Bezdirici SMS-lərə necə “dur” deyək?

12:00 / 22.10.2015

"Müxtəlif balıqlardan hazırlanmış ləziz yeməklərimizin dadına baxmaq üçün sizi Halikarnas Balıkcısı restoranına dəvət edirik", "Optimaldan məişət texnikasını nağd al, yaşının yarısı qədər endirim faizi qazan"; "M.A.C. brendindən limitli sayda Haute Dags kolleksiyası artıq satışda! Sizi mağazalarımızda gözləyirik"; "Artıq bir nəfər 2000 manatın sahibidir, sən də 2 yaz göndər və növbəti həftə 2 min manat qazan" və sairə kimi SMS-lər, yəqin ki, hər kəsə tanışdır. Bu tipli reklam SMS-lər gecə-gündüz demədən telefonlarımıza gəlir.

Hətta bir çox hallarda yetkinlik yaşına çatmayanların mənəviyyatına ziyan vura biləcək məzmunlu SMS-lər də göndərilir. Bir ailədə bir neçə nəfərin mobil telefonu olduğunu, eyni zamanda bir nəfərin bir neçə operatorun xidmətindən istifadə etdiyini nəzərə alsaq, o zaman operatorların insanları aldatmaqla gün ərzində nə qədər pul qazandığını təsəvvür etmək çətin deyil. Abunəçilər ardı-arası kəsilməyən bu SMS-lərdən canını necə qurtaracağının yollarını axtarır. Məntiqlə, mobil telefon fərdi xarakter daşıyırsa, özəldirsə, kiminsə parfüm mağazasından və ya ayaqqabı dükanından məlumat ona niyə daxil olmalıdır?

Söhbət məhz məlumatların icazəli-icazəsiz olmasından gedir. Bu problem haqda geniş müzakirələr getsə də, hələlik müsbət dəyişiklik yoxdur. Əksinə, gün keçdikcə belə SMS-lərin sayı artır.

Azərbaycanda yaşanan problemlər dünyanın bir sıra ölkələrində də mövcuddur. Amma bizdən fərqli olaraq digər ölkələr bu problemin həlli üçün hüquqi müstəvidə praktik tədbirlər görməyə başlayıblar. Məsələn, Rusiyada mobil telefon abunəçisinə razılaşdırılmamış reklam SMS-i göndərmək mümkün deyil. Bundan ötrü operator abunəçi ilə ayrıca müqavilə bağlamalıdır. Abunəçinin razılığı olmadan onun nömrəsinə reklam tipli SMS-lər göndərərsə, Antiinhisar Xidməti operatorla bağlı ölçü götürəcək.

Xatırladaq ki, ötən il Türkiyədə də bu cür bezdirici sms-lərin qarşısının alınması istiqamətində ciddi tədbirlər görüldü. Belə ki, Türkiyədə qüvvəyə minən "Elektron ticarətinin tənzimlənməsi haqqında" Qanuna görə icazəsiz reklam mesajı, elektron poçt göndərən firmalar cəzalandırılacaq. Şəxsi məlumatları, rabitə xidmətlərinin məxfiliyini və e-ticarət əməliyyatlarında istehlakçı hüququnu qorumağı hədəfləyən qanuna görə, mesajlar üçün mütləq istehlakçının razılığı lazımdır. Əgər qaydalara əməl edilməsə, hər bir mesaja görə 1000 lirədən 5 min lirəyə qədər cərimə cəzası tətbiq olunacaq. Mesajlar davam edərsə, cəza tədbirləri daha da sərtləşdiriləcək. Yeni qanuna görə, istehlakçılar istədikləri zaman bu mesajları almağa son verə biləcəklər. Belə ki, "Mesaj almaq istəmirəm" yazaraq SMS göndərəcəklər.

Yenə qanun layihəsinə görə, e-ticarət əməliyyatları zamanı ödəmə aparılmasından əvvəl məhsulla və qiymətlə bağlı bütün məlumatlar alıcıya açıq şəkildə bildirilməlidir.

Bəs bizdə niyə bu cəza tədbirləri həyata keçirilmir? Ümumiyyətlə, SMS-lər göndərən şirkətlər abunəçinin razılığını alırlarmı və ya onları necə dayandırmaq olar?

Suallarımıza cavab tapmaq üçün hər gün bezdirici SMS-lər göndərən bir neçə mağaza və restoranla əlaqə saxladıq. İlk olaraq, demək olar ki, hər gün endirim kampaniyaları haqda müxtəlif SMS-lər göndərən, məişət texnikası avadanlıqları satışı ilə məşğul olan "Optimal" mağazası ilə əlaqə saxladıq. Mağazadan bildirdilər ki, alış-veriş edən hər kəsin nömrəsi qeydiyyata alınır və mağazadakı endirimlər, yeniliklər haqda məlumat xarakterli SMS-lər göndərilir. Avadanlıq alarkən alıcıya ona hər gün SMS göndəriləcəyi haqda xəbərdarlıq edilib-edilməyəcəyi məsələsinə gəlincə isə mağazadan nömrəni qeydə alarkən alıcıya yeniliklər haqda xəbər SMS-lər göndərəcəklərini bildirdiklərini dedilər. Bu SMS-lərdən bezənlərin onu necə dayandıracağına gəlincə, abunəçilər, sadəcə olaraq, mağazaya zəng etməklə öz nömrələrinin "qara siyahıya" salınmasına və beləcə, SMS-dən qurtulmağa nail ola bilərlər.
Tez-tez SMS göndərən obyektlərdən biri də "Sultans" restoranıdır. Restoranla əlaqə saxlayıb eyni sualı onun təmsilçisinə verdik. Cavab belə oldu: "SMS göndərdiyimiz şəxslər bizim daimi müştərilərimizdir və onların bizdə siyahısı var. Biz onların razılığı olmadan SMS göndərmirik. Onların özləri deyir ki, nəsə dəyişiklik olanda bizə məlumat verin. Biz SMS-ləri yalnız həftənin 5-6-cı günləri göndəririk. Əgər müştər bu SMS-lərin  telefonuna gəlməsini istəmirsə, bizə zəng etmələri kifayətdir ki, biz həmin müştəriyə SMS göndərməyək".

Buradan belə bir nəticə hasil olur ki, əgər bir abunəçinin telefonuna gün ərzində 6-7 SMS gəlirsə, deməli, o bütün iş-gücünü atıb telefonun başında oturmalı və SMS göndərən mağaza və restorana zəng edərək SMS göndərməyi dayandırmağı tələb etməlidir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu kimi SMS-lərin istehlakçı hüququnu pozduğunu dedi: "Təsadüfi deyil ki, bu ilin mart ayının 14-də bütün mobil operatorların, o cümlədən Rabitə Nazirliyinin məmuru və İqtisadiyyat Nazirliyinin məmurlarının yanında bu cür hallara son qoyulmasının vacibliyini vurğuladım. İstehlakçılar bu SMS-lərdən narahat və narazıdır. Ancaq təəssüflər olsun ki, burada abunəçiləri SMS-lərlə SMS-maniyaya salıb pul alma məsələsi də var. Rabitə Nazirliyi bu işlərə məhdudiyyət qoymalı və İqtisadiyyat Nazirliyi də bunun qarşısını almalıdır. Azərbaycan məhkəmələri hazırda istehlakçıların hüquqlarını qorumaq kimi incə məsələlərə baxmır. Lakin dövlət orqanları cərimə tətbiq edə, qadağalar qoya bilər".

"Yeni Müsavat"


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM