Daxili İşlər Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 2-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Fəqan Əliyev və Tahir Atakişiyev yaxalanıb.
Məlum olub ki, onlar oktyabrın 23-də Əmiraslan Ələkbərova məxsus “TOFAŞ” markalı və Türkiyə vətəndaşı Şahin Adem Halitə məxsus “Volkswagen” markalı avtomobillərdən pul, maqnitofon və sənəd oğurlayıblar.