Strategiya.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yaşma qəsəbəsində Şamaxı rayon sakini Azər Cəmiyevin idarə etdiyi “Fiat” və Bakı şəhər sakini Elməddin Həşimovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə A.Cəmiyevin sərnişini, Bakı şəhər sakini Həvayət Məmmədova hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarsi tərəfindən araşdırma aparılır.