“Nezavisimaya qazeta”: “Azərbaycan seçkilərə ciddi hazırlaşır”

14:24 / 27.10.2015

"Seçkilər" Media Mərkəzi- Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərindən yazıb. Strategiya.az Secki-2015.az saytına istinadən xəbər verir ki, məqalədə Azərbaycan Milli Məclisinə seçkilərdə namizədlərin təbliğat-təşviqat kampaniyasının finiş xəttinə çatdığı deyilir: “Mərkəzi Seçki Komissiyası bildirib ki, seçkilər noyabrın 1-də 8:00-da başlayacaq, 19:00-da başa çatacaq. MSK informasiya mərkəzi seçkilərin gedişi haqda 10:00-da, 12:00-da, 17:00-da və 19:00-da məlumat verəcək. MSK sədri Məzahir Pənahov jurnalistlərə deyib  ki, seçkiləri izləmək üçün 500-ə yaxın  beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyası oktyabrın 30-da ispan deputat Yordi Cuklanın rəhbərliyi ilə Bakıya gələcək. Bakıda Rusiya nümayəndə heyətini də gözləyirlər. Eyni zamanda, MDB-nin uzunmüddətli müşahidəçiləri artıq Azərbaycanda seçkilərin monitorinqini keçirir. İcraiyyə Komitəsi sədrinin birinci müavini Vladimir Qarkunun rəhbərliyi ilə müşahidə missiyası tərəfindən respublika qanunvericiliyi öyrənilir, bütün dairə seçki komissiyalarının işi müşahidə edilir. Seçki günü Bakıya gələcək MDB-nin 147 müşahidəçisi ölkənin bütün bölgələrində müşahidə aparacaq”.

V. Qarkun bildirib ki, onlar Sumqayıt, Abşeron, Qəbələ və İsmayıllıda olublar: “Hesab edirik ki, müşahidə aparmaq üçün vacib şərait yaradılıb. Yəni şəffaflıq tamamilə təmin olunub. Seçki prosesinin təşkili üçün qəbul edilən qanunvericilik bazası ilə ciddi şəkildə tanış olmuşuq. Qeyd etmək istəyirəm ki, Azərbaycanda seçkilər beynəlxalq qaydalara və seçkilərin keçirilməsi prinsipinə uyğundur”.

Onun sözlərinə görə, MDB ölkələrindən olan müşahidəçilər MDK və dairə seçki komissiyalarının işini yüksək səviyyədə qiymətləndirirlər.

“Nezavisimaya qazeta” yazır ki, hazırlıq prosesini və seçkiləri Rusiya jurnalistlərinin böyük qrupu işıqlandıracaq: “Onlar bir gün əvvəl Milli Məclisdə oldular və Oqtay Əsədovla görüşdülər. Azərbaycan qanunverici orqanın rəhbəri seçkilərə hazırlıq prosesindən danışıb və Bakıya müşahidə missiyası göndərməkdən imtina edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövqeyini tənqid edib”.

Nəşr qeyd edir ki, ATƏT/DTİHB-nin Azərbaycandan qisas almaq üçün atdığı bu addım təkcə ölkə daxilində tənqidlərə məruz qalmır, həmçinin, ölkə hüdudlarından kənarda da sərt tənqid olunur.

Rusiya xarici işlər naziri Sergey Lavrovun ATƏT/DTİHB-ni tənqid etməsini xatırladan nəşr Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında, yaxud Azərbaycana münasibətdə ikili standartlar” məqaləsindən də sitatlar verir.

(http://www.ng.ru/cis/2015-10-27/6_baku.html)
 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM