Vanna otaqlarındakı nöqsanlar zəhərlənməyə daha çox səbəb olur

13:00 / 24.10.2015

Havaların soyuması ilə bərabər qaz sızmasından baş verən partlayış, dəm qazından zəhərlənmə və bunun fonunda yaşanan ailə faciələri başlayıb. Bir neçə gün əvvəl Goranboyda qaz sızmasından baş verən partlayışdan sonra yaşanan faciə kimi...

Xəbər verdiyimiz kimi, hadisə zamanı zərərçəkən bir ailənin 4 üzvü xəstəxanaya yerləşdirildikdən sonra ata - İnqilab Qasımov bədəninin 98 faizinin yanması səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Şəbnəm Qasımova və iki övladı hələ də xəstəxanadadır.

Baş verənlərin bir neçə səbəbini göstərmək olar. Bunların içərisində vətəndaşların məsuliyyətsizliyi, keyfiyyətsiz qızdırıcılardan istifadə, vanna otağında tüstü bacasının düzgün qoşulmaması da var. Xüsusilə qış aylarında qaz sızmasına daha çox rast gəlinir. Ekspertlər qazın tərkibində heç bir zəhərli maddə olmadığını qeyd edir. Sadəcə, qazı yandıranda, onun yanma prosesi düzgün getməyəndə karbon 4 oksid əvəzinə, karbon monoksid - yəni dəm qazı ayrılır. Bu da insanı zəhərləyir. Əgər bir otaqda 1,4 faiz dəm qazı yığılıbsa, 7 dəqiqədən yarım saata qədər insan zəhərlənir, beyin toxumaları məhv olur və beləliklə, insan ölür.

Bəs istehlakçıları "mavi ölüm"dən qorumaq üçün aidiyyəti qurum olan "Azəriqaz" İstehsalat Birliyi payız-qış mövsümünə necə hazırlaşıb?

Modern.az saytının bu qəbildən olan suallarını birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşıİbrahim Kərbalayev cavablandırıb. O qeyd edib ki, birlik payız-qış mövsümünə tam hazırdır:

"Hazırlıq tədbirləri çərçivəsində qaz xətləri təmir olunub, istismara yararsız xətlər yenilənib, təmir olunan xətlər dayaqlar üzərinə qaldırılıb. Qaz xətləri üzərində tənzimləyici şkafların sayı artırılıb. 2015-ci ilin 9 ayı ərzində yaşayış sahəsinin qazlaşdırılması məqsədilə 9 min 218 km yeni qaz xətləri quraşdırılıb, 419 km qaz kəməri əsaslı təmir olunub. Yanvar-sentyabr ayları ərzində regionlarda 217 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin olunub.

Zəruri sənədləri təqdim olunan, normativ, texniki və təhlükəsizlik tələblərinə cavab verən 314 çoxmərtəbəli binaya qazın açılması tərəfimizdən təmin olunub".

İbrahim Kərbalayev payız-qış mövsümünə keçidlə bağlı qaz verilişinin tələbata uyğun tənzimləndiyini bildirib:

"Fəsildən və aydan asılı olmayaraq qaz verilişi tələbata uyğun tənzimlənir.

Havaların isti, yaxud soyuq keçməsindən asılı olmayaraq, bu ilin yanvar-sentyabr ayları ərzində 190 min 48 mənzilə texniki baxış keçirilib, istehlakçılar təbii qazdan istifadə qaydalarına dair təlimatlandırılıb.

Sakinlərdən kimsə qapını açmaq istəmirsə və ya evdə olmursa, birliyin, əməkdaşımızın koordinatları qeyd olunan xəbərdarlıq bildirişi qapıya asılır".

Qurum rəsmisi nöqsanların daha vanna otağında qeydə alındığını bildirib:

"Baxış zamanı xüsusilə tüstü bacası və havalandırma sistemi ilə bağlı nöqsanlar aşkarlanır, bununla bağlı müvafiq tədbirlər həyata keçirilir. Vanna otağının qapısının aşağısında bir neçə havalandırma nəfəsliyinin olması vacib şərtdir. Mənzillərdə detektorların quraşdırılması tövsiyə edilir ki, şəxs evdə olmadığı zaman mənzildə nəzarətsiz sönən alovdan yaranmış qaz sızması əmələ gələn zaman detektorun qəbuledici hissəsi siqnalı qapayıcı hissəyə ötürür. Qapayıcı hissə mənzilə qaz xəttinin girişi üzərində quraşdırılıb. Siqnal ötürülən qapayıcı hissə dərhal qapanır".

İbrahim Kərbalayev "Azəriqaz"  istehlakçılarını təbii qazdan istifadə zamanı diqqətli və ehtiyatlı olmağa çağırıb.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM