"Deyəsən qorxmuşam, dodağım uçuqlayıb", "Nədənsə iyrənmişəm, ağzıma uçuq çıxıb"... Ağzın kənarlarında kiçik yaralar yarananda belə deyirik çox zaman. Xalq arasında "uçuq" dediyimiz bu yaralar əslində nədir, niyə yaranır? Aile.lent.az bu suallara cavab tapmağa çalışıb.
Ağızın kənarlarında, burunda, dodaqlarda və dodaqların ətrafında qaşınma və sulu qabarcıqlarla özünü göstərən uçuqlar, çox hallarda sonradan partlayaraq yaraya çevrilir.
Ağrılı olan bu yaralar yeməyə, danışmağa, gülməyə mane olmaqla yanaşı, görüntü olaraq da insanı narahat edir. Sağalması üçün bir həftədən çox vaxt lazımdı.
Xalq arasında yaranması müxtəlif səbəblərlə (qorxu, iyrənmə, soyuqlama) əlaqələndirilsə də, gerçək səbəb virusdur. Uçuğa səbəb olan viruslar tibb aləmində "herpes simpleks virusları" adlanır.
Mütəxəssislərin fikrincə, ağız və üz bölgəsində yaranan uçuqların əsas səbəbi uşaqlıqda bədənə düşən Herpes viruslarıdır. Herpes virusundan tamamilə can qurtarmaq mümkün olmasa da, müəyyən üsullarla onun qarşısını almaq mümkündür.
Qeyd edək ki, bədənində Herpes virusu daşıdığı halda heç bir zaman uçuq çıxarmayan, yəni virusu yatmış olaraq daşıyan insanlar da var.
Dermatoloq Zöhrə Yədullayevanın sözlərinə görə, herpes viruslarının Hsv1, Hsv2, Hsv3 kimi ifadə edilən 8 növü var. Genital bölgələrdə uçuqlara daha çox Hsv2, ağız, üz bölgələrindəkinə isə Hsv1 virusu səbəb olur.
Mütəxəssis bildirir ki, herpes sinir hüceyrələrində yuxuya daldıqdan sonra bir daha aktivləşməyə də bilər: "Uçuq ən çox tüpürcək və yaxın təmas yolu ilə yoluxur. Virusu daşıyan adamın tüpürcəyindən, ortaq istifadə edilən əşyalardan və ya cinsi əlaqə yolu ilə adamdan adama keçə bilər. Virusun bulaşması üçün daşıyıcıda uçuğun olmasına ehtiyac yoxdur. Və bu da qoruma qaydalarına riayət etməni çətinləşdirir. Çox adam herpesə uşaq vaxtı böyüklərdən yoluxur. Azyaşlı uşaqları öpmək, dişləmək virusun ona yoluxmasına səbəb olur".
Uçuq - herpes virusu çox asan yoluxan bir virusdur. Herpes öpüşmək, stəkan, çəngəl-qaşıq, dəsmal, makiyaj vasitələri, ülgüc və s. bu kimi əşyaların ortaq istifadə edilməsi yolu ilə də yoluxa bilər. Əgər bədəninizdə uçuq varsa, əlinizi vurduqdan sonra sabunlayın.
Herpes çox zaman ağır diabet, əməliyyat keçirmək, spirtli içkilərin davamlı istifadəsi, həddən artıq A vitamini qəbul etmək, infeksiyalar, gündə qalma, hamiləlik, hormonal dəyişikliklər, fərqli insanlarla cinsi əlaqə, stress, yuxusuzluq, virusun təsir etdiyi bölgələrin yaralanması, bədən müqavimətini azaldan qızdırmalı xəstəliklər, qeyri-kafi qidalanma, yorğunluq, yüksək hərarət, bütün bunlarla yanaşı SPİD, ekzema, ciddi yanıqlar, kimyaterapiya və ya orqan nəqli zamanı üzə çıxa bilər.
Uçuğu olan insanla hər hansı bir münasibətdən sonra herpes yoluxa bilər, amma əlamətləri tezliklə özünü göstərməz. Genital herpes virusları bu virusların daşıyıcısı ilə öpüşmə və ya cinsi əlaqə (oral seks) zamanı yoluxur. Buna görə də tez-tez partnyor dəyişdirənlər və qorunmasız cinsi əlaqəyə girənlər daha tez herpesə yoluxur.
Həkim deyir ki, nadir halda olsa da, herpes erkən doğuşa səbəb ola bilər.
Herpesdən necə qorunaq?
Uçuğu olan şəxslərlə öpüşməkdən çəkinin. Fərdi əşyalardan - dəsmal, makiyaj vasitələri, ülgücdən ortaq istifadə etməyin. Əllərinizi tez-tez yuyun. İsti havalarda günəş kremindən istifadə edin. Stressdən uzaq qalmağa çalışın. Əllərinizi yumadan, gözlərinizə və ya genital bölgələrə toxunmayın. Genital bölgədə uçuq varsa, cinsi əlaqədə olmaqdan çəkinin. Uçuqlara toxunmayın. Uçuq olmasa belə, cinsi əlaqə zamanı prezervativdən istifadə edin.
Mütəxəssislərin fikrincə, uçuğun konkret bir müalicəsi yoxdur. Virus bədənə girdikdən sonra ömür boyu qalır. Ancaq zamanla uçuq çıxması azalır.
Əgər bədəninizə, ağzınıza uçuq çıxıbsa, əlamətləri hiss edən kimi həmin bölgəyə uçuq kremi çəkin. Unutmayın ki, uçuğa qarşı nə qədər tez müalicəyə başlanılsa, o qədər tez sağalar. Uçuğa isti və soyuq kompres qoya bilərsiniz.
Əgər genetal uçuğunuz varsa, dar geyimlərdən uzaq olmalı və pambıq geyimlər geyinməlisiniz.
Uçuq çıxmamışdan 24 saat əvvəl özünü hiss etdirir. Bunu həmin bölgənin qabarması, qaşınması, yanma, sızıltı ilə hiss edə bilərsiniz.
Bu qabarcıqlar danışarkən, gülərkən, yeyib-içərkən ağrıdır, zamanla quruyub, çatlayır və açılaraq çirkin bir formaya düşür.
Əgər sizdə nə vaxtsa uçuq olubsa, bilin ki, bədəninizdə herpes virusu var. Ona görə də çalışın, körpə uşaqları öpməyin. Öz qabınızda, stəkanınızda uşaqlara heç nə verməyin.
Uçuq nə zaman təhlükəli ola bilər?
Uçuq tez-tez çıxırsa və sağalması 10 gündən çox davam edirsə, təhlükəli hesab edilir. Buna görə xüsusi müalicə lazımdır.
Uçuq dodaq, ağız və burundan başqa bədənin digər yerlərində, xüsusilə də gözlərinizdə, barmaqlarınızda, ya da cinsi orqanınızda çıxıbsa, yara ilə yanaşı baş ağrısı, qızdırma və əzələ ağrısı kimi şikayətləriniz varsa, uçuqda sarı rəngli irin görünürsə və 6 yaşından kiçik uşaqda çıxırsa, mütləq həkimə müraciət edin. Əks halda, digər və daha ağır fəsadlarla qarşılaşa bilərsiniz.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM