirməklə bu sahədə prokurorluq, o cümlədən ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən konkret vəzifələrin icrası tələb edilib.

Müşavirədə məruzə ilə çıxış edən Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarənin cari ilin 9 ayı ərzindəki fəaliyyətini təhlil edib, bu müddət ərzində 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə 5108 müraciətin daxil olduğunu, həmin müraciətlərin əsasən nəqliyyat, tikinti və bank sektoru sahələrini əhatə etdiyini, həmçinin 224 şəxs barəsində 146 cinayət işinin istintaqının tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərildiyini bildirib. Həmin cinayət işlərindən 87 şəxs barəsində 58 iş mənimsəmə və israf etmə, 48 şəxs barəsində 37 iş dələduzluq, 33 şəxs barəsində 19 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 23 şəxs barəsində 9 iş rüşvət alma, 10 şəxs barəsində 6 iş isə rüşvət vermə, 9 şəxs barəsində 9 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifə saxtakarlığı və 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə faktı ilə əlaqədar olub.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 98 milyon 571 min manat ziyandan istintaq müddətində 31 milyon 640 min manat və ya 32 %-i ödənilib, qalan ziyanın təqsirləndirilən şəxslərin əmlakları üzərinə həbs qoyulmaqla ödənilməsi üçün qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.

Əməliyyat müşavirəsində müvafiq idarələrin rəisləri hesabatla çıxış edərək korrupsiyaya qarşı daha ciddi mübarizənin aparılması ilə əlaqədar təkliflərini irəli sürüblər.

Müşavirədə dövlət başçısının göstərişlərinin icrası ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qarşısında konkret tapşırıqlar müəyyən edilib, korrupsiya hüquqpozmalarının daha çox baş verdiyi sahələrin araşdırılması, onların təhlili və qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə müvafiq işçi qrupların yaradılması, eyni zamanda müxtəlif sahələrdə mütəşəkkil və sistemli xarakter almış korrupsiya cinayətləri törətməkdə olan cinayətkar şəbəkələrin ifşa edilməklə üzvlərinin məsuliyyətə cəlb edilməsi barədə qanunla nəzərdə tutulmuş cinayət təqibi tədbirlərinin qısa müddət ərzində həyata keçirilməsi qərara alınıb.

Bundan başqa, korrupsiyaya qarşı mübarizədə inzibati və cəza tədbirləri ilə yanaşı, vətəndaşların ictimai nəzarətin həyata keçirilməsində aktivliyinin artırılması üçün maarifləndirmə tədbirlərinin genişləndirilməsi barədə konkret tapşırıqlar verilib.

Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi göstərişlərin səmərəli və keyfiyyətli icrasının təmin edilməsi məqsədilə Baş prokuror tərəfindən Bakı şəhəri, bütün rayon (şəhər) və ərazi hərbi prokurorlarına korrupsiyaya şərait yaradan halların aradan qaldırılması, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin və digər dövlət qurumları tərəfindən belə hallara yol verilməsinin qarşısının qəti şəkildə alınması üçün kəsərli təsir tədbirlərinin görülməsi, sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürülməsi barədə daxil olmuş müraciətlərin dərhal Respublika Baş Prokurorluğunun rəhbərliyinə məruzə olunması, habelə tabe prokurorların və bütün prokurorluq əməkdaşlarının fərdi məsuliyyət hissinin artırılması ilə əlaqədar rəsmi göstəriş verilib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM