ALLAH, biz hara gedirik və ya 10 000 voltluq elektrikli sevginin axırı

21:58 / 21.10.2015

Bu gün məlum MTN olayları ilə yanaşı, gecəyarı yayılan bir xəbər - iki sevgilinin yüksək gərginlikli transformatorun içində elektrik vurması hadisəsi ölkə mediasının əsas manşetinə çevrildi.

Belə ki, ötən gün axşamtərəfi Ağadadaş Qurbanov küçəsində 20 yaşlı Fəqan Fərzəliyev və onun sevgilisi təxminən 18 yaşlarında A.A 6 min voltluq transformatorun qapısını açaraq içinə daxil olublar. Bu zaman ehtiyatsızlıq edən Fəqan Fərzəliyev yüksək gərginlikli naqillərə toxunub.

Nəticədə elektrik cərəyanı onları bir neçə metr kənara tullayıb. Hər iki şəxs ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıblar. Hadisə nəticəsində çoxsaylı yanıq xəsarətləri alan Fəqan Fərzəliyev qolunun birini itirib.

Strategiya.az xəbər verir ki, hafta.az-ın əməkdaşı bu gün səhər saatlarında yaralılara baş çəkmək üçün 1 saylı şəhər xəstəxanasına yollanıb.

Biz hadisə yerinə çatanda dördüncü korpusun birinci mərtəbəsində ahu-fəğan hökm sürürdü. Ağlayıb-sızlayanlar Fəqanın doğmaları, bibisi, əmisi yoldaşı və onların qızları idi. Bir sözlə, Fəqanın kişi cinsindən olan yaxınlarına rast gəlmədik. Bibisi Sədaqət Fərzəliyeva bildirdi ki, Fəqanın vəziyyəti o qədər də yaxşı deyil:

"Hələ də reanimasiyadadır. Elektrikin voltu və təzyiqi nə qədər güclü olubsa, elə həmin dəqiqə qolunu tullayıb. Hadisə dünən saat dörddən sonra, axşama yaxın olub. Fəqan evdən çıxanda saat dörd olub. Dostları ilə görüşəcəyini deyib evdə. Dünən gecədən burdayıq, yatmamışıq. Həkimlərsə bizi yuxarı, Fəqanın yanına buraxmırlar.  Bircə nənəsinə icazə veriblər ki, içəri keçsin. Elə indi də şüşə arxasından Fəqana yalnız nənəsi baxa bilir".

Sədaqət Fərzəliyeva, həmçinin vurğulayıb ki, hazırda 20 yaşlı Fəqanın ailəsinə də qara sükut çöküb:

"Hazırda anasının vəziyyəti də pisdir. Dünəndən təcili yardım maşınları gəlib-gedir. Özündə deyil, huşu gedir-ayılır. Anası hələ Fəqanın qolunun kəsildiyini bilmir. Pişim-pişim edib saxlamışıq. Gəlib bu vəziyyəti görsə, ürəyi götürməz. O saat ölər, Allah qorusun. Fəqanın atası yoxdur, anası var. Çox kasıb ailədir. Aramızda pul toplayırıq ki, qonum-qonşu, qohum-əqrəba Fəqanın müalicəsini axıra kimi aparsınlar".

Göz önünə saçılan mənzərəsə ürək ağrıdırdı. Fəqanın doğmaları, yaşından asılı olmayaraq, bu xanımların yanaqları göz yaşından parıldayırdı. Hər kəsin gözü pilləkəndə idi. Ya həkimi, ya da nənəni gözləyirdilər. Amma necə deyərlər, hər addım səsi döngədə onları aldadır, gələn başqası çıxır.

Sədaqət xanımla söhbət əsnasında məlum oldu ki, Fəqanla eyni transformatorun içərisinə girmiş qız elə Fəqanın sevgilisi imiş:

"A.A (ad şərtidir-T.T) onun sevgilisi imiş. Biz tanımırdıq. Eyni məktəbdə oxuyublar. Tez-tez görüşürlərmiş. Dostlarından eşitdik ki, orta məktəbdən bir-birilərini seviblər. Qızın ciyəri yanmasın, onun vəziyyəti yaxşıdır. Bizə dedilər ki, başqa xəstəxanaya aparıblar onu. Amma Fəqan... qolu kəsilib, içi dağılıb. Bircə onu bilirik ki, səhərə yaxın gözlərini açıb. Həkimlər də deyirlər ki, vəziyyəti ağır olaraq qalır. Yuxarıdakı tibb bacılarından eşitdiyimizə görə, içi dağılıb Fəqanımın. Zarafat deyil, o boyda gərginlikli elektrik naqili vurub atıb".

Hələ səhər saatlarında hafta.az-a açıqlamasında 1 saylı şəhər xəstəxanasının və Fəqan Fərzəliyevin həkimi Fərahim Əhmədov demişdi ki, Fəqan Fərzəliyev və onun yanındakı qız hazırda reanimasiyadadır. Baş həkimin sözlərinə görə, yaralılardan biri kişi, digəri isə qadın şöbəsində müalicə alırlar:

"Fəqanın vəziyyəti orta ağırdır, reanimasiyadadır. Huşu anlaqlı vəziyyətdədir. Qolu qopub, müalicəsi davam etdirilir. Borular vasitəsilə yeməyi verilib. Vəziyyəti ağırdır. Xəstəxanamıza onunla birgə daxil olan xanımın da vəziyyəti ağırdır. O, qadın şöbəsinə yerləşdirilib".

Elə bu zaman Fəqanın yaxınları onun yanından düşən tibb bacısının qabağını kəsib xəstənin vəziyyəti ilə maraqlandılar:

"Vəziyyəti normaldır, orta ağır kimi qiymətləndirilir. Huşu anlaqlı vəziyyətdədir. Yeməyi də hələlik qoşqu aparatı vasitəsi ilə verilir. Bir sonrakı durumu haqqında, hələ ki, bir söz söyləmək çətindir".

Fəqan Fərzəliyevin adının açıqlanmasını istəməyən digər yaxını isə deyib ki, hadisə olan kimi dostları təcili yardım maşını çağırıblar, onu xəstəxanaya çatdıra biliblər:

"Onlar olmasaydı, bəlkə də hər ikisi ölərmiş. Sağ olsun "Kubinka" uşaqları, eşidən, bilən hamısı vəziyyətini soruşurlar. Dünən axşamdan bu gün səhər saatlarına kimi burada olublar. Fəqangil də cavandı da, yəqin dalda yer gəziblər ki, heç kim görüşüb söhbətləşdiklərini görməsin. Yəqin ona görə bu gizlinliyə çəkiliblər. Nə bilsinlər ki, belə olacaq".

Fəqan Fərzəliyevin yaxınlarının dediyinə görə, Fəqanın anası həm də uzun müddətdir ki, yataq xəstəsidir. Onun qan xəstəliyindən əziyyət çəkdiyi və müalicə olunduğunu dedilər. Həmçinin qeyd olundu ki, Fəqanın anasının xəstəxanaya gəlməməsinin bir səbəbi də məhz onun xəstəliyi ilə bağlıdır.

Hadisədən bir müddət sonra A.A-nın, yəni Fəqanın sevgilisinin yaxınları gəldilər. İki-üç xanımın başqa bir küncdə dayandığını görüb, onların yanına getdilər. Sonradan məlum oldu ki, həmin adamlar da A.A (ad şərtidir-T.T) yaxınlarıdır. İki tərəf arasında qısamüddətli söz savaşı yaşandı. Daha sonra dəqiqləşdirəndə bildik ki, xəsarət alan Fəqanın sevgilisinin qohumlarının heç qızın bu korpusdan başqa korpusa göndərilməsindən də xəbərləri yox imiş.

Adını öyrənə bilmədiyimiz "qız tərəfi"nin oğlanları Fəqanın xanım doğmalarının üstünə kükrəməyə çalışsa da, sonradan ayrıldılar. Hətta bizi də Fəqanın doğmalarından bilib "söhbətə çəkməyə" çalışdılar. Sadəcə, onların bizə ünvanladığı bir sual oldu: "A.A-nı evdən çıxaran sənmi olmusan?" Biz, öz növbəmizdə, kim olduğumuzu desək də, inanmadılar. Hadisədən birtəhər sovuşub, Fəqana Allahdan şəfalar diləyib, ailəsi ilə sağollaşdıq.

Bu arada qeyd edək ki, faktla bağlı cinayət işi açılıb.

Sonda bir haşiyə və ya 10 000 voltluq elektrikli sevginin axırı.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM