Bu gün Ukrayna kütləvi informasiya vasitələrində keçmiş dövlət başçısının hətta arvadına xəyanət etdiyi haqda ilginc bir məlumat yayılıb.
Jurnalist Sergey Leşenko bu gün özünün Facebook səhifəsində yazıb ki, Viktor Yanukoviçin vətəndaş nikahında olduğu arvadı var: “Hər şeyi öz adı ilə çağırmağın vaxtı çatıb. Budur, qarşınızdakı Ukraynanın keçmiş liderinin vətəndaş nikahında olduğu həyat yoldaşı Lyubov Polejaydır. O, aşbaz Nadejda Marintsevoyanın doğma bacısıdır”.
Onun yazdığınsa görə, Yanukoviçlə Polejay uzun illərdir bir yerdədirlər.
Yanukoviçin sarışın jurnalist sevgilisi
Modern.az saytı Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin həyatının qaranlıq tərəfləri barədə yazını təqdim edir.
Yanukoviçin prezidentliyi müddətində ayrı-ayrı xanımlarla sevgi romanı yaşadığı heç də yeni xəbər deyil.
Ukrayna və Belarus prezidentləri Viktor Yanukoviçlə Aleksandr Lukaşenkonun şəxsi həyatları gün keçdikcə iki damcı su kimi bir-birinə bənzəməyə başlayır. Fərq yalnız ondadır ki, birincinin idarəçiliyi uzun illərdir davam edir, ikinci isə hakimiyyətdə Konstitusiyada təsbit olunduğu kimi heç beş ildə qalmaya bilər. Bu iki lider təkcə öz xalqlarına, demokratik dəyərlərə yanaşmaları ilə deyil, həm də sevgili məsələsində bir-birinə bənzəyirlər. Minskdəki qardaşından nümunə götürən Yanukoviç qanuni arvadını paytaxtdan və insanlardan uzaqda saxlayır, onun yanına avtomatçılar qoyub, özü isə vaxtını Dnepropetrovskdan olan 22 yaşlı sarışın gözəl Alyona Berezovskaya ilə xoş keçirir. Onu Ukraynanın qeyri-rəsmi yeni birinci ledisi kimi bəyənənlər olsa da, həddindən artıq sarışın olmasına irad tutanlar da tapılır. Alyonanı hətta Ukrayna jurnalistikasının “ulduzu” kimi təqdim edənlər də az deyil. Bəli, Ukraynada bir çoxlarının iddia etdiyinə görə, Alyona Berezovskaya prezident Yanukoviçin sevgilisidir.
Alyona və qırmızı şərab
Müasir “Jurnalistika ulduzu”, onu icmalçı kimi təqdim edənlər də var, Kiyevdə çoxdan yaşamır, paytaxta Dnepropetrovskdan gəlib, orada universitet qurtarıb. Amma faktiki olaraq dərhal Mixail Brodskinin Vvnews saytına icmalçı kimi işə götürülüb. Alyona bütün günü tvitterdə utanmadan öz məşğulluğu haqda yazır: “Bu gün meydanda dolaşırdım. İstirahətdən gözəl şey ola bilməz. Özü də iş vaxtı...”, yaxud “Çox gözəl axşamdır. Opera adamı başdan çıxarır. İndi restoranda şam yeməyi yeyirəm, qırmızı şərab içirəm. Bir qədər siyasəti unutmaq olar!!!”
Alyonuşka həmişə siyasətdən yazırdı. Daha dəqiqi, bir siyasətçidən – prezident Viktor Yanukoviçdən, onun fəaliyyətini işıqlandırırdı, sədaqətli, ğəyərli, ləyaqətli insan kimi tərifəlayiq olduğunu hamıya təlqin etməyə çalışırdı. Alyonanın cəmisi 22 yaşı var. Sanki adam sovet məktəbinin yuxarı sinfində siyasi informasiya təbliğatı aparır.
Alyona Berezovskaya ona görə ən çox müzakirə olunan personaya çevrilib ki, məhz o, Yanukoviçi arvadı yox, bir müddət prezidentin yanında onu xarici və ölkədaxikli səfərlərdə müşayiət edib. Yaşlı prezidentlə bu cavan qızın yaxın münasibətləri haqda şayiələri Alyona yüksək səslə təkzib etməyə çalışsa da, əks effekt verir. Viktor Yanukoviç özü isə situasiyanı şərh etməyib.
Mən segilisi yox, Yanukoviçin dostuyam
“Obozrevatel” (“İcmalçı”) internet saytının əməkdaşı Alyona Berezovskaya müsahibələrindən birində Viktor Yanukoviçlə münasibətindən danışıb. O, müsahibəsində deyib ki, jurnalist dövlət başçısını özünün “dostu” adlandırır: “Siz bilirsiniz, o ağıllı adamdır. Suallara doğru cavab verir, hər şeyi düz danışır... Çox yaxşıdır, çox mehribandır, çox həssas və xeyirxahdır”.
KİV-də onun Yanukoviçlə sevgi münasibətlərinin olduğu haqda yayılan məlumatları da cidd-cəhdlə təkzib edir və iddiaların hamısını gurultulu fantaziya adlandırır”.
Onun fikrincə, Ukrayna jurnalistlərinin çoxu sifarişlə yazırlar, məsələn, “Ukrainskoy pravda”nın müəllifi və Tbi telekanalının aparıcısı Mustafa Nayem. “Mənə elə gəlir ki, sifariş yerinə yetirənlərin hamısı çox yaxşı və istedadlı jurnalistlərdir. Amma onlar güclü şəkildə Yulkanın (Yuliya Timoşenkonu nəzərdə tutur) təsiri altına düşüblər”, - Berezovskaya deyir.
O, özünün professionallığını belə izah edir: “Başa düşün, mən reportyor deyiləm. Elə adam deyiləm ki, harasa gedim və hansısa hadisəni çəkim. Mənim qəlbimi ağrıdan nəsə varsa, o haqda yazıram”.
Viktor Yanukoviçi Ukraynada və xarici səfərlərdə həmişə müşayiət edən Berezovskaya guya bunu “öz pulu” hesabına gerçəkləşdirirdi. Müsahibəsində isə valideynləri haqda danışmaqdan imtina edib.
Ancaq Berezovskaya jurnalistlərin öz əmək haqları hesabına yaxşı dolanmalarının da mümkün olmadığını etiraf edir: “İndi mən də deyə bilmərəm ki, jurnalistikadan qazandığım pul hesabına öz həyatımı qururam”.
Kifayət qədər yaxşı yaşaması üçün necə qazandığını açıqlamaq əvəzinə, Yanukoviçin dostu sonuncu dəfə dəyərli alış-verişindən danışır: “Mən avtomobil salonuna getmişdim, “Mercedes” gördüm, xoşuma gəldi, pulunu ödəyib aldım”.
Ukrayna prezidenti öz həyat yoldaşı Lyudmila Yanukoviçlə artıq çoxdan birgə yaşamır (biri Donetskdə, biri Mejiqoryedə-bu prezidentin Kiyevdəki rezidensiyası idi, amma son hadisələr nəticəsində paytaxtdan uzaqlaşan Yanukoviçin bir də bu rezidensiyaya qayıdacağı güman olunmur) ancaq dövlət başçısının yaşı və həyat tərzi elə deyil ki, onun fizioloji problemləri səbəbindən cinsi münasibət məsələsində də problem yaşadığından danışmaq olar.
Məhz Yanukoviçin həyat yoldaşı ilə ayrılıqda yaşaması fonunda Alyona Berezovskaya qeyri-rəsmi birinci ledi kimi gündəmə gəlib. Təsadüfi deyik ki, Ukraynanın kütləvi informasiya vasitələri də dəfələrlə onu “Ukraynanın qeyri-formal birinci ledisi” və Yanukoviçin sevgilisi adlandırmaqdan belə çəkinməyiblər.
Yeri gəlmişkən, sevgili statusu haqda da ilk dəfə Alyona özü danışıb. O, prezidentlə münasibətləri barədə suala cavabında belə cavab verib: “Mən onun arvadı ilə kilsəyə birlikdə gedirik... Biz kilsədə Lyudmila Nikolayevna ilə yanaşı dayanırıq, bundan başqa nə sualınız var?” Hətta Polşanın “Rzeczpospolita” nəşri “Sarışın gözəl Yanukoviçin imicinə çox zərər verəcəmi?” sərlövhəli böyük material çap edib. Bundan sonra Qərb mətbuatında daha tez-tez Berezovskayanın kim olması məsələsi qaldırılıb. Alyonanın ikinci soyadı Boykodur. İddialara görə, çoxunun gözü qarşısında nikahdan kənar qızına “energetika naziri” Yuri Boyko bu soyadı verib. Ola bilər ki, məhz bundan sonra 22 yaşlı Berezovskaya həm prezidentə, həm də pula daha yaxın olub. Yanukoviçin şəxsi həyatı nə qədər sirli olsa belə, jurnalistlər gənc sarışın Alyonanın onun qeyri-rəsmi məşuqəsi olub-olmaması ilə bağlı sirləri daima araşdırıblar. Hətta belə iddialar da irəli sürülüb ki, Berezovskaya prezidentlə yalnız dost olduğunu iddia etməklə diqqəti əsas məsələdən yayındırmağa cəhd edib.
Jurnalistlər isə hər şeydən öncə belə bir suala cavab axtarıblar: “Lyudmila Yanukoviç Kiyevdə yaşamırsa, Viktor Fyodorovç qadınsız necə keçinə bilər?” Bu zaman hətta ortaya iki ehtimal da atılıb. Berezovskayanın da prezidentlə yalnız dostluq münasibətinin olduğuna inanalar ortaya belə bir məsələ atıblar: “Həyat yoldaşı, hətta sevgilisi olmayan yaşamağa üstünlük verən Yanukoviç görünür ki, imponentdir. Digərləri isə iddia ediblər ki, dövlət başçısı mavidir. Onların fikrincə, prezidentsənsə, hətta sevgilin varsa, bu faktı elə-belə gizlədə bilməzsən. Çünki ətrafında dostların kimi düşmənlərin də var. Bütün bu qeyri-müəyyənliyin davam etdiyi vaxt ən uğurlu “Strelki” Berezovskayanı nişan verərək suallara cavab veriblər: “Bəli, prezidentin sevgilisi var”.
Jurnalist Alyona Berezovskaya 2010-cu ildə verdiyi ikinci müsahibəsində “özünün dostu” adlandırdığı prezident Viktor Yanukoviçlə aralarında sevgi romanının yaşandığı ilə bağlı iddiaları siyasi texnoloqların oyunu hesab edib.
“Necə pul qazanıram, necə yaşayıram, heç kəsə dəxli yoxdur”
Yanukoviçin özünə münasibətinə gəldikdə, Alyona Berezovskaya bunları deyib: “Bu insanın arxasında 46 milyon adam dayanır. Ona inanmaq lazımdır, ilk növbədə ona kömək etmək lazımdır”. Alyona müsahibəsində gəlirlərinin mənbəyi haqda danışmaqdan isə imtina edib, şikarnı “Mercedes”i almaq üçün pulu necə qazandığını da deməyib:“Pulu necə qazanıram, yaxud hansı pullar hesabına istirahət edirəm, yaşayıram, bunun heç kəsə dəxli yoxdur”.
Yelena necə deputat olub?
Yelena Lukaşın karyerasının sürətlə yüksəlməsi cəmiyyət üçün həmişə tapmaca olaraq qalıb. Moldova əsilli qız Donetskin şimalında böyüyüb və 2000-ci ildə özəl Turizm Akademiyasını bitirib. Həmin ildən 2005-ci ilə qədər ikinci dərəcəli müxtəlif firmalarda hüquqşünas kimi çalışıb, 2006-cı ildə isə birdən Ukrayna Nazirlər Kabinetində birinci nazir müavini olub. 2004-2005-ci ilərdə Ukrayna prezidenti seçkilərinin etibarsız sayılan nəticələrinin tanınması işi üzrə Viktor Yanukoviçin Ali Məhkəmədə maraqlarını müdafiə edib. Ədliyyə Nazirliyinin müxtəlif səviyyəli rəhbərləri qeyri-rəsmi olaraq qeyd edirlər ki, məhz həmin illərdə müəmmalı cütlük arasında “dostluq” münasibətləri yaranıb. Fikir verin, 2006-cı ildən dərhal sonra 29 yaşlı Yelena Lukaş Regionlar Partiyasının siyahısında 26 nömrə ilə Ukraynanın xalq deputatı olur, halbuki hər yer uğrunda güclü oliqarxlar arsında ciddi mübarizə gedirdi. 2007-ci ildə həmin sxem üzrə xanım Lukaş 7-ci çağırışda Regionlar Partiyasının siyahısında 27-ci olaraq yenə xalq deputatı seçilir. Halbuki Regionlar Partiyasının tanınmışları və elitası sayılan məsələn, Kivalov siyahıda 28-ci, Piskun 31-ci, Tabaçnik 34-cü, Levoçkin 46-cı, Qerman 48-ci, Boyko 49-cu, Klyuev 62-ci, Lavrinoviç 67-ci, Yanukoviç V.V. 90-cı, Mxitaryan 95-ci, Xmelnitski 100-cü, İvanşenko 111-ci, Çeçetov 135-ci, Pşonka 149-cu idilər. Ancaq Donetskin şimalından olan bu qız heç bir xüsusi xidməti, təcrübəsi olmasa da 27-ci olur.
Maraqlıdır, Viktor Fyodoroviç 2010-cu ildə prezident olan kimi 33 yaşlı Yelena Ukrayna Prezident Administrasiyası rəhbərinin birinci müavini olur. Görürsünüzmü, yenə arzularından çox yuxarı pilləyə çıxarılıb? 2012-ci ildə Lukaş Nazirlər Kabinetində nazir, 2013-cü ildə isə ədliyyə naziri işləyir. Yeri gəlmişkən, bacısı Tatyana Lukaş 2007-ci ildə, 28 yaşında Mərkəzi Seçki Komissiyasının katibi olub. Baxın, necə qabiliyyətli ailədir? Bu ailədə yalnız istedadlar yetişir.
Yelena Lukaşın bəyanatı çox maraqlı görünür, bu günlərdə Kiyevdəki qarşıdurmalar zamanı, o deyib ki, əgər etiraz edənlərin Ədliyyə Nazirliyinə məxsus binalardan birinə hücumundan sonra bəyan edib ki, fövqəladə vəziyyət elan olunsun.Halbuki xanım nazir həmin binada oturmur. Bu sizə lətifə dramına görünmürmü, koqda “blatnaya” qız obidçikom deyir: “Siz ümumiyyətlə bilirsiziniz, mənim oğlanım kimdir?” Hər şey bəlli deyilmi? Yelena Lukaşın 2006-cı ildə hətta hakim Regionlar Partiyasının üzvü olmadan Umraynanın ən tanınmış oliqarxlarını geridə qoyaraq Ali Radaya deputat seçilməsinin onunla prezident Viktor Yanukoviç arasında yaşanan sevgi romanının müstəsna rol oynadığını çoxdandır heç kəs təkzib etməyə belə cəhd göstərməyib...
Yanukoviç hakimyyətə olan sevgisi naminə yüzdən çox etirazçını Kiyevdə qırdırdı. Bu əzazilliyinin ona prezident kürsüsünü itirmək bahasına başa gələcəyinə şübhə edən az olar. Bu həm də o demək olacaq ki, Viktor Yanukoviç kürsü hesabına qazandığı sevgililərini də itirəcək. Çünki sevgili adamın pulu, vəzifəsi daha çox olanda ona yaxın düşür. Bundan sonra Yanukoviç Donetskdə qoyub gəldiyi əsl sevgilisinin, iki doğma oğlunun anasının yanına qayıdacqmı?
Onun sevgililəri bir yana, özünu ukraynalıların nə qədəri bir insan kimi sevəcək?
Alyona Berezovskaya - sarışın gözəl...
Yanukoviçin 2-ci sevgilisi Yelena Lukaş..
Eks-prezidentin 3-cü məşuqəsi Lyubov Pojelay...
Eks-prezident öz qanuni arvadı ilə..
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM