Sumqayıtda yollar uşaqlar üçün nədən təhlükə doğurur?- Vətəndaşdan yerüstü keçid təklifi (VİDEO)

16:40 / 22.10.2015

   Sumqayıt sakininin redaksiyamıza göndərdiyi şikayət ilk baxışdan sadə görünə bilər,amma vətəndaşın qaldırdığı məsələni araşdıranda belə qənaətə gəlmək olur ki, əslində bu problem bütün Sumqayıt üçün aktual sayıla bilər. Sumqayıtın “Bağlar” deyilən ərazisində yaşayan  xanım bildirir ki, o hər gün səhər  7-ci sinifdə oxuyan uşağını  yaşadığı ərazidən bir xeyli aralı -13-mikrorayonda yerləşən məktəbə yola salır.Lakin işdə olduğundan o uşağı vaxtında məktəbdən götürə bilmir,uşağın da avtobusa minib evlərinə müstəqil qayıtması üçün o maşınların intensiv gedib- gəldiyi Babək küçəsini özü keçməlidir ki, bu da təhlükəlidir.Bu səbəbdən valideyn axşam işdən qayıdıb  onu götürənəcən uşaq tanışlarının evində qalır. O qeyd edir ki, bu vəziyyətdə təkcə o deyil. Heç də hamı oxuduğu məktəbin yerləşdiyi ərazidə yaşamır. O həmçinin onun kimi işləyən çoxsaylı valideynlərin adından danışıraq təklif edir ki,maşınların gediş-gəlişinin sıx olduğu küşələrdə yeraltı keçidlər tikilsin. Əslində yerüstü keçidlər nəinki məktəbli və ya bağça uşaqlarının,  həmçinin  böyük insanların da bir çoxunu ölümdən,şikəst olmaqdan qoruya bilər.Bir qədər statistikanın dili ilə danışaq.

 Azərbaycanda hər il yol-nəqliyyat qəzalarında 1000-ə yaxın adam ölür, hər gün orta hesabla üç nəfər. Yol qəzalarında ölənlərin əksəriyyəti 5-29 yaşlı uşaq və gənclərdir. 

 Dünyada noyabrın 21-i Ümumdünya Yol Qəzaları qurbanlarının xatirə günü kimi qeyd olunur.

BMT-nin baş katibi Pan Gi Mun müraciətlərinin birində xatırladıb ki, hər gün qəzalarda 500-dən çox uşaq məktəbə, evə, dostlarının yanına və s. gedərkən və ya qayıdarkən həlak olur,bir çoxları isə şikəst qalır”Azərbaycanda bunun xüsusi statistikası aparılmır,amma ümumi statistika da bu qəzalarda hər gün məktəb və ya bağçaya gedərkən ölən uşaqların sayının az olmamasını göstərir.Və bunda təkcə valideynləri günahlandırmaq da düzgün deyil.Çünki reallıq elədir ki,həmişə uşaqları ötürmək də  mümkün deyil.İstər-istəməz bəzən uşaqlar “Allah amanına” buraxılaraq dərsə,məşğələyə,bazara  və sairə yerlərə tək göndərilməli olur.İşıqforlar və piyada keçidləri də təhlükəsizliyi tam təmin edə bilmir. Bundan başqa sürücülərin  heç də hamısı yol-hərəkət qaydalarına riayət etmir,elə uşaqlar da adətən piyada keçidlərindən, işıqforlardan mükəmməl istifadə edə bilmirlər,tam diqqətli ola bilmirlər. Üstəlik küçələrin heç də hamısında işıqfor olmur.Məsələn Sumqayıtda Babək, Nərimanov, Sülh küçəsi,Koroğlu prospekti,Səməd  Vurğun  kimi iri küçələrin  bir çox hissələrində daha çox  işıqfora ehtiyac olsa da o  yetərincə sayda quraşdırılmayıb.Bu səbəbdən əhalisi artıq qeyri-rəsmi 500 mindən çox olan ölkənin 3-cü şəhəri Sumqayıtda yeraltı keçidlərin tikilməsinə həqiqətən ehtiyac var və bu  təkcə uşaqların yox,bütün sumqayıtlıların təhlükəsizliyi üçün yaxşı addım olardı və vətəndaş əmindir ki,təhlükəsizlik və rahatçılıq baxımından bu sumqayıtlıların əksəriyyətinin ürəyincə olardı. Bakıda  bu gün çoxsaylı  yürüstü  və yeraltı keçidlər var,bir ucdan da tikilir və paytaxt sakinləri  bundan yararlana bilir.Əlbəttə 3 milyondan çox  əhalisi olan,1 milyondan avtomobil şütüyən  şəhərdə bu təbiidir. Ancaq Sumqayıt da böyüdüyündən,(elə təkcə Yaşıldarəni misal çəkmək bəsdir )əhali ,maşınların sayı da  artdığından burada artıq   tıxac,yol qəzaları və sairə böyük şəhərlərə xas olan problemlər yaranıb. Bu problemə diqqəti cəlb etmək üçün BMT-nin  baş katibibin yol hərəkəti təhlükəsizliyinin xüsusi nümayəndəsi  Jan Todt rejissor  Lui Bessona müraciət etdi və o da Cənubi Afrikadan tutmuş Qərbi Avropayacan məktəblilərin necə risqə məruz qalması haqqında videorolik çəkdi. Videorolik dünya ictimaiyyətinə bu problemin əslində nə qədər geniş miqyasda olmasini çatdırmaq və uşaq ölümlərinin sayını azaltmaq üçün konkret addımlar atmağa sövq etməkdir. Film yollarda uşaqların təhlükəsizliyi günü -7 okyabr  münasibətilə çəkilib və BMT-nin #SaveKidsLives kampaniyasının bir hissəsidir.Sonda onu da qeyd edək ki, vətəndaş təkliflə bağlı şəhər icra hakimiyyətinin 164  nömrəli qaynar xəttinə zəng edərək   müraciət də edib. Sumqayıt icra hakimiyyətindən ona bildiriblər ki,bununla bağlı Sumqayıt şəhər Dövlət Yol Polisi İdarəsinə mürciət etsin,bu məsələyə onlar baxır. Sonda ona bildiriblər ki,bu məsələyə ərazidə yaşayan vətəndaşların ümumi müraciəti olsa baxıla bilər. Ancaq müraciətsiz də görünür ki,Sumqayıtda daha təhlükəsiz keçidlərə ehtiyac var və vətəndaş ümid edir ki,müvafiq qurumlar mətbuat vasitəsilə edilən müraciətə-təklifə  müsbət reaksiya verəcəklər.Onu da qeyd edək ki , demək olar ki,Sumqayıtın bütün icra başçıları qanunlara elə də əməl etmədən Sumqayıtda yol kənarlarında , hətta yolların ortsındakı ərazilərdə yaşıllığı qıraraq həmin yerləri bir ucdan satdıqlarından hal-hazırda Sumqayıtda boş yer qalmayıb və küçələrin düz kənarları Şadlıq evləri ilə ,supermarketlərlə,kafelərlə doludur ki, bu da istər –istəməz yolları piyadalar,alıcılar,müştərilər üçün daha da təhlükəli edir. Məsələn , redaksiyamıza məktub yazan digər oxucumuz yazır ki, o tez-tez, bir qədər ucuz olduğundan elə həmin Babək küçəsində yerləşən "Hiper” marketdən alver edir,ancaq hər dəfə maşınların çox intensiv hərəkət etdiyi  həmin yolu alış-veriş üçün iki dəfə keçməli  olur və hər dəfə də küçəni keçəndə stress keçirir.  Əlbəttə yeraltı keçid  küçələrdə insan ölümlərinin qabağını  tam almır, Bakının timsalında onu da görürük ki, keçid olanda belə bir çoxları düşüncəsizlikdən təhlükəsiz keçiddən istifadə etmir və belə keçidlər kifayət qədər vəsait tələb edir,ancaq bütün bunlar bircə uşağın həyatını xilas edirsə demək buna dəyər.Çünki nəinki uşağın, 100 yaşlı bir qocanın da həyatı milyonlardan daha dəyərlidir.

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM