Vladimir Jirinovski: Azərbaycan hakimiyyəti Qərbin istənilən təzyiqlərinə sərt cavab verir

13:26 / 28.10.2015

 

Rusiya Liberal Demokrat Partiyasının rəhbəri Vladimir Jirinovski Secki-2015.az saytına müsahibə verib. AZƏRTAC müsahibəni təqdim edir.

- Azərbaycanla Rusiya arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

-Azərbaycanla Rusiya arasında münasibətlərin bugünkü səviyyəsini yüksək qiymətləndirirəm. Məlumdur ki, noyabrın 1-də Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Biz Azərbaycanda çoxlu sayda demokratik namizədləri görürük. Avropa ölkələrinin çoxunda bu, yoxdur. Bəzi politoloqlar bildirirlər ki, guya seçki kampaniyası sönük keçir. Mən başa düşmürəm, bəlkə kampaniya stadionda azarkeş kütləsinin iştirakı ilə keçirilməlidir? Seçkilər siyasi xarakter daşıyır, insanlar sakit tərzdə evdə otururlar, öz işləri ilə məşğuldurlar. Burada hansısa qarşıdurma olmamalıdır. Azərbaycanda müxalifət mövcuddur, Yaxın Şərqdəki hadisələr düzgün qiymətləndirilir, həmçinin cəmiyyət hakimiyyətin ətrafında düzgün birləşib. Rusiyada Azərbaycan hakimiyyətinə böyük hörmətlə yanaşılır. Rusiyada Azərbaycan Prezidenti İlham Əliyevə böyük hörmət var. Biz Prezidenti və onun atası ulu öndər Heydər Əliyevi yaxşı tanıyırıq.

Azərbaycandakı sabitlik və firavanlıq bütün postsovet ölkələri üçün nümunə ola bilər. Azərbaycandakı vəziyyət bir növ Rusiyanı xatırladır. Bizdə də hakimiyyət prezidentin, eləcə də mərkəzi və regional parlamentdə böyük səs çoxluğu qazanmış iqtidaryönlü partiyanın əlində cəmləşib. Bu, bir növ müqavilə növüdür - hakimiyyət və sabitliyin mübadiləsi. Biz bir çox ölkələrdə, məsələn Ukraynada baş verənləri - inqilabı, “Meydan” hadisələrini görürük. Bütün bunlar çox təhlükəlidir və Azərbaycana lazım deyil.

- Qərb hər dəfə seçkiöncəsi Azərbaycana təzyiq etməyə cəhd göstərir…

- Bəli, biz Qərbin seçkiöncəsi təzyiqlərini, keçirdiyi seminarları, tənqidlərini görürük. Bu, yolverilməzdir. Hüquq müdafiəçiləri də öz oyunlarını oynamaq istəyirlər. Praktik olaraq, bu, son illər Rusiyada baş verən hadisələrin təkrarıdır. Azərbaycanın öz müstəqil siyasətini yürütmək haqqı var.

- Bəlkə Qərb bu yolla nəyəsə nail olmağa can atır?

- Azərbaycan heç nədən qorxmur. Azərbaycan hakimiyyəti Qərbin istənilən təzyiqlərinə sərt cavab verir. Heç kim Azərbaycanda hansısa “Meydan” təşkil etməyə nail olmayacaq. Onlar bunu etmək istədilər, bu çirkin işlərə cəlb edə bildikləri bir neçə gəncin həyatını məhv etdilər. Bu məqsədlə QHT-lər üçün milyonlarla dollar xərclədilər, “beşinci kolon” yaratdılar. Sabitliyi pozmağa cəhd etdilər, müəyyən dairələrdən olan insanları hakimiyyətə gətirməyə çalışdılar. Amma Azərbaycan Prezidenti bütün bunları gördü və ölkənin inkişafına mane olmaq istəyənlərə layiqli cavab verdi. Azərbaycanla Rusiya arasında çox yaxşı münasibətlər var. Azərbaycan Rusiyanın vacib tərəfdarıdır. Dünyada neftin qiymətinin ucuzlaşmasına baxmayaraq, Azərbaycanda ümumi daxili məhsul 6 faiz artıb. Bu, qeyri-neft sektorunun inkişafı hesabına mümkün olub.

Azərbaycanla Rusiyanın birgə maliyyələşdirdiyi investisiya layihələri mövcuddur. Rusiya vətəndaşlarının Azərbaycana, bu ölkənin Prezidentinə və zəhmətkeş xalqına çox yaxşı münasibəti var. Bu, MDB ölkələri üçün nümunə olmalıdır. Azərbaycanın uğurları bizi sevindirir. İnanırıq ki, Azərbaycanda seçkilər sakit, normal şəraitdə keçəcək. Növbəti həftə Azərbaycanda yeni parlament formalaşacaq və bizim ölkələrimiz arasında münasibətlər bundan sonra da sabit şəkildə inkişaf edəcək.

- Azərbaycandakı sabitliyi pozmaq üçün Qərb tərəfindən hansısa cəhdlər olacaqmı?

- Əlbəttə, Qərb Azərbaycana heç olmasa Gürcüstandakı qədər təsir göstərmək istədi. Amma biz bu təsirin nəticələrini gördük. Saakaşvili hakimiyyəti itirdi və vətəndaşların əksəriyyəti bundan narazıdır. Biz Ukraynadakı vəziyyəti də görürük. “Meydan” hadisələrini dəstəkləyənlərin hamısı məyus və narazıdır. Prezident, parlament və vətəndaşların əksəriyyəti daxili siyasətə müdaxilə etmək və sabitliyi pozmaq cəhdlərinin qarşısını qətiyyətlə alacaqlar. Prezident seçkilərin sakit şəraitdə keçməsi üçün əlindən gələni edəcək və noyabrın 2-də insanlar təmiz vicdanla işə yollanacaqlar. Onlar hər şeyin qaydada olduğunu, parlamentin mövcudluğunu və sabitliyi pozmaq cəhdlərinin uğursuzluqla nəticələnəcəyini biləcəklər.

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda səsverməni izləməkdən imtina etdi. Bu haqda nə deyə bilərsiniz?

- Bəzi ölkələr, beynəlxalq təşkilatlar, ATƏT, Avropa İttifaqı nümayəndələri müəyyən hallarda seçkilərə qatılmırlar. Onlar burada nöqsan tapmamaqdan qorxurlar. Azərbaycan onlara əhəmiyyət verməməlidir. Qərb ölkələrində, o cümlədən ABŞ-da kifayət qədər çatışmazlıqlar var. Orada insanlar təqib olunur, çoxlu sayda toqquşmalar baş verir. Qoy onlar öz bildikləri kimi etsinlər. Hansısa beynəlxalq müşahidəçinin seçkilərdə iştirak etməməsi nə vəziyyətə, nə də Azərbaycan sakinlərinin xoş əhval-ruhiyyəsinə təsir etməyəcək.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM