Seçki komissiyaları parlament seçkilərinə tam hazırdır

16:45 / 27.10.2015

Seçki komissiyaları parlament seçkilərinə tam hazırdır "Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb"

Azərbaycanda V çağırış Milli Məclisə keçiriləcək seçkilərə sayılı günlər qalıb. Respublika ərazisində hazırlıq işləri demək olar ki, artıq yekunlaşıb. Azərbaycan növbəti dəfə tarix yazma ərəfəsindədir. Milli Məclisin 125 deputat mandatı uğrunda 769 namizəd mübarizə aparacaq ki, seçkilər ərəfəsində onlar üçün hər cür şərait və imkanlar yaradılıb. Deputatlığa namizədlər azad şəkildə seçiciləri ilə görüşür, qarşılarında öz platformaları haqqında məlumat verir, dəstək qazanmaq üçün müxtəlif ideya və təkliflərlə çıxış edirlər. Seçicilər də öz növbələrində yaradılan şəraitə uyğun olaraq kimə səs verəcklərini tam müəyyən ediblər. Bundan başqa  bütün dairə seçki komissiyaları noyabrın 1-ə təyin edilmiş parlament seçkilərinə tam hazırdır.  Söhbət etdiyimiz dairə və məntəqə seçki komissiyalarının sədrləri Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müvafiq tələblərinə uyğun olaraq seçkilərin azad və demokratik şəkildə baş tutacağından əmin olduqlarını söyləyiblər.

13 saylı Xəzər-Pirallahı dairə seçki kommisiyasının sədri Mütəllim Balaqardaşov: "Namizədliyi qeydə alınanlar onlar üçün ayrılmış açıq və qapalı yerlərdə təbliğat və təşviqat işləri aparırlar"

- Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təqvim planına uyğun olaraq bütün məntəqə seçki komissiyalarında seçkiyə hazırlıq işləri başa çatmaq üzrədir. Məntəqələr telefon rabitəsi, elektrik enerjisi ilə təmin olunub, 10 veb-kamera quraşdırılıb. Namizədlərə təbliğat və təşviqat aparmaq üçün açıq və qapalı yerlər ayrılıb. Hazırda namizədliyi qeydə alınanlar onlar üçün ayrılmış açıq və qapalı yerlərdə təbliğat və təşviqat işləri aparırlar. Onu da qeyd etmək yerinə düşər ki, 13 saylı Xəzər-Pirallahı  seçki dairəsinin tərkibinə daxil olan 27 seçki məntəqəsi üzrə 45 min 106 seçici qeydə alınıb. Onlardan 335 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicidən 530 nəfəri 80-100 yaş arasıdır. Daşınan qutuların sayı isə 27-dir.

14 saylı Xəzər dairə seçki kommisiyasının sədri İmran Qəmbərov: "Bildirişlərin paylanılması başa çatdırılıb"

-14 saylı Xəzər  seçki dairəsi üzrə 36 seçki məntəqəsi var ki, onlarda da 48 min 423 seçici qeydə alınıb. Seçicilərdən 722 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edəcək gənclərdir. Seçicidən  422  nəfəri 80-100 yaş arasıdır. 36 daşınan qutu tam istifadəyə yararlıdır. Digər seçki dairələri kimi bu dairədə də səsvermə gününə hazırlıq işləri başa çatıb. Məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Səsvermə prosesini onlayn izləmək üçün veb-kameralar da quraşdırılıb. Seçicilərə səsvermənin keçirilmə tarixi, vaxtı və yeri barədə bildirişlərin paylanması işi başa çatdırılıb. Məntəqələr səsvermə kabinələri, seçki qutuları ilə təmin olunub. Seçici siyahıları, təbliğat və təşviqat xarakterli plakatlar seçki məntəqəsinin girişində, nəzərəçarpacaq yerlərdə asılıb. Artıq bildirişlərin paylanılması da başa çatdırılıb.

30 saylı Suraxanı birinci dairə seçki komissiyasının sədri Fikrət Məmmədov: " Xəstə və əlil insanların səs verməsi üçün evlərə aparılacaq xüsusi səsvermə qutuları hazırdır"

- 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə 27 məntəqədə seçkilərə hazırlıq işləri demək olar, başa çatıb. Seçki günü səsvermənin açıq, şəffaf və demokratik keçirilməsi üçün bütün işlər Seçki Məcəlləsinə uyğun vaxtında aparılıb. Dəqiqləşdirmə aparıldıqdan sonra seçicilərin sayı 36  min 914 nəfər müəyyənləşdirilib və siyahı tərtib edilərək məntəqələrdə asılıb. Seçki kabinələri, səsvermə qutuları hazır vəziyyətə gətirilib. Xəstə və əlil insanların səs verməsi üçün evlərə aparılacaq xüsusi səsvermə qutuları da hazırdır. Bildirişlərin paylanması da başa çatdırılıb. Deputatlığa namizədlərin hər birinə təbliğat və təşviqat aparmaq üçün bərabər şərait yaradılıb. Düşünürəm ki, seçki dairəsinin hər bir üzvü üzərinə düşən vəzifəni yaxşı dərk edərək seçkilərin demokratik və şəffaf keçməsi üçün əllərindən gələni əsirgəməyəcəklər.

31 saylı Suraxanı ikinci dairə seçki komissiyasının sədri İlham Bayramov: "İstənilən şəxs seçki günü səsverməni onlayn izləyə biləcək"

- Hər yerdə olduğu kimi 31 saylı Suraxanı ikinci seçki dairəsi üzrə seçicilərin səsvermədə mütəşəkkil iştirak etməsi üçün hər cür şərait yaradılıb. Seçici siyahıları dəqiqləşdirilərək xüsusi lövhədən asılıb. Səsvermə kabinələri də hazırdır. İlk dəfə səs verəcək gənclərlə söhbətlər aparılıb, görüşlər keçirilib. Dairəni əhatə edən 33 məntəqənin hər birinə daşınan və daşınmayan qutular təqdim edilib. 39 min 56 seçici qeydiyyata alınıb. Bildirişlərin paylanılması da başa çatdırılıb. Hazırda namizədliyi qeydə alınanlar onlar üçün ayrılmış açıq və qapalı yerlərdə təbliğat və təşviqat işləri aparırlar.
Məntəqələrdə veb-kamera da quraşdırılıb. İstənilən şəxs seçki günü səsverməni onlayn izləyə biləcək.

32 saylı Suraxanı birinci dairə seçki komissiyasinin sədri Qasım Rzayev: " Seçkilərə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir"

- Dairə üzrə 31 məntəqə mövcuddur ki, onların da hər biri daşınan və daşınmayan qutularla təmin olunublar. Dəqiqləşdirilmiş siyahıya görə dairəsi üzrə 39 min 10 nəfər qeydə alınıb. Ərazidən köçüb gedənlər, ərazidə yaşamayanların hamısı tam dəqiqləşdirilib. Dairə üzrə namizədlərə təbliğat-təşviqat işlərini həyata keçirmək üçün açıq və qapalı yerlər müəyyənləşdirilib. Onlar öz platformalarına uyğun olaraq, seçki kampaniyalarını aparmaqdadırlar. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, ölkəmizdə Milli Məclisə seçkilərə hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir.

18 saylı Nərimanov-Nizami dairə seçki komissiyasının sədri İslam Muradov: " Dairə və məntəqələrdə maddi-texniki təminat öz qaydasındadır"

- 18 saylı Nərimanov- Nizami seçki dairsəi üzrə 16 məntəqə qarşıdan gələn parlament seçkiləri ilə bağlı hazırlıq işlərini yekunlaşdırmaq üzrədir.  Dairə və məntəqələrdə maddi-texniki təminat öz qaydasındadır. Məntəqə seçki komissiyasının üzvləri üçün təşkil olunan seminarlar artıq başa çatıb. Onlara səsvermənin gedişatı, səslərin hesablanması, protokolun tərtib edilməsi və digər qaydalar öyrədilib. Seçici siyahıları da hazırdır. Vətəndaşların daha çox hərəkət etdiyi yerlərə qoyulan lövhələrdə seçicilər öz adlarını tapa bilərlər. Deputatlığa namizədlərin kimliyi də bəllidir. Onlar öz təbliağat və təşviqat işlərini aparır, seçilərlə mütəmadi görüşlər keçirilrər. Seçki günü bu dairə üzrə 20 minə yaxın seçici səs verəcək  ki,  onlar öz deputatlarını seçəcəklər.

24 saylı Nizami birinci seçki dairəsinin sədri Niyazi Nəcəfov: "Hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun aparılır"

- 24 saylı Nizami birinci seçki dairəsinin əhatə etdiyi 31 məntəqədə səsvermə gününə hazırlıq işləri  seçki qanunvericiliyinin tələblərinə uyğun aparılır. 40 min seçicinin adları dəqiqləşdirilərək seçici siyahıları lövhələrə asılıb.

- 25 saylı Nizami ikinci seçki dairəsinin sədri Heydər Vəliyev: "Seçicilərə öz iradələrini demokratik və şəffaf şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb"

- Bu dairə üzrə 33 məntəqə var. Məntəqələr üzrə seçici siyahıları dəqiqləşdirilərək lövhələrə asılıb. 44 min seçicisi olan dairənin bütün məntəqələrində veb-kameralar quraşdırılıb. Daşınan və daşınmayan qutularla təmin olunub. Müşahidə olunanlar onu deməyə əsas verir ki, noyabrın 1-də seçicilərə öz iradələrini sərbəst, demokratik və şəffaf şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.

Sia.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM