Dünyada müharibələrə və qanlı savaşlara qatılmayan millət yoxdur.Mövcudluğun şərti və həyatda qalmağın yeganə yolu bundan ibarətdir.Dünayada formasiyalar dəyişdikcə və yeni ərazilərin ələ keçirilməsi siyasəti qabardıqca,iqtisadi mənafelər uğrunda çarpışma dərinləşdikcə böyük itkilərlə müşaiyət olunan silahlı toqquşmalar da qaçılmaz olub.
Hələ 20- ci əsrin beynəlxalq hüquq sisteminin fəaliyyyət göstərdiyi son 65 ildə ən azı 30 iri konflikt mərkəzi meydana çıxıbsa,təsəvvür edin ki,ondan əvvəlki tarixin üz-üzə duran xalqları hansı məşəqqətlərdənkeçiblər.Təkcə Osmanlı imperiyasının çöküşü və birinci cahan savaşı imperiyalrın süqutuna səbəb olmaqla yanaşı,genişmiqyaslı və illərlə davam edən,həyatdan milyonları alıb aparan bir nəticəyə tamalanıb.
Elə isə Sovetlər adlı totalitar bir quruluşun yerində təvəllüd tapan yeni beynəlxalq subyektlərin faciəsi dünyəvi kontekstdə çox da böyük görünməmlədir.Söhbət təkcə ölən və yaralanan insan sayının tutumuna görə müharibələri qiymətləndirməkdən getmir.Eləcə də bəşəri miqyasda artıq son illər o qədər vəhşət,insan qanının ucuzlaşması baş verib ki,əsil həqiqətdə hansı meyarlarla humanitar fəlakətləri,maddi ziyanları və adamların kütləvi məhvini ölçməyin açılmaz sualları qarşısında qalmışıq.
Bir anlıq unudaq ki,müstəqillik mübarizəmiz qansız keçib.Orta Asiyanın istənilən dövlətinin yerində ola bilərdik,lakin bu zaman hazırda Suriya,İrak,Əfqanıstan,misir və digər qaynar nöqtələrdə yerlə-yeksan dilən maddi varlığın və canlı aləmin də dəyəri bizlər üçün çox nominal məna daşıyacaqdı.
Xocalı faciədir.Lakin biz onunla ermənilərdən fərqli olaraq fəxr etmirik.Soyqırım üzərində dövlət qurulmaz.İnsanların normal həyat fəlsəfəsi sizcə necə olmaldır?Qurmağa,yaratmağa və ətrafa svinc bəxş etməyə köklənməyən adamlar,eləcə də bu xüsusiyyəti cəmləşdirməyən toplumlar hər cür ittihamlara layiqdir.Elə isə bu gün ekran qarşısındadayana bilməyən,1992-ci ilin acı mənzərələrinə taxılıb da ağır və amansız ölümlərin ruhuna köklənməyən Azərbaycan övladlarına haqq verməli,onların xoş duyğularla,əbədi sülh dünyası ilə yaşamasına qarşı çıxmalı deyilik.Axı normalda hər bir canlının sabaha yönələn ümid və arzuları yalnız qanlı tarixinin dərsləri,mühaikiməsi üzərində qurula bilməz.Köksünə qılın sancılmış körpədən,syuqdan yumaöa dönmüş qocadan,ayağının və gözünü itirmiş gəlindən bəhs edən divar rəsmləri,fot və bədii nümunələrlə necə daim həyat sürmək olar?
Biz bir dərdə 26 fevralda məruz qalmışıq,ikincisi isə onu ermənilər kimi yaşamaq,daim yasa,matəmə batşağımızdır.Onlar öz əbədi xəstəliklərini bu yolla bir virus kimi sanki içərimizə atıblar.Soyqırımlarla öyünmək onların böyük dövlət və millət fəlsəfəsi ola bilər.Lakin Azərbaycan insanı dərdləri akkumulyasiya edib içərisinə zorla toplayanda öz təbii inkişaf qanunauyğunluqlarından çıxır,elə bil başqa bir xalqın ömrünü-gününü yaşayır.
Xocalı bizi əymək,ağlatmaq və kiçiltmək üçün deyil.Bilməliyik,Kambocadan,Cənubi Afrikaya,Əlcazairdən Peruya qədər çoxlu xalqların belə sarsıntısı olub.Ona görə tarixə münasibətimiz dəyişməyincə qalxınmaq,yürümək və güclü olmaq imkanı tapa bilməyəcəyik.
Konrad Adenauer ikinci dünya müharibəsini uduzmuş böyük bir xalqın rəhbəri seçiləndə onu dağılmış və viranəyə çevrilmiş ölkə,hitlerizmin bəlaları və faşizmin mirası deyil,alman xalqının inamını özünə qaytarma vəzifəsi qarşısında idi.O bu mürəkkəb və qeyri-adi şəraiti dəyişməyi bacaraq tarixə adını yaza bildi.Kiçik qələbələr almanların məğlub komleksini və uduzmaq sindromunu dağıtmaqda ona kömək etdi.
Azərbaycana qələbələr lazımdır.
Millət faciələrdə deyil.uğurda birləşməli,bayramları və böyük təntənə yaradan coşqulu qalibiyyətləri dərsliyinə,ədəbiyyatına,real yaşam məfkurəsinə oturuşdurmağı bacarmaldır.Şindler yəhudiləri xilas edərkən yalnız o haqda düşünürdü ki,əgər başqaları sənə üstün gəlirsə,deməli,onun yolunu öyrənəmək lazımdır.Oskarın misilsiz qəhrəmanlığı bu formulu tapmağında idi.
Vətən bir tələbənin nailiyyəti,bir bənnanın əl işi,bir rənsazın natrümortu ilə qurulur.Nə vaxt hamılıqla dərk etsək ki,hər birimizin uğuruna çalışaq və sevinək,onda biz dünya səhnəsində obrazla deyilən nümunəvi bir millətə çevriləcəyik.
Biz ağlamağı deyil,qələbə doğuran göz yaşlarını üstün tuturuq.Mənzilimiz oradır.Qarabağı “torpaq,uğrunda ölən varsa,Vətəndir”, formulu ilə deyil,”vuruşub,qəhrəman olub,qalan varsa,Vətəndir” idealı ilə yaşayanlarla bir cərgədəyik.
Yolumuz açıq olsun!
Milli Məclisin deputatı,
Zahid Oruc
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM