Bu geriləməni dayandırmaq mümkün deyil

09:51 / 24.10.2015

Ermənistan illərdən bəri davam edən və səngimək bilməyən iqtisadi böhranın məngənəsində çırpınır. 

Rəsmi Yerevan irəliləyişdən, inkişafdan, köklü islahatlardan və struktur dəyişiklikləri proqramlarından bəhs edir, regional layihələrə qatılmağa başladığını vurğulayır, Rusiya, İran və Gürcüstanla xarici ticarət dövriyyəsinin gücləndiyini, ölkəyə investisiya axınının artdığını vurğulayır.

Lakin bütün bunlar yalandır - ölkə iqtisadiyyatı dayanmaq bilmədən geriləyir.
Con Hopkins Universitetinin Beynəlxalq Araşdırmalar İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya və Qafqaz İnstitutu tərəfindən Natalya Konarzevskanın müəllifi olduğu "Ermənistanın iqtisadi bəlası" adlı məqalə dərc edilib.

Məqalədə Ermənistan iqtisadiyyatının hazırda tənəzzül etdiyi, 2014-cü ilin sonundan başlayaraq bu ölkənin milli valyutasının sürətlə devalvasiyaya uğradığı və bunun inflyasiya ilə nəticələndiyi qeyd edilib. Pulköçürmə həcmlərinin azalmasının ölkə əhalisinin həyat şəraitinə mənfi təsir göstərdiyi bildirilib. Qeyd olunmalıdır ki, pulköcürmələr Ermənistan ÜDM-nin 21%-ni təşkil edir və 2014-cü ildə Rusiyadan pulköçürmələr 56% aşağı düşüb.

Rusiyaya ixracın və xarici investisiyaların kifayət qədər azalması, dövlət borcunun artması və büdcə gəlirlərinin aşağı düşməsi fonunda Ermənistan iqtisadiyyatındakı durğunluğun qarşısının alınması üçün imkanların məhdud olduğu vurğulanıb. Qeyd olunmalıdır ki, 2015-ci ildə Ermənistanın dövlət borcunun ölkə ÜDM-nin 44,5 %-ni təşkil edəcəyi gözlənilir (Trend).

Məqalədə, həmçinin "Ettihad Airways", "Samsung", "France Telecom-Orange" və s. kimi aparıcı şirkətlərin Ermənistandakı fəaliyyətlərini dayandıracağını elan etmələri əks olunub. Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, 2015-ci ildə Ermənistanın iqtisadi artımının zəif və ya mənfi olacağı gözlənilir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə (AAİB) daxil olmasının heç də yaxşı dövrə təsadüf etmədiyi, bunun təşkilatın aparıcı üzvü olan Rusiyanın iqtisadiyyatının zəiflədiyi vaxtda baş verdiyi göstərilib.

2015-ci ilin mayında ABŞ və Ermənistan arasında Ticarət və İnvestisiya Çərçivə Sazişinin imzalanmasına baxmayaraq, iki ölkə arasında ticarət dövriyyəsinin aşağı səviyyədə olmasının bu sazişin iqtisadi faydasını sual altına qoyduğu vurğulanıb.

Məqalədə İrana qarşı beynəlxalq sanksiyaların aradan qaldırılması nəticəsində Ermənistanın bu ölkə ilə qeyri-məhdud ticarət və investisiya imkanlarından faydalana biləcəyi, bu xüsusda İran və Ermənistanı Gürcüstanın Qara dəniz limanları ilə birləşdirən dəmiryol xəttinin rəsmi Yerevan üçün ən vacib layihə olduğu bildirilib.

Ermənistanda elektrik enerjisinin qiymətinin artırılması nəticəsində 2015-ci ilin iyunundan bəri ölkədə baş verən etirazların hökumətin iqtisadi siyasətinə münasibətdə ictimai məyusluğun artdığını əks etdirməsi, Rusiya mediasının bu etirazları ABŞ-ın geosiyasəti ilə əlaqələndirdiyi və Ermənistanda antirusiya dalğasının artacağından ehtiyat etdiyi qeyd edilib. Bu istiqamətdə aparılan uzunmüddətli danışıqlardan sonra Rusiya tərəfinin Ermənistana satdığı qazın qiymətini aşağı salmağa razılıq verdiyi və Ermənistana hərbi avadanlıqların alınması üçün 200 milyon ABŞ dolları həcmində kredit ayırdığı əks olunub.

Ermənistanda  prezident Serj Sarkisyan "bir oliqarxın iqtisadiyyatı" prinsipi ilə idarə olunan sistem yaratmağa çalışaraq bütün iri şirkətlərin nəzarətdə saxlanmasına can atır. Onun ambisiyalarının gerçəkləşməsi isə müşkül məsələdir, çünki ölkə iqtisadiyyatının strateji sahələri və ən gəlirli sahələri Rusiyanın kontrolundadır.
Bu, Sarkisyanın hakimiyyətdə qalmaq təminatının müqabilində Rusiyaya illər əvvəl etdiyi "güzəşt" və Moskvaya verilən "imtiyaz"ların nəticəsidir.

Ölkə iqtisadiyyatının oliqarxik sistemi, idarəetmə metodologiyasının çox aşağı və yarıtmaz səviyyədə olması, iqtisadi islahatların aparılmaması, işsizlik və yoxsulluq səviyyəsinin yüksəlməsi, Ermənistandan iş dalınca xarici ölkələrə, ilk növbədə Rusiyaya gedənlərin sayının həndəsi silsilə ilə artması və s. kimi problemlər Sarkisyan hakimiyyətinin ölkəyə "bəxş" etdiyi çətinliklərdir.

Həmin problemlərin həlli isə yalnız hakimiyyət dəyişikliyindən, indiki kriminal-oliqarxik iqtidarın devrilməsindən keçir.

Orxan Hun
Milli.Az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM