"Seçkilər" Media Mərkəzi - Bu gün ABŞ Senatında Azərbaycanla bağlı dinləmələr keçiriləcək. Seçkilərdən 3 gün öncə belə bir dinləmələrin keçirilməsi iki amil baxımından diqqəti avtomatik olaraq siyasi məqsədlərə yönəldir.
Birincisi, dinləmələrdə Leyla və Arif Yunusların, eləcə də Xədicə İsmayılın məsələsi müzakirə olunacaq. Bu şəxslərin Qərbin bəzi qüvvələri tərəfindən Azərbaycana qarşı alət kimi istifadə edildiyi artıq təsdiq olunub. Hesab etmək olar ki, sözügedən qüvvələr öz agentlərinin həbsdə qalmaması üçün demokratiya və insan haqları kimi ali dəyərləri tapdamaq bahasına olsa belə əllərindən gələni edirlər.
İkincisi, tədbirin moderatorluğunu Devid Kramerin aparmasıdır. ABŞ Dövlət katibinin sabiq müavini Kramer “Freedom House” təşkilatının sədri olduğu dönəmdə həmişə Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilib. O, “Freedom House”dən getdikdən sonra da bu mövqeyindən əl çəkmir. Kramer Ermənistan sevgisi ilə də diqqəti cəlb edir. Ermənistanda etiraz aksiyaları zorakılıqla boğulanda, söz azadlığı tapdananda gözlərini bağlaması, lakin Azərbaycan haqda mənfi rəy formalaşdırmaq üçün bütün dezinformasiyalardan, əsaslandırılmamış məlumatlardan bol istifadə etməsi buna sübutdur. Əsassız şəkildə ABŞ rəhbərliyini Azərbaycana sanksiya tətbiq etməyə çağıran D. Kramerin erməni sevgisi erməni lobbisinə bağlı olmasından irəli gəlir. Belə bir şəxsin Azərbaycan haqda danışmağı qərəzli olduğu qədər, cəfəngdir.
Seçki-2015.az saytı Senatda keçiriləcək dinləmələrlə bağlı politoloqların rəyini öyrənib.
“Devid Kramer kimilərin dinləmələri Azərbaycan seçicisinə maraqlı deyil”
Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov hesab edir ki, Azərbaycanla bağlı dinləmələrin məhz seçki ərəfəsində keçirilməsi onun obyektiv olmayacağına əsas yaradan birinci amildir: “Prosesləri analiz etdikdə, bunun əslində seçkilərə təzyiq olduğunu görmək olur. Təbii ki, ABŞ boyda nəhəng dövlətin milli maraqlarının erməni lobbisinin şəxsi istəklərinə qurban verilməsi təəssüfedici faktdır”.
Professor qeyd edib ki, bu dinləmələrin Devid Kramer kimi bir şəxsin moderatorluğu ilə keçirilməsi onun qərəzli olduğuna əsas yaradan ikinci amildir: “Çünki bu şəxs özlüyündə çox subyektiv insandır və onda Azərbaycanı gözügötürməzlik təsdiq olunub. Onun rəhbərliyi altında keçirilən dinləmələr obyektiv və ədalətli olmadığı kimi, ABŞ-ın özünə də xeyir gətirə bilməz. Belə görünür ki, Azərbaycan haqda mənfi imic formalaşdırmağa cəhdlər edilir. Lakin Azərbaycanda keçirilən seçkilər hər şeydən öncə ölkə seçicilərinin seçmək azadlığının təmin olunmasına hesablanıb. Bu baxımdan, Azərbaycan seçicisi üçün Devid Kramer kimilərin dinləmələri maraqlı deyil”.
F. Sadıqov bildirib ki, Senatdakı dinləmələrin Azərbaycandakı seçkilərə heç bir mənfi təsiri ola bilməz: “Əksinə, bu qüvvələr özlərini biabır edəcəklər”.
“Dinləmələrin obyektivliyi şübhə altına düşür”
Politoloq Sədrəddin Soltan isə qeyd edib ki, Azərbaycanla bağlı istənilən məsələni kimin müzakirə və ya moderatorluq etməsindən asılı olmayaraq, belə çıxışlar daha çox ya şəxsi, ya lobbi , ya da hansısa dövlət maraqlarına xidmət edir: “Heç şübhəsiz, ABŞ-la Azərbaycan arasında müttəfiqlik mövcuddur. Müttəfiqliyin və tərəflər arasında əməkdaşlığın genişlənməsi baxımından ölkəmizdəki seçkilərin ABŞ Senatında müzakirəsini normal qarşılaya bilərik. Lakin bu dinləmələrin kimlər tərəfindən keçirilməsi də vacibdir. Belə görünür ki, dinləmələri keçirəcək şəxslər Azərbaycana qarşı birmənalı olaraq qərəzli mövqedə olanlardır. Bu baxımdan, dinləmələrin obyektivliyi şübhə altına düşür”.
Politoloq bildirib ki, həmin dinləmələrdə səslənən fikirlərdən asılı olmayaraq, bunun seçkilərə heç bir mənfi təsiri olmayacaq.
“Hesab etmək olar ki, bu toplantı ilə seçki prosesinə təsir etmək istəyirlər. Lakin Azərbaycan ictimaiyyəti bu cür məsələlərə önəm vermir”, - deyə o bildirib.
S. Soltan əlavə edib ki, dinləmələrdə hər hansı sənəd qəbul ediləcəksə, güman ki, bundan perspektivdə Azərbaycana müxtəlif məsələlərdə təzyiq aləti kimi istifadə olunacaq: “Lakin bütün bunlara baxmayaraq, Azərbaycan öz demokratik seçkilərini keçirəcək və kənarda kimlərin nə deməyindən asılı olmayaraq, güclü seçki ənənəsini nümayiş etdirəcək”.
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM