Konqresin mətbuat katibliyindənAPA-ya daxil olan məlumata görə, Azərbaycanın Konqresdəki nümayəndə heyəti qurumun budəfəki sessiyasında iştirak etməkdən imtina edib. Buna səbəb isə bu il sentyabrın 18-də Konqresin Monitorinq Komitəsinin Polşanın Varşava şəhərində keçirilmiş toplantısında Azərbaycanla bağlı bəyanat qəbul edilməsi olub.
Azərbaycan nümayəndə heyəti bu bəyanatı qərəzli hesab edərək, Konqresin budəfəki sessiyasının işinə qatılmaqdan imtina edib.