"Antioksidantlarla ən zəngin qida balıqdır".
"Keyfiyyətli şokolad kökəltmir".
"Kartofla çörək yemək olmaz".
"Mürəbbə və turşu hazırlamaq əvəzinə, quru meyvələrdən istifadə etmək faydalıdır".
"Soğan o qədər faydalıdır ki, hətta onu soyub evə qoyduqda otaqdakı virusları özünə çəkir".
Bu fikirləri APA TV-də yayımlanan "Sosium" proqramının qonağı, həkim-diyetoloq Leyla Zülfüqarlı deyib.
Həkim son illər piylənmə şikayətlərinin səbəblərindən danışıb: "Qloballaşmanın nəticələrindən biri də mətbəximizə mənşəyi məlum olmayan qidaların daxil olmasıdır. Biz avtomatlaşdırılmış rejimdən asılıyıq. Qışda bizim hormonal statusumuzda da dəyişiklik baş verir. Yayda metabolizm sisteminin sürətli hərəkət etməsinə səbəb olan hormonlar daha aktivdir, qışda isə bu hormonlar ləngiyir. Qış vaxtı yuxu hormonu melatonin artır, bununla əlaqədar serotonin - xoşbəxtlik hormonu azalır. Bu zaman orqanizmdə dad reseptorları aktivləşir və orqanizm xoşbəxtliyi yeməkdə axtarır. Qışda kalorili yeməklərə meylin artmasının səbəbi budur. Kalorili xəmir yeməkləri ani olaraq bizdə daxili temperaturu artırır, bu da soyuqda bizi isti və tox tutur. Bu isə çox aldadıcıdır".
Leyla Zülfüqarlı soyuqdəymə zamanı xəmir yeməklərinin orqanizmin müqavimətini daha da azaltdığını deyib: "Xəmir yeməyinin tərkibində antioksidantlar minimum səviyyədədir, karbohidrat daha çoxdur. Karbohidrat qəbul edən zaman ani olaraq qanımızda şəkərin qalxması baş verir. Bu da təbii ki, ilk müddətdə bizi məmnun edir. Antioksidantlarla ən zəngin qida balıqdır. Vitaminləri isə daha çox tərəvəzlərdən, meyvələrdən, təzə sıxılmış meyvə şirələrindən, çərəzlərdən ala bilirik. Ət yağda qızardılanda onun tərkibindəki toksik maddələr aktivləşə bilər. Ona görə də balığı elə bişirmək lazımdır ki, tərkibindəki yağ məhv olmasın, doymamış yağ turşuları məhv olmadan orqanizmə daxil olsun".
Həkim-diyetoloq qışda maye qəbulu barədə də məsləhətlərini verib: "Mövsümündən asılı olaraq suya tələbatımız da dəyişir. Bu baxımdan da qışda qəbul edəcəyimiz mayenin dozası azala bilər. Qışda insanlar çay içməyi daha çox sevir. Bu zaman bitki çaylarına üstünlük vermək lazımdır. Çökə çayı payız-qış mövsümündə bizi xəstəliklərdən müdafiə edir. Yaşıl çayın da tərkibində qara çaydan 4 dəfə çox vitamin C var. Buna görə də onu 90 dərəcə istiliyi olan su ilə odun üstünə qoymadan dəmləmək və soyuq halda və şirniyyatsız içmək lazımdır. Mürəbbələrə gəldikdə isə, gündəlik istifadə etmək ciddi səhvimizdir. Əgər belə alışqanlıq varsa, çay içərkən quru meyvələrdən də istifadə etmək olar. Meyvədən aldığımız vitamini quru meyvədən kifayət qədər dolğun şəkildə ala bilirik. Şirniyyata alternativ olaraq istifadə edəcəyimiz ən gözəl vasitə bal və bəkməzdir. Bizim ən böyük səhvimiz dozadan artıq qəbul etməkdir. Belə qidalanma isə çox ciddi xəstəliklərə - piylənmə, şəkərli diabet, qan xəstəlikləri, törəmələr şəklində xəstəliklərin cavanlaşmasına səbəb olur".
Qonaq qışda duza qoyulmuş tərəvəzlərdən istifadənin düzgün olmadığını deyib: "Bizim "stop" deyəcəyimiz qidalardan biri də məhz bizim turşularımızdır. Kartofla çörəyi eyni vaxtda yemək böyük səhvdir. Bu cür bəslənən orqanizmə turşu mütləqdir, qələvi mühitin yanında turş bir mühit olmalıdır, o üzdən də turşu yeməyə ehtiyac yaranır. Ən doğrusu isə mürəbbə və ya turşu əvəzinə quru meyvədən çox istifadə etməkdir. Ən güclü təbii antibiotiklərdən olan sarımsaq və soğanı da yalnız qışda yox, bütün fəsillərdə istifadə edə bilərik. Yeməklərin içərisində istifadə etdikdə iy problemi də yaranmaz".
Leyla Zülfüqarlı milli mətbəxin kalorili yeməklərini tez-tez yeməyin zərərli olduğunu bildirib: "Yayda xəmir yeməyinin az, yəni iki ayda bir dəfə yeyilməsi məqsədəuyğundur. Lakin payız və qış mövsümündə maksimum 15 gündən bir, hər bir xəmir yeməyin sadəcə bir növünü seçərək yemək olar. Amma onlar qəbul olunan gün digər çörək məmulatı qəbul olunmamalıdır".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM