Azərbaycanda iki qardaş spirtli içki və psixotrop maddələrin təsirindən zəhərlənib.
Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, Bakı şəhəri Nəsimi rayonunun Mərdanov qardaşları küçəsindən Xırdalan şəhər sakinləri, əvvəllər məhkum olunan Tahir Məmmədov və qardaşı Məmməd spirtli içki və psixotrop maddələrin təsirindən zəhərlənmə ilə xəstəxanaya gətirilib.
Tahir Məmmədov xəstəxanada ölüb, Məmməd Məmmədova ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.